2023-cü ilin yanvar-oktyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqaisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.
Сari ilin yanvar-oktyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsindəümumilikdə 9292 cinayət faktı aşkarlanmışdır. Onlardan 3059-u narkotik vasitələrin qanunsuz satışı, 5910-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 293-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 541 kq 600, 212 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 884 kq 118, 404 qr-nı heroin, 3 ton 815 kq 252, 277 qr-nı marixuana, 256 kq 551,635 qr-nı tiryək, 53 kq 453,994 qr-nı həşiş, 750, 831 qr-nı kokain, 388 kq 487, 646 qr-nı və 95 ədəd həb psixotrop maddələr, 142 kq 985,425 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 48911 ədəd həb metadon, 95 ədəd həb psixotrop maddə, 16551 ədəd çətənə bitkisi, eləcə də 3 kq 197,368 qr, 7703 ədəd kapsul, 3591 ədəd həb və 25,55 qr güclü təsir edən maddə, 1 kq 613 qr zəhərli maddə və 65,68 qr prekursor qanunsuz dövriyyədən götürülmüşdür.
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 420,494 hektar sahədən çəkisi 303 ton 122kq 290,98qr olan 944 559 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.
2023-cü ilin yanvar-oktyabr ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 6 ton 541 kq 600,21 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdədəyəri 264 milyon 480 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 7090 nəfər cəlb edilmiş, onlardan 81 nəfəri xarici ölkə vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 665 kq 850,783 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 568 ədəd (327 kq 575 qr) narkotik tərkibli çətənə bitkisi götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 243 fakt aşkar edilmiş həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 934 kq 228,659 qr və 6740 ədəd həb metadon, 95 ədəd həb müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, 89655 ədəd həb, 7 631 kapsul və 1 kq 517 qr güclü təsir edən maddə, 40,682 qr prekursor çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 271-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 050 kq 597,51 qr və 1270 ədəd metadon narkotik vasitə, 95 ədəd həb psixotrop maddə və 170,3 qr güclü təsir edən maddə müsadirə edilmişdir.
2783 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 377 kq 244,56 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Təhlil göstərir ki, 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 272, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 122, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 100, digər növ cinayət faktların sayı 58, qrup halında olan cinayətlərin sayı isə 53 fakt azalmışdır. Qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 8 fakt, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar 8 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 248 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton 478 kq 616,04 qr artmışdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən hesabat dövründə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 74296 nəfər istiqamətləndirilmişdir.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2140 nəfərdən 1228 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 10 ay ərzində İİV-ə 764 nəfər yoluxmuşdur. Onlardan 736 nəfəri Azərbaycan vətəndaşları, 28 nəfəri isə əcnəbilər olmuşdur. Azərbaycan vətəndaşları arasında 62 nəfəri (8,4 %-i) İnyekson Narkotik İstifadəçiləri olmuşdur.
“802” qaynar xətt telefon zəng xidmətinə 1068 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 186-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 372-i narkotik asılılıqdan müalicə, 510-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 558 məktub ünvanlanmışdır.
Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu
Sabirabad İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Sabirabad Dövlət Sosial-İqtisad Kollecin konfrans zalında “Narkomaniya əsrin bəlasıdır” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin Başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul nümayəndəsi, rayon polis şöbəsinin əməkdaşı iştirak edərək gənclər arasında narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilmiş və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun hazırladığı “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.
"Xaş-xaş 2023" şərti adı altında Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə cari ilin aprel-oktyabr ayları ərzində Şəki, Lerik, Qazax, Yardımlı, Zaqatala, Qax, Balakən, Qubadlı, Laçın və Zəngilan rayonlarının sərhədyanı ərazisində keçirilmiş tədbirlər nəticəsində 22 hektar sahədən yabanı halda bitən 6085 kq xaş-xaş (23312 ədəd) və 28156 kq çətənə kolları (58825 ədəd) müvafiq qaydada məhv edilmişdir. Narkoxassəli bitkilərin aşkarlanması və məhv olunması prosesləri yerli icra nümayəndəliyinin və hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilmişdir.
Cari ilin 15 noyabr tarixində Saatlı İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Saatlı Tibb Kollecinin konfrans zalında “Biz sağlam həyat tərzi seçirik, narkotiklərə yox deyirik” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Saatlı rayon İcra Hakimiyyətinin nümayəndəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı iştirak edərək, gənclər arasında narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilmiş və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları şagirdlərə təqdim edilmişdir.
Cari ilin 14 noyabr tarixində Şirvan şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin konfrans zalında “Gənclər sağlam həyat tərzi seçir ” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul nümayəndəsi və şəhər polis şöbəsininn əməkdaşı iştirak edərək, gənclər arasında narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilmiş və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılmışdır.
Gədəbəy rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayon ərazisində 248 ədəd, ümumi çəkisi 512 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq, keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Ucar rayon Məlikballı kəndi ərazisində yerləşən su kanalının kənarında 391 ədəd, ümumi çəkisi 618 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Noyabrın 3-də Bakı Slavyan Universitetində (BSU) "Ali təhsil müəssisələrinin narkomanlığa qarşı mübarizədə rolu "adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Şahin İsmayılov ölkədə rəsmi qeydə alınmış narkotik istifadəçilərinin sayı, narkotik asılılıq və onun psixoloji səbəbləri, yaratdığı fəsadlar, həmçinin, Komissiyanın 802 qaynar xətti barədə ətraflı məlumat verib.
Gənclər Fondunun nümayəndəsi Rüfət Qazızadə narkotiklərə qarşı mübarizə istiqamətində həyata keçirilən layihələrdən söz açıb, hazırda bu istiqamətdə görülən işlərdən danışıb.
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəhbəri Kamran Mayılov tədbir iştirakçılarını Daxili İşlər orqanlarının narkotiklərə qarşı mübarizə istiqamətdəki fəaliyyəti ilə tanış edib.
Azərbaycanşünaslıq elmi laboratoriyasının müdiri Sadir Məmmədov narkotiklərin tarixinə ekskurs edib, gəncləri narkotik vasitələrdən və digər zərərli vərdişlərdən uzaq olmağı tövsiyə edib.
Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev "Asılılığın psixologiyası" adlı təqdimatla çıxış edib. Təqdimatda asılılığın psixoloji səbəbləri, asılılığın növləri, mübarizə üsullardan bəhs olunub və tələbələri maraqlandıran suallar ətrafında diskussiya təşkil olunmuşdur.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları şagirdlərə təqdim edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Bakı şəhəri Xətai rayonu 59 nömrəli tam orta məktəbində maarifləndirici tədbir keçirimişdir.
Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi və Respublika Narkolojı Mərkəzinin həkim narkoloqu iştirak etmişlər.
Şagirdlərə narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri barədə ətrfalı məlumat verilib. O cümlədən, asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı işlə məşğul olmağın vacibliyi xüsusilə vurğulanıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları şagirdlərə təqdim edilmişdir.
Cari ilin 03 noyabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq çərcivəsində “Gələcəyimizi qoruyaq, narkotiklərə yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, Gənclər Fondunun nümayəndəsi, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı və Bakı şəhəri Narkoloji Mərkəzin həkim narkoloqu iştirak edərək, yeniyetmələr arasında narkotik vasitərdən istifadənin risk amilləri, insan sağlamlığına mənfi zərəri və təsiri, o cümlədən asudə vaxtın səmərəli təşkil edilməsi barədə geniş məlumat verilmişdir. Şagirdləri marağlandıran suallara ətraflı cavab verilmişdir.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılmışdır.
Cari ilin 02 noyabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Nərimanov rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası ilə əməkdaşlıq çərcivəsində Bakı İdarəetmə və Texnoloji Kollecinin konfrans zalında “Biz sağlam həyat tərzi seçirik” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə, Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, Gənclər Fondunun əməkdaşı, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı və Bakı şəhəri Narkoloji Mərkəzin həkim narkoloqu iştirak edərək, yeniyetmə və gənclər arasında narkotik vasitələrin, psixoaktiv maddələrin insan sağlamlığına zərərli təsiri barədə geniş məlumat verilmiş və onları maraqlandıran suallar ətrafında diskussiya təşkil olunmuşdur.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılmışdır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıq çərçivəsində “Biz xöşbəxt gələcəyi seçirik” mövzusunda tələbələrlə görüş keçirilib.
Tədbirdə Azərbaycan Dillər Universitetinin tərcümə fakultəsinin dekanı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Gənclər Fondunun nümayəndəsi çıxış edərək narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, hüquq-mühafizə orqanlarının apardıqları əməliyyat-axtarış tədbirlərinin səmərəliliyindən, 802 - qaynar xəttin fəaliyyət istiqaməti barədə geniş məlumat verilib.
Tələbələri maraqlandıran suallar ətrafında geniş diskussiya aparılıb.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
“Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir təşkil ..
Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2023" şərti a..
Növbəti maarifləndirmə tədbiri Saatlı rayonunda təşkil ..
Şirvan şəhərində maarifləndirmə tədbiri keçirilmişdir...
Gədəbəy rayonu ərazisində 312 kiloqram yabanı halda bit..
Ucar rayonu ərazisində 618 kq yabanı halda bitmiş çətən..
BSU-da "Ali təhsil müəssisələrinin narkomanlığa qarşı m..
Növbəti maarifləndirmə tədbiri Xətai rayonunda təşkil o..
“Gələcəyimizi qoruyaq, narkotiklərə yox deyək” adlı maa..
Növbəti maarifləndirici tədbir Nərimanov rayonunda təşk..
Tələbələr psixoaktiv maddələrin xüsusiyyətləri və onlar..