“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Cəlilabad rayonu Heydər Əliyev mərkəzində təlim təşkil edilib.
Mədəniyyət Nazirliyinin Cəlilabad rayonu üzrə tabeli müəssisələrinin mütəxəssislərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri müvafiq təqdimatla çıxış edərək narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və sonra iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda İşçi Qrupunun hazırladığı “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramına müvafiq olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasınınİşçi Qrupunun birgə təşkilatçılığı ilə Salyan rayonu Heydər Əliyev mərkəzində təlim təşkil edilib.
Mədəniyyət Nazirliyinin Salyan rayonu üzrə tabeli müəssisələrinin mütəxəssislərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri müvafiq təqdimatla çıxış edərək narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və sonra iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda İşçi Qrupunun hazırladığı “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Fövqəladə Hallar Nazirliyinin Akademiyasının birgə təşkilatçılığı ilə “Narkotik asılılıq və onun fəsadları” mövzusunda kursantlar ilə görüş keçirilmişdir.
Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri təqdimatla çıxış edərək, narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.17-ci bəndinə müvafiq olaraq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Mühəndislik fakültəsinin mentorları və tələbələrin iştirakı ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş maarifləndirici təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov müasir dövrdə bəşəri bəlaya çevrilən narkomaniyanın qlobal problem kimi bütün dünyada narahatlıq doğurduğunu bildirib. O, bu istiqamətdə ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə iştirak edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov narkotik maddələrin istifadəsindən qorunmaq üçün profilaktik tədbirlərin keçirilməsinin, mübarizə istiqamətlərinin genişləndirilməsi və “802” zəng xidməti haqqında söz açıb. O, narkotik asılılığın fəsadlarına, istifadəçilərin fiziki və davranış əlamətlərinin təsvirinə də yer verərək, antinarkomaniya mövzusunda çıxışını tamamlayıb.
Sonra Respublika Narkoloji Mərkəzin psixoloqu Ramin Allahverdiyev gənclərlə iş istiqamətində fakültənin mentorlarına risk qrupunda olanların erkən aşkarlanması və dəstəyin göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsi istiqamətində tövsiyələrini verib.
Sonda müvafiq mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında birgə imzalanmış Tədbirlər Planının icrası çərçivəsində carı ilin 19 mart tarixində 16 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda növbəti maarifləndirmə tədbiri təşkil olunmuşdur.
Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert-həkimi, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı iştirak ediblər.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması haqqında ətraflı məlumat verilib.
Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında birgə imzalanmış Tədbirlər Planının icrası çərçivəsində 7 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri təşkil olunmuşdur.
Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert-həkimi, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı iştirak ediblər.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması haqqında ətraflı məlumat verilib.
Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Dövlət Komissiyasının İşçi Qrupu arasında 2023-cü ilə dair imzalanmış Tədbirlər Planına əsasən mövzuya dair interaktiv təlimlərin, müxtəlif həştəqlərlə sosial aksiyaların, “Sağlam gənclik naminə ağ ölümə yox deyək!” şüarı altında qaçış və velosiped idman növləri üzrə marafonun və yürüşün, mədəni-kütləvi tədbirlərin keçirilməsi və televiziyada işıqlandırılması təmin edilib, hesabat dövründə ümumilikdə birgə 17 tədbir həyata keçirilib.
Görülən işlərin davamlılığının təmin edilməsi, gənclər arasında antinarkotik təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsi məqsədilə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2024-cü il üçün də birgə Tədbirlər Planı təsdiq edilib.
Tədbirlər Planı çərçivəsində respublikanın şəhər və rayonlarında interaktiv təlimlərin, tanınmış şəxslərin, elm və mədəniyyət xadimərinin, ziyalıların, gənclərin iştirakı ilə tədbirlərin keçirilməsi, “Sağlamlıq naminə mübarizədə bizdən biri ol” devizli marafonun, maarifləndirici sosial çarxların hazırlanması, mövzu ilə əlaqədar müxtəlif həştaqlarla sosial aksiyaların təşkili, narkomaniyanın fəsadları ilə bağlı kitabçaların, xəbərdarlıq vərəqələrinin, metodiki materialların paylanılması və qeyd olunan tədbirlərin televiziyada işıqlandırılması nəzərdə tutulur.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “İllik Hesabat” jurnal formasında nəşr edilmişdır.
Qeyd olunan hesabatda 2023-cü il ərzində Dövlət Proqramının icrasına dair ümumiləşdirilmiş məlumat, o cümlədən təşkilati tədbirlər, normativ hüquqi bazanın təkmilləşdirilməsi, narkomanlığa qarşı mübarizə sahəsində vətəndaş fəallığının artırılmasına yönələn tədbirlər, hüquq mühafizə orqanları tərəfindən görülmüş işlər, narkotik asılılığı olan şəxslərin müəyyən edilməsi və müalicəsi, bu sahədə aparılan tədqiqatlar, narkomanlığa qarşı mübarizə sahəsində təbliğat, profilaktika və monitorinq işinin təşkili, həmçinin qeyri-hökumət və beynəlxalq təşkilatlar ilə aparılan iş öz əksini tapmışdır.
Сari ilin yanvar- favral ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqaisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.
Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1980 cinayət faktı aşkarlanmışdır. Onlardan 566-sı narkotik vasitələrin qanunsuz satışı, 1411-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 3-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi ilə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 212 kq 963,32 qr narkotik vasitələrin və psixotrop maddələrin 156 kq 764,35 qr-nı heroin, 956 kq 069,646 qr-nı marixuana, 22 kq 542,606 qr-nı tiryək, 22 kq 849,45 qr-nı həşiş, 53 kq 320,665 qr-nı psixotrop maddələr, 1 kq 416,6 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 690 ədəd həb metadon, 186,3 qr güclü təsir edən maddə və 6 ədəd çətənə kolu qanunsuz dövriyyədən götürülmüşdür.
2024-cü ilin yanvar-fevral ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 1 ton 212 kq 963,32 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 34 milyon 344 min AZN kimi qiymətləndirilir.
Məsuliyyətə cəlb edilmiş 17 xarici ölkə vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 96 kq 387,564 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 43 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 500 kq 432,751 qr və 690 ədəd həb metadon narkotik vasitələr və psixotrop maddələr çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 40-ı qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 331 kq 448,9 qr narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
249 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 254 kq 730,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Təhlil göstərir ki, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 55, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 93, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 6, digər növ cinayət faktların sayı 17, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 7, qrup halında olan cinayətlərin sayı 8 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 262 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 138 kq 741,97 qr azalmış, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə dilib saxlanılması ilə əlaqədar faktların sayı isə 61 fakt artmışdır.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 13892 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 399 nəfərdən 285 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
“802” qaynar xətt telefon zəng xidmətinə 84 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 25-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 27-si narkotik asılılıqdan müalicə, 32-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 52 məktub ünvanlanmışdır
Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialının birgə təşəbbüsü ilə Mirzəağa Əliyev adına Hövsan qəsəbə Mədəniyyət evində“Gələcəyimizi ağ ölümdən xilas edək!” mövzusunda şagirdlərin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun, Suraxanı rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Polis İdarəsinin məsul əməkdaşları və digər məruzəçilər çıxış edərək yeniyetmə və gənclərin təlim-tərbiyəsi, elmə, təhsilə və idmana marağının artırılması, onların zərərli vərdişlərdən qorunmasının vacibliyi, narkotik maddələrdən istifadənin yaratdığı asılılıqdan və nəticə olaraq asılılığın insanın ailəyə, cəmiyyətə bağlılığının azaltması və onun cəmiyyət üçün faydasız fərdə çevirməsindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumatlar verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Eyni zamanda, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları düşərgə iştirakçılarına təqdim edilib.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında birgə imzalanmış Tədbirlər Planının icrası çərçivəsində carı ilin 28 fevral tarixində 17 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda növbəti maarifləndirmə tədbiri təşkil olunmuşdur.
Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert-həkimi, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı iştirak ediblər.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması haqqında ətraflı məlumat verilib.
Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.
Cəlilabadda mədəniyyət müəssisələrinin gənclərlə işləyə..
Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında maariflənd..
Azərbaycan Dövlət İqtisad Universitetində maarifləndiri..
16 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növ..
Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində ma..
Narkomanlığa qarşı təbliğat işlərinin genişləndirilməsi..
Narkotiklərə nəzarət sahəsində 2023-cü ilə dair "İllik ..
2023-cü ilə dair “İllik hesabat” jurnal formasında nəşr..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Şagirdlər narkotik vasitələrin sağlamlığa vurduğu zərər..
17 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növ..