Qalereya

15 saylı cəzaçəkmə müəssisəsində növbəti maarifləndirici tədbir təşkil edilib.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.5-ci yarımbəndinə əsasən, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər üçün antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə 15 saylı cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri təşkil olunub.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin,  Respublika Narkoloji  Mərkəzin nümayəndələri iştirak etmişdir.

  Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.

   Sonda suallar ətrafında diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən  hazırlanmış yeni zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.

/img/gallery/100x100/2026_02_27_10_44_05_978f.jpg
  1. 15 saylı cəzaçəkmə müəssisəsində növbəti maarifləndiric..

  2. 15 saylı cəzaçəkmə müəssisəsində növbəti maarifləndiric..

  3. 15 saylı cəzaçəkmə müəssisəsində növbəti maarifləndiric..

Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində tədbir təşkil edilmişdir.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.5-ci yarımbəndinə əsasən, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər üçün antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə 1 saylı cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri təşkil olunub.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin,  Respublika Narkoloji  Mərkəzin nümayəndələri iştirak etmişdir.

  Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.

   Sonda suallar ətrafında diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən  hazırlanmış yeni zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.

/img/gallery/100x100/2026_02_27_10_08_01_b0be.jpg
  1. Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində tə..

  2. Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində tə..

  3. Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində tə..

Liseydə narkotiklərlə mübarizəyə dair maarifləndirici tədbir keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.14-cü yarımbəndinə uyğun olaraq Sumqayıt şəhər N. Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində “Narkotikə yox deyək – öz həyatının qəhrəmanı ol!” adlı maarifləndirici görüş təşkil olunub.

Tədbir Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin birgə təşkilatçılığı ilə şagirdlər arasında narkotik vasitələr və psixotrop maddələr barədə məlumatlılığın artırılması məqsədilə keçirilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt Şəhər Rayonlararası Narkoloji Dispanserinin baş həkimi və ictimai birliyin sədri çıxış ediblər.

Çıxışlarda narkotik vasitələrin və psixotrop maddələrin cəmiyyət üçün yaratdığı təhlükələr, asılılığın sosial və psixoloji fəsadları, eləcə də profilaktik tədbirlərin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb, onların sağlam həyat tərzi seçməsinin, zərərli vərdişlərdən uzaq durmasının və gələcək fəaliyyətlərində məsuliyyətli mövqe nümayiş etdirməsinin vacibliyi vurğulanıb

 Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə,“Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar", “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.

 

/img/gallery/100x100/2026_02_19_12_42_54_9061.jpg
  1. Liseydə narkotiklərlə mübarizəyə dair maarifləndirici t..

  2. Liseydə narkotiklərlə mübarizəyə dair maarifləndirici t..

  3. Liseydə narkotiklərlə mübarizəyə dair maarifləndirici t..

  4. Liseydə narkotiklərlə mübarizəyə dair maarifləndirici t..

  5. Liseydə narkotiklərlə mübarizəyə dair maarifləndirici t..

  6. Liseydə narkotiklərlə mübarizəyə dair maarifləndirici t..

  7. Liseydə narkotiklərlə mübarizəyə dair maarifləndirici t..

  8. Liseydə narkotiklərlə mübarizəyə dair maarifləndirici t..

Sumqayıt şəhərində narkomanlığa qarşı növbəti maarifləndirici aksiya təşkil olunub

Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Sumqayıt şəhər İcra Hakimiyyəti ilə birgə rayon ərazisində maarifləndirici aksiya keçirilib.

Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana Haqqında Həqiqət”,"Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və “Narkotiklər Haqqında Həqiqəti Bilin” adlı yeni əyani vəsaitlər paylanılmışdır.

Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunmuşdur. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmiş, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.

Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb.

 

/img/gallery/100x100/2026_02_19_12_30_04_7951.jpg
  1. Sumqayıt şəhərində narkomanlığa qarşı növbəti maariflən..

  2. Sumqayıt şəhərində narkomanlığa qarşı növbəti maariflən..

  3. Sumqayıt şəhərində narkomanlığa qarşı növbəti maariflən..

  4. Sumqayıt şəhərində narkomanlığa qarşı növbəti maariflən..

Sumqayıt Dövlət Universitetində “Narkotikə yox deyək – öz həyatının qəhrəmanı ol!” adlı tədbir keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə uyğun olaraq Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir təşkil olunub.

Tədbir Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin birgə təşkilatçılığı ilə tələbələr arasında antinarkotik təbliğat işinin əhatəsinin genişləndirilməsi məqsədilə keçirilib.

Tədbirdə universitetin rektoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt Şəhər rayonlararası Narkoloji Dispanserinin baş həkimi və ictimai birliyin sədri çıxış ediblər.

Çıxışlarda narkotik vasitələrin və psixotrop maddələrin cəmiyyət üçün yaratdığı təhlükələr, asılılığın sosial və psixoloji fəsadları, eləcə də profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb və antinarkotik mübarizənin davamlı şəkildə aparılmasının vacibliyi vurğulanıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə,“Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar", “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.

 

/img/gallery/100x100/2026_02_18_10_48_40_a588.jpg
  1. Sumqayıt Dövlət Universitetində “Narkotikə yox deyək – ..

  2. Sumqayıt Dövlət Universitetində “Narkotikə yox deyək – ..

  3. Sumqayıt Dövlət Universitetində “Narkotikə yox deyək – ..

  4. Sumqayıt Dövlət Universitetində “Narkotikə yox deyək – ..

  5. Sumqayıt Dövlət Universitetində “Narkotikə yox deyək – ..

  6. Sumqayıt Dövlət Universitetində “Narkotikə yox deyək – ..

  7. Sumqayıt Dövlət Universitetində “Narkotikə yox deyək – ..

  8. Sumqayıt Dövlət Universitetində “Narkotikə yox deyək – ..

  9. Sumqayıt Dövlət Universitetində “Narkotikə yox deyək – ..

  10. Sumqayıt Dövlət Universitetində “Narkotikə yox deyək – ..

  11. Sumqayıt Dövlət Universitetində “Narkotikə yox deyək – ..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar ayının yekununa dair məlumat

2026-cı ilin yanvar ayı ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 793 cinayət faktı aşkarlanmışdır. Onlardan 162-i narkotik vasitələrin qanunsuz satışı, 630-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 893 kq 456,646 qram narkotik vasitələrin və psixotrop maddələrin765 kq 086,6 qramını marixuana, 76 kq 396,846 qramını heroin, 23 kq 339 qramını tiryək,20 kq 032,8 qramını həşiş,6 kq 043,5 qramını digər narkotik vasitələr və 2 kq 557,9 qramını psixotrop maddələr təşkil etmişdir.

Qanunsuz dövriyyədən çıxarılmış 893 kq 456, 646 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 22  milyon 795 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 207 nəfər cəlb edilmiş, onlardan 199-u kişi, 8-i qadın olmuşdur. Məsuliyyətə cəlb edilmiş 3 xarici ölkə vətəndaşından ümumilikdə 48 kq 900,246 qr müxtəlif növ narkotik vasitələr  götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 18 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 252 kq 341,549 qr narkotik vasitə çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 14 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 162 kq 240,1 qr narkotik vasitə və psixotrop  maddə müsadirə edilmişdir.100 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 59 kq 691,5qr müxtəlif növ narkotik vasitə müsadirə edilmişdir.

Təhlil göstərir ki, 2025-ci ilin yanvar ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 108, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 125 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 143 kq 128,62 qr artmış,narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 4 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 28, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 4 nəfər azalmışdır. Qrup halında olan və bu kateqoriyadan olan digər cinayətlərin sayı  isə sabit qalmışdır.

2025-ci ilin yanvar ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış psixotrop maddələrin çəkisi 12 kq 400,634 qr (82,9%) azalmışdır.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 765 kq 086,6 qr-n (85,6 %) marixuana təşkil etmişdir. Onun da 648 kq 809,2 qramı (84,8%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 116 kq 277,4 qramı  (15,1 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə qanunsuz kultivasiya edilmişdir.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2026-ci ilin 30 yanvar tarixində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 25 məhkəmə və istintaq qərarları əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 858 kq 620,899 qr, 22139 ədəd həb, 1056 ampul narkotik vasitə, psixotrop maddə və 4745 ədəd həb, 240 paket güclü təsirmaddələr yandırma üsulu ilə məhv edilmişdir.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 283, QİÇS-lə Mübarizə Mərkəzində 299, Sumqayıt Narkoloji Mərkəzində 122 nəfər)  704 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə  narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2026-ci ilin yanvar ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 1(0,01%) nəfəri inyekson narkotik istifadəçisi olmuşdur.

2026 ilin yanvar ayı ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 65 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 5-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 6-sı narkotik asılılıqdan müalicə, 54-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 11 məktub ünvanlanmışdır.

802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

2026-cı ilin yanvar ayından etibarən Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 42 tədbir (20 maarifləndirici və təşkilati tədbir, 10 sosial layihə, 12 maarifləndirici aksiya) təşkil edilmişdir.

Maarifləndirmə işinin daha da gücləndirilməsi və genişləndirilməsi, eləcə də görülən işlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Milli Antidopinq Agentliyi arasında 2026-cı ilə dair birgə Tədbirlər Planı imzalanmışdır.

  

Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

/img/gallery/100x100/2026_02_16_10_27_59_5e75.png
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

Cəlilabad rayonunda narkomanlığa qarşı maarifləndirici aksiya təşkil olunub.

Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Cəlilabad Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində maarifləndirici aksiya keçirilib.

Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana Haqqında Həqiqət”,"Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və “Narkotiklər Haqqında Həqiqəti Bilin” adlı yeni əyani vəsaitlər paylanılmışdır.

Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunmuşdur. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmiş, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.

Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb.

/img/gallery/100x100/2026_02_10_09_28_07_caa8.png
  1. Cəlilabad rayonunda narkomanlığa qarşı maarifləndirici ..

  2. Cəlilabad rayonunda narkomanlığa qarşı maarifləndirici ..

  3. Cəlilabad rayonunda narkomanlığa qarşı maarifləndirici ..

  4. Cəlilabad rayonunda narkomanlığa qarşı maarifləndirici ..

  5. Cəlilabad rayonunda narkomanlığa qarşı maarifləndirici ..

  6. Cəlilabad rayonunda narkomanlığa qarşı maarifləndirici ..

  7. Cəlilabad rayonunda narkomanlığa qarşı maarifləndirici ..

Valideynlər üçün növbəti maarifləndirici tədbir Cəlilabad rayonunda təşkil edildi.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Cəlilabad rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə valideynlər üçün maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Cəlilabad rayon İcra Hakimiyyətinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri çıxış edərək, narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılmasının əhəmiyyəti, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və yaratdığı ağır fəsadlar barədə ətraflı məlumat veriblər.

Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, həmçinin “Valideynlər üçün tövsiyə”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.

/img/gallery/100x100/2026_02_09_10_07_17_7f7c.jpg
  1. Valideynlər üçün növbəti maarifləndirici tədbir Cəlilab..

  2. Valideynlər üçün növbəti maarifləndirici tədbir Cəlilab..

  3. Valideynlər üçün növbəti maarifləndirici tədbir Cəlilab..

  4. Valideynlər üçün növbəti maarifləndirici tədbir Cəlilab..

  5. Valideynlər üçün növbəti maarifləndirici tədbir Cəlilab..

  6. Valideynlər üçün növbəti maarifləndirici tədbir Cəlilab..

  7. Valideynlər üçün növbəti maarifləndirici tədbir Cəlilab..

Astara rayonunda valideynlər üçün maarifləndirici tədbir təşkil edildi.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə valideynlər üçün maarifləndirici tədbir təşkil olunub.

   Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti Başçısının müavini, yerli Komissiyanın sədri,  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və aidiyyəti qurumların nümayəndələri çıxış edərək, narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılmasının əhəmiyyəti, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və yaratdığı ağır fəsadlar barədə ətraflı məlumat veriblər.

  Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, həmçinin və “Valideynlər üçün tövsiyə” adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.

/img/gallery/100x100/2026_02_06_14_03_16_39dc.jpg
  1. Astara rayonunda valideynlər üçün maarifləndirici tədbi..

  2. Astara rayonunda valideynlər üçün maarifləndirici tədbi..

  3. Astara rayonunda valideynlər üçün maarifləndirici tədbi..

  4. Astara rayonunda valideynlər üçün maarifləndirici tədbi..

  5. Astara rayonunda valideynlər üçün maarifləndirici tədbi..

Astara rayonunda məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli miqdarda olan narkotik vasitələr məhv edilib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Astara rayon komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş 21 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

 

/img/gallery/100x100/2026_02_06_14_00_16_d642.jpg
  1. Astara rayonunda məhkəmə qərarları əsasında müsadirə ol..

Narkomanlığa qarşı növbəti maarifləndirici aksiya Astara rayonunda təşkil olunub

Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Astara Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində maarifləndirici aksiya keçirilib.

Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana Haqqında Həqiqət”,"Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və “Narkotiklər Haqqında Həqiqəti Bilin” adlı yeni əyani vəsaitlər paylanılmışdır.

Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunmuşdur. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmiş, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.

Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb.

 

/img/gallery/100x100/2026_02_06_09_46_53_497d.jpg
  1. Narkomanlığa qarşı növbəti maarifləndirici aksiya Astar..

  2. Narkomanlığa qarşı növbəti maarifləndirici aksiya Astar..

  3. Narkomanlığa qarşı növbəti maarifləndirici aksiya Astar..

  4. Narkomanlığa qarşı növbəti maarifləndirici aksiya Astar..

  5. Narkomanlığa qarşı növbəti maarifləndirici aksiya Astar..

  6. Narkomanlığa qarşı növbəti maarifləndirici aksiya Astar..

  7. Narkomanlığa qarşı növbəti maarifləndirici aksiya Astar..

  8. Narkomanlığa qarşı növbəti maarifləndirici aksiya Astar..

  9. Narkomanlığa qarşı növbəti maarifləndirici aksiya Astar..

  10. Narkomanlığa qarşı növbəti maarifləndirici aksiya Astar..

  11. Narkomanlığa qarşı növbəti maarifləndirici aksiya Astar..

Cəlilabad və Masallı rayonlarında məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli miqdarda olan narkotik vasitələr məhv edilib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Cəlilabad (23 hökm) və Masallı (47 hökm) rayon komissiyaları tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş ümumilikdə 70 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

/img/gallery/100x100/2026_02_06_09_38_51_40c4.jpg
  1. Cəlilabad və Masallı rayonlarında məhkəmə qərarları əsa..