İyunun 9-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və partiyanın Şamaxı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç!” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonunu təmsil edən gənclər iştirak ediblər.
Əvvəlcə iştirakçılar Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasını ziyarət ediblər.
Sonra rəsədxananın iclas zalında keçirilən tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı bildirib ki, narkomaniya ilə mübarizə hər bir sağlam cəmiyyətin formalaşması üçün zəruri şərtlərdəndir. Narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaratdığı üçün gənclər bu bəladan uzaq olmalı, cəmiyyətin layiqli üzvü olmaq üçün sağlam həyat tərzini seçməlidirlər.
Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Gənclərin zərərli vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri davamlı xarakter daşımalıdır.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın sədri Hikmət Şikarov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Şamaxı rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Səid Seyidov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Ruslan Həsənov müntəzəm olaraq maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar. Çıxışlarda maarifləndirmə işlərinin narkomaniyaya qarşı mübarizədə ən güclü vasitə olduğu bildirilib, bu sahədə həyata keçirilən mübarizə tədbirləri ilə bağlı statistik məlumatlar təqdim edilib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda məhz maarifləndirmə məsələlərinə xüsusi yer verildiyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur.
Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri çıxış edərək, narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə ətraflı zəruri məlumatlar vermişdir.
Sonda müvafiq mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.
26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Zərdab rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur.
Tədbirdə, İmişli rayon İcra Hakimiyyətinin şöbə müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupun məsul əməkdaşı, rayon üzrə komissiyanın nümayəndələri, məktəblərin təlim-tərbiyə üzrə direktor müavinləri, psixoloqlar və yuxarı sinif şagirdləri iştirak etmişdir.
Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və İmişli rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur.
Tədbirdə, İmişli rayon İcra Hakimiyyətinin I müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupun məsul əməkdaşı, rayon üzrə komissiyanın nümayəndələri, məktəblərin təlim-tərbiyə üzrə direktor müavinləri və psixoloqlar iştirak etmişdir.
Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun müvafiq tapşırıq və göstərişinə uyğun olaraq 26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlar ilə birlikdə bir sıra silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində təlim təşkil edilmişdir.
Mədəniyyət Nazirliyinin Ağdaş Regional Mədəniyyət İdarəsinə tabeli müəssisələrinin mütəxəsislərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri müvafiq təqdimatla çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Saatlı rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Saatlı rayon Gənclər Evində maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur.
Tədbirdə, Saatlı rayon İcra Hakimiyyətinin şöbə müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupun məsul əməkdaşı, rayon üzrə komissiyanın nümayəndələri, Mərkəzi Xəstəxananın direktoru, məktəb direktorları, məktəblərin təlim-tərbiyə üzrə direktor müavinləri və yuxarı sinif şagirdləri iştirak etmişdir.
Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Dövlət Komissiyasının İşçi Qrupununu birgə təşkilatçılığı ilə aidiyyəti qurumların nümayəndələri cəlb edilməklə Sabunçu Gənclər Evində "Sağlam gələcək naminə narkotikə yox deyək" mövzusunda tədbir keçirilmişdir.
Tədbir çərçivəsində narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, yeni növ psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumatlar verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Sabirabad rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Yeni Azərbaycan partiyasının inzibati binasında maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur.
Tədbirdə, Sabirabad rayon İcra Hakimiyyəti Başçısının I müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupun məsul əməkdaşı, rayon üzrə komissiyanın nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rayon üzrə nümayəndəsi, məktəb direktorları, məktəblərin təlim-tərbiyə üzrə direktor müavinləri iştirak etmişdir.
Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
Cari ilin 07 iyun tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Bakı şəhəri Sabunçu rayonu 90 saylı tam orta məktəbdə “Biz sağlam gələcəyi seçirik” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Bakı şəhər İcra Hakimiyyətinin və Bakı şəhər üzrə Narkoloji Mərkəzinin çıxış edərək, şagirdlərə narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar vermişdir.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı əyani vəsaitlər iştirakçılara təqdim edilmişdir.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Pirallahı rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 67 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
“Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç!”..
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində tədbir təşkil e..
26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqə..
Silsilə tədbirlərin davamı olaraq növbəti tədbir İmişli..
2023-cü il üzrə statistik məlumat..
26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanun..
Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim ke..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Saatlı..
Sabunçu Gənclər Evində "Sağlam gələcək naminə narkotikə..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Sabira..
“Biz sağlam gələcəyi seçirik” mövzusunda şagirdlərlə ma..
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..