Qalereya

Pirallahıda “Gələcəyimizi ağ ölümdən xilas edək!” mövzusunda tədbir keçirilib

  Dekabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və partiyanın Pirallahı rayon təşkilatının birgə təşəbbüsü ilə “Gələcəyimizi ağ ölümdən xilas edək!”  mövzusunda tədbir keçirilib.

 Pirallahı Gənclər Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması üçün zəruri şərtlərdəndir. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Onun sözlərinə görə, Azərbaycanda narkomaniyaya qarşı sistemli mübarizə aparılır.

 Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, tədbir dövlətimizin başçısının təsdiq etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq keçirilir. Onun sözlərinə görə, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Gənclərin bu kimi mənfi vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir.

 Pirallahı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyanın sədri Vəzir Səfixanov çıxış edərək rayonda bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

 Tədbirdə, həmçinin Pirallahı rayon polis şöbəsinin rəis müavini, polkovnik-leytenant Elman Kazımov, “Azərbaycan Televiziya və  Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Şahin Verdiyev və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı Vasif Quliyev çıxış edərək narkomaniyanın fəsadlarından bəhs edib, bu bəla ilə mübarizənin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, yeniyetmə və gənclərimizin təlim-tərbiyəsi, elmə, təhsilə və idmana marağının artırılması da onların zərərli vərdişlərdən uzaqlaşmalarında vacib amildir. Vurğulanıb ki, narkotik maddələrdən asılılıq insanın ailəyə, cəmiyyətə bağlılığını azaldır və nəticədə onu cəmiyyət üçün faydasız fərdə çevirir. Cəmiyyətlə şəxsiyyət arasındakı əlaqənin pozulması təkcə onun özünə deyil, həm də ətrafına mənfi təsir göstərir. Buna görə də gələcəyimiz olan gənclər narkomaniyanın nə qədər zərərli, təhlükəli olduğunu bilməlidirlər.

 Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

/img/gallery/100x100/2022_12_09_17_02_10_2ef3.jpg
  1. Pirallahıda “Gələcəyimizi ağ ölümdən xilas edək!” mövzu..

  2. Pirallahıda “Gələcəyimizi ağ ölümdən xilas edək!” mövzu..

  3. Pirallahıda “Gələcəyimizi ağ ölümdən xilas edək!” mövzu..

  4. Pirallahıda “Gələcəyimizi ağ ölümdən xilas edək!” mövzu..

  5. Pirallahıda “Gələcəyimizi ağ ölümdən xilas edək!” mövzu..

Carı ilin yanvar-noyabr ayları ərzində “802” qaynar xəttinə 2009 müraciət daxil olub

 Cari ilin yanvar-noyabr ayları ərzində “802” qaynar xətt  telefon  zəng  xidmətinə 2009 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 252-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 776-sı narkotik asılılıqdan müalicə, 981-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur.

 Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün operativ şəkildə aidiyyəti orqanlara 1028 məktub ünvanlanmış və nəticə olaraq 776 nəfərnarkotik asılılıqdan müalicə ilə əlaqədar ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar vətəndaşlar tərəfindən verilən məlumatlar əsasında 187 fakt üzrə cinayət işi açılmış, 50 məlumat üzrə keçirilmiş tədbirlər nəticəsində fakt öz təsdiqini tapmamış, 15 müraciət istiqamətində hazırda əməliyyat tədbirləri davam etdirilir.

 Eyni zamanda ötən ilin müvafiq dövrü ilə müqayisədə qaynar xətt zəng xidmətinə 1071 vətəndaş müraciəti daha çox daxil olmuşdur. Onlardan 63-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 502-si könüllü müalicə, 506-sı isə sifahi xarakterli müraciətlər ilə bağlı olmuşdur.

 Bundan əlavə “802” qaynar xəttinə müraciət edənlər arasında aparılan müvafiq sorğu nəticəsində müəyyən edilmişdir ki, telefon zəng xidmətinin əlaqə nömrəsi əsasən televiziya kanalları vasitəsilə, o cümlədən metro stansiyalarında və digər ictimai yerlərdə mütəmadi olaraq yayımlanan video çarxlardan və sosial lövhələrdən əldə edilmişdir.

/img/gallery/100x100/2022_12_09_12_10_21_76b7.jpg
  1. Carı ilin yanvar-noyabr ayları ərzində “802” qaynar xət..

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maarifləndirmə tədbiri keçirilib

 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, Müdafiə Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə  aidiyyəti qurumları cəlb etməklə N saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib.

 Tədbirlərdə Komissiyanın İşçi Qrupu rəhbərinin müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı və Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu mövzu ətrafında çıxışlar edərəknarkotik maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri, o cümlədən profilaktik tədbirlərə dair fəaliyyət planı və narkotik vasitələrin qəbuluna şübhə yarandığı halda ekspress-diaqnostikanın aparılması barədə zəruri məlumatlar verilib.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça  və digər zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

/img/gallery/100x100/2022_12_09_10_10_19_609a.jpg
  1. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maariflən..

  2. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maariflən..

  3. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maariflən..

Gədəbəy rayonunda dəyirmi masa təşkil olunub.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclas qərarına müvafiq  olaraq təbliğat və maarifləndirmə işlərinin dahada gücləndirilməsi, davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirləlin qiymətləndirilməsinin icra vəziyyətinin öyrənilməsi məqsədilə Gədəbəy rayonunda dəyirmi masa təşkil olunub.

 Tədbirdə müvafiq dövr ərzində  qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar görülmüş işlərə dair hesabatlar dinlənilmiş, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlığını təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı profilaktik tədbirlərinin görülməsi və bu sahədə fəaliyyət göstərən qurumların qarşılıqlı əməkdaşlığı ilə koordinasiya işlərinin təşkil edilməsi istiqamətində müzakirələr aparılmış lazımi metodiki tövsiyələr və köməkliklər göstərilmişdir.

 Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları həmçinin, elektron daşıyıcılarda təbliğat materialları təqdim edilmişdir.

/img/gallery/100x100/2022_12_09_09_27_53_b3dd.jpg
  1. Gədəbəy rayonunda dəyirmi masa təşkil olunub...

  2. Gədəbəy rayonunda dəyirmi masa təşkil olunub...

  3. Gədəbəy rayonunda dəyirmi masa təşkil olunub...

  4. Gədəbəy rayonunda dəyirmi masa təşkil olunub...

  5. Gədəbəy rayonunda dəyirmi masa təşkil olunub...

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyində təlim təşkil olunub

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyində təlim keçirilib.

 Təlimdə İşçi Qrupunun əməkdaşı çıxış edərək könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat vermiş və  iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

 Sonda tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış sertifikatlar, “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və digər zəruri təbliğat materialları təqdim edilmişdir.

/img/gallery/100x100/2022_12_09_09_23_47_8326.jpg
  1. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayən..

  2. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayən..

  3. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayən..

  4. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayən..

"Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə növbəti maarifləndirici görüş keçirildi

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Sabunçu rayonu Pirsağı qəsəbəsi 112 nömrəli tam orta məktəbdə antinarkotik təbliğat istiqamətində "Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə məlumatlandırma  xarakterli görüş keçirildi.

  Tədbir çərçivəsində narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib.

  Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

/img/gallery/100x100/2022_12_08_15_40_34_10a4.JPG
  1. "Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə növb..

  2. "Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə növb..

  3. "Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə növb..

“Gələcəyini düzgün qur” şüarı altında forum keçirildi

  Gənclər arasında narkomaniya və narkomanlığa qarşı təbliğat işlərini gücləndirmək, gənclərin qarşılaşa biləcəkləri risklər barədə onları məlumatlandırmaq, onları bu bəladan müdafiə etmək və sağlam həyata motivasiyalarını daha da gücləndirmək məqsədilə “Gələcəyini düzgün qur” şüarı altında “Sabunçu Gənclər Evi”ndə forum təşkil edildi.

  Forumda Milli Məclisin deputatı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsindən, Ombudsman Aparatından, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən nümayəndələr və gənclər iştirak ediblər.

  Çıxışlardan sonra forumda iştirak edən gənclər, onları maraqlandıran müxtəlif suallarla bağlı cavablar aldılar.

/img/gallery/100x100/2022_12_08_15_31_40_4ba9.jpg
  1. “Gələcəyini düzgün qur” şüarı altında forum keçirildi..

  2. “Gələcəyini düzgün qur” şüarı altında forum keçirildi..

  3. “Gələcəyini düzgün qur” şüarı altında forum keçirildi..

Balakən rayonu ərazisində 4 ton 200 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

    Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun "Xəlçətən Qobu" adlanan ərazisində yabanı halda bitmiş 6380 ədəd, ümumi çəkisi 4 ton 200 kq narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2022_12_08_14_16_22_706b.JPG
  1. Balakən rayonu ərazisində 4 ton 200 kiloqram yabanı hal..

  2. Balakən rayonu ərazisində 4 ton 200 kiloqram yabanı hal..

Lerik rayonu ərazisində 4 ton 712 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

   Lerik rayon polis şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Orand kəndi  ərazisində 18851 ədəd, ümumi çəkisi 4712 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2022_12_08_11_30_26_2dff.png
  1. Lerik rayonu ərazisində 4 ton 712 kq yabanı halda bitmi..

  2. Lerik rayonu ərazisində 4 ton 712 kq yabanı halda bitmi..

  3. Lerik rayonu ərazisində 4 ton 712 kq yabanı halda bitmi..

Zərdab rayonu ərazisində 1124 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

 Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Bıçaqçı  ərazisində  yabanı halda bitmiş 1655 ədəd, ümumi çəkisi 1124 kq narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2022_12_08_10_49_54_7993.JPG
  1. Zərdab rayonu ərazisində 1124 kiloqram yabanı halda bit..

  2. Zərdab rayonu ərazisində 1124 kiloqram yabanı halda bit..

Cari ilin noyabr ayı ərzində keçirilən tədbirlər.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və iştirakı ilə cari ilin noyabr ayı ərzində aidiyyəti qurumlar ilə birlikdə aşağıdakı tədbirlər həyata keçirilmişdir:

  • Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Dövlət Komissiyasının İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və partiyanın Sumqayıt şəhər təşkilatının birgə təşəbbüsü ilə “Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib;
  • Dövlət Komissiyasının iclasının qərarına müvafiq  olaraq təbliğat və maarifləndirmə işlərinin dahada gücləndirilməsi, davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirlərin qiymətləndirilməsinin icra vəziyyətinin öyrənilməsi məqsədi ilə Yevlax, Şamaxı, Ağsu, Kürdəmir, Ucar, Ağcabədi, Goranboy, Daşkəsən, Tovuz və Ağstafa şəhər/rayonlarda fəaliyyət göstərən komissiya üzvləri ilə görüş təşkil olunmuş;
  • Gənclər Fondu ilə imzalanmış tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax, Şamaxı, Ağsu, Kürdəmir, Ucar, Ağcabədi, Goranboy, Daşkəsən, Tovuz və Ağstafa nümayəndəliklərində təlim keçirilmiş;
  • Nərimanov rayon İcra Hakimiyyəti ilə birgə Kooperasiya Universitetində, Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə 9 saylı tam orta məktəbdə maarifləndirmə tədbirləri keçirilmiş;
  • Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlim təşkil edilmiş;
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Qaradağ və Yasamal rayonlarının ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilib;
  • Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə dəstəyi və “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinın təşkilatçılığı ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətləri layihəsi çərçivəsində “Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilmiş;
  • “Miqrasiya Sahəsinin İnkşafı”  İctimai Birliyi İşçi Qrupu ilə birlikdə  Azərbaycan Tibb Universitetidə və 2 saylı Tibb Kollecində “Narkomaniya və zərərli vərdişlərə qarşı müzarizəyə”  mövzusundatədbir təşkil olunmuş;
  • Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən noyabr ayında “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı yeni üslubda hazırlanmış zəruri əyani təbliğat materialları təşkil edilən bütün təlim, dəyirmi masa və tədbirlərdə paylanılmış;
  • Keçirilən silsilə tədbirlərin “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC, Azərbaycan Dövlət İnformasiya Agentliyi –(AZƏRTAC) və digərkütləvi informasiya vasitələrində, o cümlədən Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində və sosial şəbəkələrdə geniş işıqlandırılması təmin edilmişdir.

      Beləliklə,cari ilin noyabr ayı ərzində ümumilikdə 29 tədbir, 6 maarifləndirmə tədbiri, şəhər/rayon komissiyaları ilə  10 dəyirmi masa, GİKM-nin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində 10 təlim, 2 ümumtəhsil məktəblərinin psixoloqları üçün treninq və 1 mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim təşkil edilmişdir.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

/img/gallery/100x100/2022_12_08_09_45_06_d284.jpg
  1. Cari ilin noyabr ayı ərzində keçirilən tədbirlər...

  2. Cari ilin noyabr ayı ərzində keçirilən tədbirlər...

  3. Cari ilin noyabr ayı ərzində keçirilən tədbirlər...

  4. Cari ilin noyabr ayı ərzində keçirilən tədbirlər...

  5. Cari ilin noyabr ayı ərzində keçirilən tədbirlər...

  6. Cari ilin noyabr ayı ərzində keçirilən tədbirlər...

  7. Cari ilin noyabr ayı ərzində keçirilən tədbirlər...

  8. Cari ilin noyabr ayı ərzində keçirilən tədbirlər...

Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirici tədbir təşkil olunub.

 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihəsi çərçivəsində “Miqrasiya Sahəsinin İnkşafı”  İctimai Birliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə birlikdə Odlar Yurdu Universitetində “Narkomaniya və zərərli vərdişlərə qarşı müzarizə” mövzusunda tədbir keçirilmişdir.

 Tədbirdə, Miqrasiya Sahəsinin İnkşafı İctimai Birliyinin sədir, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı iştirak etmişdir. Tələbələrlə keçirilmiş görüşdə narkomaniyanın dövlətə, cəmiyyətə və insanların sağlamlığına ziyanı və onun  törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, onları maraqlandıran suallar ətrafında diskusiyalar aparılmışdır.

 Sonda, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları uşaqlar arasında paylanılmış, o cümlədən məktəbin müəllim heyətinə “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça təqdim edilmişdir.

/img/gallery/100x100/2022_12_07_16_18_26_5a7f.jpg
  1. Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair..

  2. Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair..

  3. Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair..

  4. Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair..

  5. Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair..