Azərbaycan Respublikası Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə əsasən, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.4-cü bölməsinin icrası ilə əlaqədar cari ilin 06 oktyabr tarixində Dövlət Komissiasının İşçi Qrupunun təşəbbüsü Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə Ağsu rayonunda maarifləndirmə xarakterli tədbir keçirmişdir.
Tədbirdə aidiyyəti dövlət orqanlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermişlər. Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri əyani vəsaitlər tədbir iştirakçılarına paylanılmışdır.
Məlumat üçün bildirik ki, bu tip tədbirin Sumqayıt, Şamaxı, İsmayıllı, Xızı, Quba, şəhər və rayonlarında da keçirilməsi nəzərdə tutulur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Sabirabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 29 sentyabr 2017-ci il tarixdə Sabirabad rayon Heydər Əliyev Mərkəzində aidiyyəti dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilmişdir.
Tədbir ilk öncə Dövlət Komissiyası İşçi Qrupu tərəfindən narkotikin fəsadlarından bəhs edən tamaşanın nümayişi ilə başladı.
Sabirabad Rayon Polis Şöbəsinin rəisi tədbiriaçıq elan edərək, onun ictimai və siyasi əhəmiyyətindən danışmışdır. Daha sonra tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısı, Dövlət Komissiyası İşçi Qrupunun, Sabirabad Rayon Gənclər və İdman İdarəsinin, Sabirabad Rayon Mərkəzi xəstəxanasının məsul əməkdaşları Dövlət Proqramının icrası ilə əlaqədar görülən tədbirlər barədə, narkotik vasitələrin və psixotrop maddələrin insan orqanizmində yaratdığı fəsadlardan, narkotiklərlə bağlı cinayət hadisələrinin dinamikası və profilaktikasından danışaraq, maarifləndirmə, izahat və hüquqi təbliğat məsələlərinin diqqət mərkəzində saxlanıldığını bildiriblər.
Tədbirdə iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış narkomaniya və narkotik əleyhinə zəruri təbliğat materialları paylanılıb.
Tədbir televiziya kanalları vasitəsilə işıqlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar, narkomaniya, onun doğurduğu fəsadlar və sair barədə əhalinin məlumatlandırılması məqsədi ilə hazırlanan sosial rolik cari ilin 14 iyun tarixindən hazırki vaxta qədər Bakı şəhərinin 15 elektron tablosunda işıqlandırılır və əlavə olaraq sentyabr ayından etibarən şəhər üzrə mövcud olan digər monitorlarda da yayımlanması təmin edilmişdir.
Sentyabrın 20-də İsmayıllı şəhər Eldar Məmmədov adına 3 nömrəli məktəb-liseydəİsmayıllı Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Cəmiyyətimizin sağlamlığı naminə narkomaniyaya qarşı birgə mübarizənin vacibliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının I müavini Rövşən Ağayev, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İsmayıllı rayon şöbəsinin əməkdaşı Camal İsayev, Rayon Polis Şöbəsinin (RPŞ) yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Rahim Orucov, məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov, müəllimlər və şagirdlər iştirak ediblər.
Məktəb-liseyin direktoru Ə.Ələkbərov mövzu haqqında çıxış edərək narkomaniya ilə mübarizədə gəncləri həmrəy olmağa çağırıb.
Daha sonra RİH başçısının I müavini Rövşən Ağayev, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı E.Mehdiyev, DTX-nın İsmayıllı rayon şöbəsinin əməkdaşı C.İsayev, RPŞ-nin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru R.Orucov çıxış edərək narkomaniyanı yaradan səbəblər, onunla mübarizə formaları, bu sahədə dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkomaniyanın hədəfinə çevirilməmək naminə sağlam həyat tərzi seçin!” adlı sosial rolik cari ilin 15 mart tarixindən etibarən ölkəüzrə kinoteatr şəbəkəsi olan “CinemaPlus LLC” şirkətinə məxsus kinoteatrlarda (“28 Mall”, “Gənclik Mall” və “Amburan Mall”) filmlərin nümayişindən əvvəl anonslar və reklamlar bölümündə yayımlanır.
Eyni zamanda narkotiklərin məhvedici təsiri barədə aydın təsəvvür yaradan həmin sosial rolik cari ilin 15 sentyabr tarixindən etibarən “Azərbaycan” kinoteatrında da nümayişinə başlanılmışdır.
Dövlət Sərhəd Xidmətinin verdiyi məlumata əsasən “Xaş-xaş 2017” şərti ad altında Ağstafa, Astara, Balakən, Qax, Şəki, Yardımlı, lerik və Zaqatala şəhər/rayonların ərazisində keçirilmiş tədbirlər nəticəsində yabanı halda bitən 6162 kq xaş-xaş və 34196 kq çətənə kolları müvafiq qaydada məhv edilmişdir. Narkoxassəli bitkilərin aşkarlanması və məhv edilmə prosesləri mütəxəssislərin, yerli icra nümayəndəliyinin və hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilmişdir.
Ağstafa rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2017” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Göycəli kəndi ərazisində 0,04 ha sahədən 50 ədəd olmaqla ümumi çəkisi 25 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Ağstafa rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2017” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Poylu kəndi ərazisində 0,37 ha sahədən 7000 ədəd olmaqla ümumi çəkisi 6 ton 300 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair təsdiq edilmiş “Tədbirlər Planı”na müvafiq olaraq, 2017-ci ilin 08 sentyabr tarixində Şəki penitensiar müəssisəsinin 2 zalında tədbir keçirilmişdir.
Tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermişlər.
Sonda narkotiklər və narkomaniyanın törətdiyi fəsadlar barədə aydın təsəvvür yaradan videofilm nümayiş olunmuş, o cümlədən Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri və bu sahədə digər zəruri maarifləndirici çap məhsulların məhkumlar arasında paylanılmışdır.
Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2017” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Bayramkoxa kəndi ərazisində 2 ha sahədən 6550 ədəd olmaqla ümumi çəkisi 3 ton 775 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Azərbaycan Respublikası Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun göstəriş və tapşırıqlarının davamı olaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar, ictimai maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirmək məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 300x600 sm ölçüdə lövhələr 2017-ci ilin avqust ayı ərzində Bakı şəhəri üzrə daha 5 küçədə quraşdırılmışdır.
Beləliklə, cari il ərzində sosial layihə çərçivəsində ümumilikdə 60 lövhənin yerləşdirilməsi təmin edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Xəzər rayon komissiyası tərəfindən narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə tədbir keçirilmişdir.
Profilaktik tədbirlərin səmərəliyini və intensivliyini ..
Sabirabad rayonunda “Narkomaniyaya yox deyək” mövzusund..
İctimai maarifləndirmə tədbirlərinin əhatəsi genişləndi..
“Cəmiyyətimizin sağlamlığı naminə narkomaniyaya qarşı b..
Narkotiklərin fəsadlarını əks etdirən sosial rolik “Azə..
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən 6162 k..
Ağstafa rayonu ərazisində 25 kiloqramdan artıq yabanı h..
Ağstafa rayonu ərazisində 6 tondan artıq yabanı halda b..
Növbəti maarifləndirici tədbir Şəki penitensiar müəssis..
Qəbələ rayonu ərazisində 3 tondan artıq yabanı halda bi..
Narkomanlıqla mübarizəyə dair əlavə sosial lövhələrin q..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Xəzər ..