
26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar cari ilin 03 iyun tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Qaradağ rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 nömrəli Bakı Peşə Liseyində maarifləndirici tədbir təşkil olunmuşdur.
Tədbirdə, Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət görstərən İşçi Qrupunun məsul nümayəndəsi, rayon polis şöbəsinin əməkdaşı, Bakı şəhər Narkolojı Dispanserin həkim-narkoloqu iştirak etmişdir.
Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 29 may tarixində “Bakı Neft Maşınqayırma zavodu ”MMC-nin inzibati ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 094 kq 323.346 qr müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının, həmçinin 8644 ədəd çətənə bitkisinin məhv edilməsi prosesi həyata keçirilib.
Narkotiklərin məhv olunması prosesində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına üzv olan Baş Prokurorluğun, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri iştirak ediblər.
Ümumilikdə 2397 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 1 ton 527 kq 101,231 qr heroin, 1 ton 372 kq 034,257 qr marixuana, 172 kq 565,992 qr tiryək, 93 kq 610,043 qr həşiş, 145,697 qr kokain və 60596 ədəd həb metadon, 264 kq 712,789 qr və 2104 ədəd həb psixotrop maddə) müxtəlif növ narkotik vasitələrin, psixotrop maddələrin və 58860 ədəd çətənə bitkisinin, həmçinin 3877 ədəd həb, 19341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qr güclü təsir edən maddə aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.
Məhv edilən narkotik vasitələrin qiyməti 164 milyon manat təşkil edir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Narkomaniya və zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri və Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşları çıxış edərək narkotik vasitələrin istifadəsinin yaratdığı risklər, narkomaniyanın insan sağlamlığına, həyat tərzinə, mənəvi-əxlaqi dəyərlərə və cəmiyyətin sosial-iqtisadi inkişafına mənfi təsirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı dövlət tərəfindən həyata keçirilən tədbirlər və gənclərin asudə vaxtlarının səmərəli təşkili məsələləri müzakirə olunub.
Tədbir zamanı şagirdlərin sualları cavablandırılıb, mövzu ətrafında fəal müzakirələr aparılıb.
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 207 nömrəli tam orta məktəbdə narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Dövlət Komissiyasının İşçi Qrupunun, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, rayon polis idarəsinin narkotiklərlə mübarizə şöbəsinin nümayəndələri iştirak ediblər.
Maarifləndirici görüşdə narkotik vasitələrdən istifadənin risk amilləri, narkomaniyanın insan sağlamlığına, həyat tərzinə, mənəvi-əxlaqi dəyərlərə və cəmiyyətin sosial-iqtisadi inkişafına mənfi təsirləri barədə ətraflı məlumat verilib. Tədbir zamanı şagirdlərin sualları cavablandırılıb, müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar iştirakçılara təqdim olunub.
Cari ilin 23 may tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “Narkotiklərə qarşı birlikdə mübarizə” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə, AzTu-nun Kommunikasiya şöbəsinin müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat bürosunun rəisi, “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədri çıxış edərək narkotik asılılığı ilə bağlı biliklərin artırılması məqsədilə iştirakçılara narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın əhəmiyyəti və mübarizə üsulları barədə ətraflı məlumat veriblər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
UNEC nəzdində Sosial-İqtisad Kollecində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Narkotikə yox deyək!” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının aparatının şöbə müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri və Kollecin direktoru çıxış edərək narkotiklərin insan sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və cəmiyyətin sosial-iqtisadi inkişafına ciddi zərbə vurduğunu bildiriblər. Çıxışlarda, həmçinin narkomaniya ilə mübarizədə barışmaz mövqe sərgiləməyin, profilaktik tədbirlərin gücləndirilməsinin və aidiyyəti qurumlar arasında əlaqələndirilmiş fəaliyyətin vacibliyi vurğulanıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində mayın 22-də yaşına çatmayanlar üçün tərbiyyə müəssisəsində "Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzin və Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin nümayəndələri iştirak etmişdir.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.
Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində mayın 22-də 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumlar arasında "Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzin və Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin nümayəndələri iştirak etmişdir.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.
Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.
2025-ci ilin yanvar-aprel ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.
Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2992 cinayət faktı aşkarlanmışdır. Onlardan 894-ü narkotik vasitələrin qanunsuz satışı, 2074-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 22-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 593 kq 000, 402 qram narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 271 kq 278,043 qramını marixuana, 140 kq 727,95 qramını heroin, 60 kq 688,812 qramını tiryək, 30 kq 822,838 qramını həşiş, 21 kq 378,121 qramını digər narkotik vasitələr və 68 kq 104,632 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 4263 ədəd metadon, 2578 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.
Qanunsuz dövriyyədən çıxarılmış 2 ton 593 kq 000, 402 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 68 milyon 673 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1499 nəfər cəlb edilmiş, onlardan 33 nəfəri xarici ölkə vətəndaşıdır.
Məsuliyyətə cəlb edilmiş vətəndaşından ümumilikdə 329 kq 616,125 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 78 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 878 kq 036,802 qr və 4263 həb metadon narkotik vasitə və psixotrop maddə və 13 155 ədəd həb güclü təsir edən maddə çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 79 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 851kq 627,833 maddə müsadirə edilmişdir.
621 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 555 kq 050,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Təhlil göstərir ki, 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 804, qanunsuz satış ilə bağlı faktların sayı 175, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 627, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 3, qrup halında olan cinayətlərin sayı 5 fakt,məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 516 nəfər azalmışdır.
Qaçaqmalçılıqla bağlı faktların sayı 4, bu kateqoriyadan olan digər cinayətlərin sayı 2 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 330 kq 260,076 qr artmışdır.
2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 195 kq 544,168qr (58,2%), psixotrop maddələrin çəkisi 37 kq 416,919 qr (35,5%) azalmışdır.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 2 ton 271 kq 278,043 qr-n (87,5 %) marixuana təşkil etmişdir. Onun da 2 ton 062 kq 307,143 qramı (90,7%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 208 kq 970,9 qramı (9,2 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar tarixində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 24 qərar əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 5 ton 168 kq 332,011 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırma üsulu ilə məhv edilmişdir.
Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 24 rayon və şəhərdə 955 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 27kq 726,105 qr və 21 həb müxtəlif narkotik vasitələr, psixotrop maddələr və 192 ədəd çətənə bitkisinin məhv olunması təmin edilmişdir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 30280 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1526 nəfərdən 940 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 307, QİÇS-lə Mübarizə Mərkəzində 552, Sumqayıt Narkoloji Mərkəzində 139 nəfər) 798 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin aprel ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 20 (4,6%) nəfəri inyekson narkotik istifadəçiləri olmuşdur.
2025 ilin yanvar-aprel ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 292 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 33-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 26-sı narkotik asılılıqdan müalicə, 233-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 59 məktub ünvanlanmışdır.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Mingəçevir, Yevlax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı (rayon) və şəhər komissiyaları tərəfindən ümumilikdə 65 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
"Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndiric..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qarada..
Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 5 ton 094 k..
Xətai rayonunda “Narkomaniya və zərərli vərdişlərə yox ..
Nərimanov rayonunda maarifləndirici tədbir təşkil olunu..
Texniki Universitetdə maarifləndirmə tədbiri keçirilib...
“Narkotikə yox deyək!” adlı maarifləndirici tədbir keçi..
Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün ..
Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində tə..
2025-ci il üzrə statistik məlumat..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..