Qalereya

Lənkəran şəhərində Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri təşkil edilib.

 Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər baş tutmuşdur. Belə ki, 6 gün ərzində Lənkəran şəhərinin 15 kəndi üzrə 600 məktəblinin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.  

 Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən təlimlərdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. Bununla yanaşı gənclər “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş sərgi, süni intellekt alətləri ilə yaratdıqları təsvirlər və rəsm əsərləri tanış olub, daha sonra praktiki şəkildə “CV” yazılma qaydası öyrəniblər.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  gənclərə təqdim edilmişdir.

 

/img/gallery/100x100/2024_09_16_11_07_43_41bc.jpg
  1. Lənkəran şəhərində Səyyar Gənclər Xidməti layihəsinin n..

  2. Lənkəran şəhərində Səyyar Gənclər Xidməti layihəsinin n..

  3. Lənkəran şəhərində Səyyar Gənclər Xidməti layihəsinin n..

  4. Lənkəran şəhərində Səyyar Gənclər Xidməti layihəsinin n..

  5. Lənkəran şəhərində Səyyar Gənclər Xidməti layihəsinin n..

  6. Lənkəran şəhərində Səyyar Gənclər Xidməti layihəsinin n..

  7. Lənkəran şəhərində Səyyar Gənclər Xidməti layihəsinin n..

  8. Lənkəran şəhərində Səyyar Gənclər Xidməti layihəsinin n..

Abşeron rayonunda növbəti təlim təşkil olunub.

 Abşeron rayon İcra Hakimiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə Abşeron rayon  Heydər Əliyev Mərkəzində “Orta ümumtəhsil məktəblərində narkomaniyaya qarşı mübarizə mexanizmləri” mövzusunda cari ilin 11 sentyabr tarixində təlim keçirilib.

 Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnar Rəhimova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu Ramin Allahverdiyev, təlimçi-psixoloq Minarə Səbzəliyeva,  Abşeron rayonunun orta ümumtəhsil məktəblərinin müəllim və məktəb psixoloqları, sinif rəhbərləri, habelə Abşeron RİH könülləri olmaqla, ümumilikdə 200 nəfərdən çox şəxs iştirak etmişdir.

 Abşeron RİH başçısının müavini Gülnar Rəhimova çıxışında Azərbaycan Respublikasında narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumdövlət vəzifəsi kimi müəyyən edildiyini, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli istiqamətində kompleks mübarizənin aparıldığını qeyd edib.

 Daha sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı  Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Respublika Narkoloji Mərkəzinin psixoloqu, asılılıq üzrə mütəxəssis, psixoterapevt Ramin Allahverdiyev, təlimçi-psixoloq Minarə Səbzəliyeva və Abşeron rayonunun Digah kənd məktəbinin psixoloqu Vüsalə Səfərova çıxış edərək, narkomaniyaya qarşı mübarizə üsullarından, narkotik asılılığa dair biliklərin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə həmin maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, risk qrupuna aid yeniyetmələrlə məktəb psixoloqlarının fərdi qaydada izahat işlərinin aparılması, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış   zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

/img/gallery/100x100/2024_09_12_09_57_48_ee8f.jpg
  1. Abşeron rayonunda növbəti təlim təşkil olunub...

  2. Abşeron rayonunda növbəti təlim təşkil olunub...

  3. Abşeron rayonunda növbəti təlim təşkil olunub...

  4. Abşeron rayonunda növbəti təlim təşkil olunub...

  5. Abşeron rayonunda növbəti təlim təşkil olunub...

  6. Abşeron rayonunda növbəti təlim təşkil olunub...

  7. Abşeron rayonunda növbəti təlim təşkil olunub...

Abşeron rayonunda “Orta ümumtəhsil məktəblərində narkomaniyaya qarşı mübarizə mexanizmləri” mövzusunda təlim keçirilib

 Abşeron rayon İcra Hakimiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə Abşeron rayon  Heydər Əliyev Mərkəzində “Orta ümumtəhsil məktəblərində narkomaniyaya qarşı mübarizə mexanizmləri” mövzusunda cari ilin 10-11 sentyabr tarixlərində təlimlər keçirilib.

 Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnar Rəhimova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu Ramin Allahverdiyev, təlimçi-psixoloq Minarə Səbzəliyeva, Abşeron rayonunun orta ümumtəhsil məktəblərinin müəllim və məktəb psixoloqları, sinif rəhbərləri, habelə Abşeron RİH könülləri olmaqla, ümumilikdə 200 nəfər şəxs iştirak etmişdir.

 Abşeron RİH başçısının müavini Gülnar Rəhimova çıxışında Azərbaycan Respublikasında narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumdövlət vəzifəsi kimi müəyyən edildiyini, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli istiqamətində kompleks mübarizənin aparıldığını qeyd edib.

 Daha sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı  Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Respublika Narkoloji Mərkəzinin psixoloqu, asılılıq üzrə mütəxəssis, psixoterapevt Ramin Allahverdiyev, təlimçi-psixoloq Minarə Səbzəliyeva və Abşeron rayonunun Digah kənd məktəbinin psixoloqu Vüsalə Səfərova çıxış edərək, narkomaniyaya qarşı mübarizə üsullarından, narkotik asılılığa dair biliklərin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə həmin maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, risk qrupuna aid yeniyetmələrlə məktəb psixoloqlarının fərdi qaydada izahat işlərinin aparılması, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

/img/gallery/100x100/2024_09_11_16_13_46_3a24.jpg
  1. Abşeron rayonunda “Orta ümumtəhsil məktəblərində narkom..

  2. Abşeron rayonunda “Orta ümumtəhsil məktəblərində narkom..

  3. Abşeron rayonunda “Orta ümumtəhsil məktəblərində narkom..

  4. Abşeron rayonunda “Orta ümumtəhsil məktəblərində narkom..

  5. Abşeron rayonunda “Orta ümumtəhsil məktəblərində narkom..

Lənkəran gəncləri üçün “Narkomaniyaya yox deyək!” adlı təlim keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Lənkəran şəhərində Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində “Narkomaniyaya yox deyək!” adlı təlim təşkil edilmişdir.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavininin təqdimatı ilə keçirilən təlim zamanı gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802” qaynar xəttin fəaliyyət istiqaməti və digər məsələlər barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Bununla yanaşı gənclər “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş sərgi, süni intellekt alətləri ilə yaratdıqları təsvirlər və rəsm əsərləri tanış olub, daha sonra praktiki şəkildə “CV” yazılma qaydası öyrəniblər.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  gənclərə təqdim edilmişdir.

/img/gallery/100x100/2024_09_09_15_50_28_de73.jpg
  1. Lənkəran gəncləri üçün “Narkomaniyaya yox deyək!” adlı ..

SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifləndirmə tədbiri keçirilib

SOCAR-da narkomaniyaya qarşı mübarizəyə həsr olunan maarifləndirmə tədbiri keçirilib. Tədbirin məqsədi, strateji əhəmiyyətə malik neft-qaz sənayesi obyektlərinin mühafizəsini təmin edən təhlükəsizlik xidməti əməkdaşlarını, eləcə də SOCAR-ın digər struktur bölmələrindən qatılan iştirakçıları narkomaniyanın fəsadları barədə maarifləndirmək olub. Tədbirdə SOCAR əməkdaşları ilə yanaşı, aidiyyəti podratçı şirkətlərin, həmçinin narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan dövlət qurumlarının nümayəndələri iştirak edib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov çıxış edərək dövlətimizin narkomaniya ilə mübarizə sahəsində atdığı mühüm addımlar və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. İşçi Qrupun baş məsləhətçisi Şahin İsmayılov isə bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha səmərəli aparılması, bu istiqamətdə hüquq-mühafizə orqanlarının fəaliyyətinin koordinasiyasının gücləndirilməsi, maarifləndirmə tədbirlərinin intensiv həyata keçirilməsi, insanlara sağlam həyat tərzinin aşılanması məqsədilə müxtəlif vaxtlarda 4 dövlət proqramı qəbul edilib və uğurla icra olunub.

Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov narkomaniyanın cəmiyyətə və insan sağlamlığına təsirləri, bu problemin aradan qaldırılması üçün həyata keçirilən müalicə və reabilitasiya proqramları barədə danışıb. O, həmçinin narkotik maddələrdən asılılığın aradan qaldırılması üçün vaxtında tədbir görməyin əhəmiyyətini vurğulayıb.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Nadir Məmmədov çıxışında sosial şəbəkələr vasitəsilə narkotik vasitələrin satışının genişlənməsinə diqqət çəkib. O, xarici ölkə vətəndaşlarının sosial şəbəkələr vasitəsilə Azərbaycan vətəndaşları ilə əlaqə quraraq onlardan narkotik vasitələrin satışında "kuryer" kimi istifadə etdiklərini bildirib. Nadir Məmmədov tədbir iştirakçılarına, tanımadıqları xarici ölkə vətəndaşlarının sosial şəbəkələr və digər vasitələrlə onlarla əlaqə qurmağa çalışarsa, diqqətli olmağı tövsiyə edib. O, belə hallarda həmin şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsinə cəlb etmə cəhdləri ola biləcəyini vurğulayıb və bu kimi vəziyyətlərdə dərhal müvafiq orqanlara məlumat verməyin əhəmiyyətinə toxunub.

Tədbirdə çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı narkotik vasitələrin qanunsuz dövriyyəsinin birbaşa milli təhlükəsizliyimizə ciddi təhdid olduğunu bildirib. Belə ki, dost olmayan dövlətlərin xüsusi xidmət orqanları narkotik vasitələrin aludəçilərinin “zəif nöqtələrini” yaxşı bilirlər və onları dövlətimizin suverenliyinə qarşı yönəlmiş, ölkəmizdəki mövcud sabitliyin pozulmasına hesablanmış məkrli planlarına alət edə bilərlər.

SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi İlkin Rəhimov tədbirdə çıxış edərək, aidiyyəti dövlət  qurumlarından dəvət olunmuş qonaqlara tədbirə verdikləri dəyərli töhfələrə görə minnətdarlığını ifadə edib. O, çıxışında narkotik vasitə və psixotrop maddələrin ölkədə sürətlə yayılmasının strateji obyektlər üçün də ciddi təhdid yaratdığını vurğulayıb. İdarə rəisi bu narahatedici vəziyyətin qarşısını almaq məqsədilə strateji obyektlərin mühafizəsində əlavə təhlükəsizlik tədbirlərinin həyata keçiriləcəyini bildirib. O, həmçinin SOCAR ailəsinin narkomaniya ilə mübarizədə hüquq-mühafizə orqanlarına daim dəstək verməyə hazır olduğunu qeyd edərək, bütün tədbir iştirakçılarını bu mübarizədə diqqətli olmağa çağırıb.

Qeyd edək ki, tədbirin sonunda iştirakçılara Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən narkotik maddələrdən istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək məqsədilə hazırlanmış metodiki tövsiyələr kitabçası paylanıb.

/img/gallery/100x100/2024_09_09_11_49_59_ea92.jpg
  1. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

  2. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

  3. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

  4. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

  5. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

  6. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

  7. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

  8. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

  9. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

  10. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

  11. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

  12. SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifl..

Siyəzən rayonu ərazisində 105 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Siyəzən rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun  dəniz kənarı kolluq ərazisində 33 ədəd, ümumi çəkisi 105 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 

/img/gallery/100x100/2024_09_02_14_14_08_7967.jpg
  1. Siyəzən rayonu ərazisində 105 kiloqram yabanı halda bit..

  2. Siyəzən rayonu ərazisində 105 kiloqram yabanı halda bit..

Qax rayonu ərazisində 2 ton 970 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Zəyəm kəndi ərazisində 6558 ədəd, ümumi çəkisi 2970 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2024_09_02_12_17_50_3749.png
  1. Qax rayonu ərazisində 2 ton 970 kiloqram yabanı halda b..

Xocalı rayonu ərazisində 1968 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Xocalı rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun  ərazisində 3298 ədəd, ümumi çəkisi 1968 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2024_09_02_12_05_20_4f3d.jpg
  1. Xocalı rayonu ərazisində 1968 kiloqram yabanı halda bit..

  2. Xocalı rayonu ərazisində 1968 kiloqram yabanı halda bit..

  3. Xocalı rayonu ərazisində 1968 kiloqram yabanı halda bit..

Ağstafa rayonu ərazisində 4 ton 138 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Ağstafa rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun  Xətai kəndi ərazisində 2178 ədəd, ümumi çəkisi 4138 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2024_09_02_11_39_14_76d7.png
  1. Ağstafa rayonu ərazisində 4 ton 138 kiloqram yabanı hal..

Masallı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri təşkil edilib.

Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər baş tutmuşdur. Belə ki, 6 gün ərzində Masallı rayonunun 10 kəndi üzrə 400 məktəblinin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.  

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən təlimlərdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. Bununla yanaşı gənclər “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş sərgi, süni intellekt alətləri ilə yaratdıqları təsvirlər və rəsm əsərləri tanış olub, daha sonra praktiki şəkildə “CV” yazılma qaydası öyrəniblər.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  gənclərə təqdim edilmişdir.

 

/img/gallery/100x100/2024_08_26_11_36_15_c154.jpg
  1. Masallı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin nö..

  2. Masallı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin nö..

  3. Masallı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin nö..

  4. Masallı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin nö..

  5. Masallı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin nö..

  6. Masallı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin nö..

  7. Masallı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin nö..

  8. Masallı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin nö..

Masallı gəncləri üçün “Narkomaniyaya yox deyək!” adlı təlim keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Masallı rayonunda Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində “Narkomaniyaya yox deyək!” adlı təlim təşkil edilmişdir.

Tədbirin açılış günü Azərbaycan Respublikasının Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov, Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və digər dövlət qurumlarının nümayəndələri iştirak edirdilər.

Təşkil edilən təlim zamanı gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802” qaynar xəttin fəaliyyət istiqaməti və digər məsələlər barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  gənclərə təqdim edilmişdir.

/img/gallery/100x100/2024_08_23_14_02_34_34e4.jpg
  1. Masallı gəncləri üçün “Narkomaniyaya yox deyək!” adlı t..

  2. Masallı gəncləri üçün “Narkomaniyaya yox deyək!” adlı t..

  3. Masallı gəncləri üçün “Narkomaniyaya yox deyək!” adlı t..

  4. Masallı gəncləri üçün “Narkomaniyaya yox deyək!” adlı t..

  5. Masallı gəncləri üçün “Narkomaniyaya yox deyək!” adlı t..

  6. Masallı gəncləri üçün “Narkomaniyaya yox deyək!” adlı t..

  7. Masallı gəncləri üçün “Narkomaniyaya yox deyək!” adlı t..

  8. Masallı gəncləri üçün “Narkomaniyaya yox deyək!” adlı t..

  9. Masallı gəncləri üçün “Narkomaniyaya yox deyək!” adlı t..

Neftçala rayonunda Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri təşkil edilib.

Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər baş tutmuşdur. Belə ki, 6 gün ərzində Neftçala rayonunun 10 kəndi üzrə 400 məktəblinin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.  

Gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. Bununla yanaşı gənclər “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş sərgi, süni intellekt alətləri ilə yaratdıqları təsvirlər və rəsm əsərləri tanış olub, daha sonra praktiki şəkildə “CV” yazılma qaydası öyrəniblər.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  gənclərə təqdim edilmişdir.

 

/img/gallery/100x100/2024_08_19_15_37_23_4738.jpg
  1. Neftçala rayonunda Səyyar Gənclər Xidməti layihəsinin n..

  2. Neftçala rayonunda Səyyar Gənclər Xidməti layihəsinin n..

  3. Neftçala rayonunda Səyyar Gənclər Xidməti layihəsinin n..

  4. Neftçala rayonunda Səyyar Gənclər Xidməti layihəsinin n..

  5. Neftçala rayonunda Səyyar Gənclər Xidməti layihəsinin n..

  6. Neftçala rayonunda Səyyar Gənclər Xidməti layihəsinin n..