
Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində maarifləndirici aksiya keçirilib.
Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana Haqqında Həqiqət”,"Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və “Narkotiklər Haqqında Həqiqəti Bilin” adlı yeni əyani vəsaitlər paylanılmışdır.
Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunmuşdur. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmiş, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.
Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15.-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğatı işinin əhatəsinin genişləndirilməsi məqsədilə 2 nömrəli Bakı Baza Tibb Kollecində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Yasamal Rayon İcra Hakimiyyətinin, Milli Antidopinq Agentliyinin, Yasamal Rayon Polis İdarəsinin, Yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin nümayəndələri, kollecin rəhbərliyi və müəllim heyəti, eləcə də Bakı Şəhər Narkoloji Mərkəzinin həkim-narkoloqu çıxış ediblər.
Çıxışlarda narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, narkotik asılılığının formalaşma mərhələləri, erkən profilaktikanın əhəmiyyəti, habelə narkomaniyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin əsas istiqamətləri və gənclərin bu sahədə məsuliyyəti barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində mövzu ilə bağlı qısa videoçarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılara Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, və yeni zəruri maarifləndirici materiallar təqdim olunub.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.11-ci yarımbəndinə əsasən, narkomanlığın xüsusilə geniş yayıldığı müvafiq rayon və şəhərlərdə narkomanlığa qarşı kompleks tədbirlər həyata keçirilir.
Bu məqsədlə, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici banerlər rayon (şəhər) icra hakimiyyətlərinin təşkilatçılığı ilə küçə və prospektlərdə, mərkəzi parklarda, təhsil müəssisələrində, habelə yeniyetmə və gənclərin daha çox cəmləşdiyi digər məkanlarda yerləşdirilmişdir.
Hazırlanmış banerlər “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Yeniyetmələr və gənclər üçün”, “Sən bunlara hazırsan?”, “Narkotiksiz sağlam yaşa”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” mövzularını əhatə edir.
Banerlərdə rəqəmsal mühitdə narkotiklərin yayılması üsulları, yeniyetmə və gənclər üçün mövcud risklər, narkotik vasitələrin insan sağlamlığına vurduğu zərər və asılılığın yaratdığı nəticələr barədə məlumat verilir. Eyni zamanda, sağlam həyat tərzinin təşviqi, narkotiklərdən uzaq durmağın əhəmiyyəti və riskli halların vaxtında müəyyən edilməsi ilə bağlı maarifləndirici məlumatlar təqdim olunur.
Maarifləndirici banerlərin uzunmüddətli nümayişi nəzərdə tutulur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğat işini gücləndirmək məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti maarifləndirici görüş keçirilib.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı, Səhiyyə Nazirliyinin Bakı şəhəri üzrə Narkoloji Mərkəzinin həkim-narkoloqu, Dövlət İqtisad Universitetinin müəllim və tələbələri iştirak ediblər.
Seminarda gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə iştirakçılara təqdim olunub.
2026-cı ilin yanvar-mart ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.
Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2443 cinayət faktı aşkarlanmışdır. Onlardan 549-u narkotik vasitələrin qanunsuz satışı, 1889-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 4-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 896 kq 808,712 qram və 17 ədəd həb narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 477 kq 653,24 qramını marixuana, 171kq 664,846 qramını heroin, 57 kq 520,39 qramını tiryək, 160 kq 241,04 qramını həşiş, 6 kq 536,7 qramını digər narkotik vasitələr və 23 kq 192,496 qramını psixotrop maddələr təşkil etmişdir. Bunlarla yanaşı 15 ədəd çətənə bitkisi və 17 həb psixotrop maddə aşkar edilərək götürülmüşdür.
Qanunsuz dövriyyədən çıxarılmış 2 ton 896 kq 808,712 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 75 milyon 978 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1044 nəfər cəlb edilmiş, onlardan 13 nəfəri xarici ölkə vətəndaşıdır.
Məsuliyyətə cəlb edilmiş 13 xarici ölkə vətəndaşından ümumilikdə 112 kq 789,853 qr və 17 ədəd müxtəlif növ narkotik vasitələr götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 44 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 759 kq 474,815 qr narkotik vasitə çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 54-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 625 kq 285,9 qr narkotik vasitə və psixotrop maddə və 1,2 qr güclü təsir edən maddə müsadirə edilmişdir. 500 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 454 kq 500,9 qr müxtəlif növ narkotik vasitə müsadirə edilmişdir.
Təhlil göstərir ki, 2025-ci ilin yanvar-mart ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 118, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 251 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 691 kq 798,93 qr artmış, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 14 fakt, qrup halında olan cinayətlərin sayı 2 fakt, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktlatın sayı 2, digər cinayətlərlə əlaqədar faktların sayı 1 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 24, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 15 nəfər azalmışdır.
2025-ci ilin yanvar-mart ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış digər narkotik vasitələrin çəkisi 14 kq 565,067 qr (69%), psixotrop maddələrin çəkisi 32 kq 894,117 qr (58,7%) azalmışdır.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 2 ton 477 kq 653,24 qr-nı (85,5 %) marixuana təşkil etmişdir. Onun da 1 ton 949 kq 312,6 qr qramı (78,6%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 528 kq 340,64 qramı (21,3 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir narkotik vasitələrdir.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 30 yanvar 2026-ci ilin tarixdə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 25 məhkəmə və istuintaq qərarları əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 858 kq 620,899 qr, 22139 ədəd həb, 1056 ampul narkotik vasitə, psixotrop maddə və 4745 ədəd həb, 240 paket güclü təsir maddələr yandırma üsulu ilə məhv edilmişdir.
Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı ilə 8 rayon və şəhərdə 380 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 6 kq 574,623 qr müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin və 19 ədəd həb güclü təsir edən maddənin məhv olunması təmin edilmişdir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 21944 nəfər istiqamətləndirilmişdir.Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1527 nəfərdən 736 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 276, QİÇS-lə Mübarizə Mərkəzində 297, Sumqayıt Narkoloji Mərkəzində 125 nəfər) 698 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2026-ci ilin mart ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 15 (4,2%)nəfəri inyekson narkotik istifadəçisi olmuşdur.
2026 ilin yanvar-mart ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 183 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 16-ı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 16-sı narkotik asılılıqdan müalicə, 151-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 32 məktub ünvanlanmışdır.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
2026-cı ilin yanvar-mart ayları ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 39 tədbir (24 maarifləndirici və təşkilati tədbir, 15 maarifləndirici sosial aksiya) təşkil edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu
Antinarkotik təbliğat və təşviqat işlərinin gücləndirilməsini nəzərə alaraq, sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı sosial təbliğat və maarifləndirmə işlərinin səmərəliliyinin artırılması və davamlılığının təmin edilməsi məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış 60 ədəd bilbordların Bakı şəhərində yerləşdirilməsi təmin edilmişdir.
Hazırlanmış bilbordlar rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə təhsil müəssisələrində, mərkəzi küçə və prospektlərdə, əsasən də yeniyetmə və gənclərin daha çox olduğu ərazilərdə quraşdırılmışdır.
Müxtəlif adda çap olunmuş bilbordlar “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Yeniyetmələr və gənclər üçün”, “Sən bunlara hazırsan?”, “Narkotiksiz sağlam yaşa”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” mövzularını əhatə etmişdir.
Maarifləndirici bilbordların uzunmüddətli nümayişi nəzərdə tutulur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.5-ci yarımbəndinə əsasən, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər üçün antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə 16 saylı cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin, Respublika Narkoloji Mərkəzin nümayəndələri iştirak etmişdir.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.
Sonda suallar ətrafında diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yeni zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.5-ci yarımbəndinə əsasən, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər üçün antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə 7 saylı cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin, Respublika Narkoloji Mərkəzin nümayəndələri iştirak etmişdir.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.
Sonda suallar ətrafında diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yeni zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.22-ci yarımbəndinə əsasən, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən əhali arasında antinarkotik təbliğatının gücləndirilməsi məqsədilə 5 adda, ümumilikdə 140 ədəd maarifləndirici baner hazırlanıb. Banerlərin bir sıra küçə və prospektlərdə, təhsil müəssisələrinin yaxınlığında, eləcə də əhalinin sıx olduğu digər məkanlarda yerləşdirilməsi nəzərdə tutulur.
Eyni zamanda, respublika üzrə narkomaniyanın daha geniş yayıldığı şəhər və rayonlarda da maarifləndirici banerlərin yerləşdirilməsi planlaşdırılır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən vətəndaş məmnunluğunu təmin etmək məqsədilə cari ilin 20 mart tarixindən 31 mart tarixədək bayram günləri ərzində “802 Qaynar Xətt” WhatsApp üzərindən fəaliyyətini davam etdirəcək.
Vətəndaşlar rəsmi WhatsApp nömrəsi (055) 600 08 02 vasitəsilə sorğularını göndərə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı suallarına cavab və yönləndirici məlumat əldə edə bilərlər.
2026-cı ilin yanvar-fevral ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.
Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1765 cinayət faktı aşkarlanmışdır. Onlardan 359-u narkotik vasitələrin qanunsuz satışı, 1404-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 780 kq 896 kq 713 qram və 300 ədəd həb narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 532 kq 668,1 qramını marixuana, 99 kq 071,146 qramını heroin, 32 kq 065,49 qramını tiryək, 41 kq 067,14 qramını həşiş, 6 kq 279,1 qramını digər narkotik vasitələr və 69 kq 745,737 qramını psixotrop maddələr təşkil etmişdir.
Qanunsuz dövriyyədən çıxarılmış 893 kq 456, 646 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 47milyon 855 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 529 nəfər cəlb edilmiş, onlardan 515-i kişi, 14 qadın olmuşdur. Məsuliyyətə cəlb edilmiş 8 xarici ölkə vətəndaşındanümumilikdə 110 kq 798,356 qr müxtəlif növ narkotik vasitələr götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 32 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 479 kq 764,016 qr narkotik vasitə çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 32 qrup halındatörədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 345 kq 240,3 qr narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Təhlil göstərir ki, 2025-ci ilin yanvar-fevral ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 244 satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 335 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 319 kq 648,78 qr artmış, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 6 fakt, qrup halında olan cinayətlərin sayı 7 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 16, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 9 nəfər azalmışdır.
2025-ci ilin yanvar-fevral ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış heroinin çəkisi 3 kq 892,804 qr (3,8%), tiryəkin çəkisi 753,592 qr (2,3%) azalmışdır.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 1 ton 532 kq 668,1 qr-n (86,0 %) marixuana təşkil etmişdir. Onun da 1 ton 266 kq 809,6 qramı (82,6%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 265 kq 858,5 qramı (17,3 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2026-ci ilin 30 yanvar tarixində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 25 məhkəmə və istuintaq qərarları əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 858 kq 620,899 qr, 22139 ədəd həb, 1056 ampul narkotik vasitə, psixotrop maddə və 4745 ədəd həb, 240 paket güclü təsirmaddələr yandırma üsulu ilə məhv edilmişdir.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 284, QİÇS-lə Mübarizə Mərkəzində 300, Sumqayıt Narkoloji Mərkəzində 123 nəfər) 707 xəstə müalicə alır.
2026 ilin yanvar- fevral ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 120 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 13-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 12-si narkotik asılılıqdan müalicə, 95-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 25 məktub ünvanlanmışdır.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
2026-cı ilin müvafiq dövrü ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 38 tədbir (23 maarifləndirici və təşkilati tədbir, 15 maarifləndirici sosial aksiya) təşkil edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Yasamal rayon komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş 113 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
Tərtər rayonunda narkomanlığa qarşı maarifləndirici aks..
2 nömrəli Bakı Baza Tibb Kollecində narkomaniyaya qarşı..
Narkomanlığın geniş yayıldığı ərazilərdə maarifləndiric..
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Sağla..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Bakı şəhərinin rayonlarında maarifləndirici tədbirlərin..
16 saylı cəzaçəkmə müəssisəsində növbəti maarifləndiric..
Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində tə..
Antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə 140 ə..
Bayram Günlərində "802 Qaynar Xətt" WhatsApp üzərindən ..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Yasamal rayonunda məhkəmə qərarları əsasında müsadirə o..