Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin akt zalında “Narkomanlığa qarşı mübarizə hər kəsin vətəndaşlıq borcudur” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Orxan İbrahimov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov, Şirvan Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Azər Hüseynov, Şirvan şəhər Polis şöbəsinin rəis müavini Kəmaləddin Məmmədov, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleçinin direktoru Barxudar Barxudarov, Gənclər və İdman İdarəsinin rəis müavini Rövşən Mehralıyev, Şirvan “Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Əfqan Həsənov, Peşə liseyinin direktoru Elnur Novruzov, İctimai Təhlükəsizlik bölməsinin rəisi Aqşin Məmmədli, Kollecin müəllim və tələbələri iştirak edib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dövlət səviyyəsində aparılan mübarizə tədbirlərindən, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə qəbul edilən Qanun və Dövlət Proqramlarının uğurla həyata keçirilməsindən, o cümlədən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyətindən danışıb. Eyni zamanda təqdimat vasitəsilə narkotiklərin insan orqanizminə mənfi təsiri və ölümcül fəsadları barədə ətraflı məlumat verib.
Şirvan Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Azər Hüseynov şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə yaradılan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyasının gördüyü işləri, narkomanlığın cəmiyyətə ziyanı, onunla mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, yeniyetmə və gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi, onların sağlam mühitə qaytarılması, müxtəlif zərərli vərdişlərin yayılmasının əleyhinə şəhərin idarə, müəssisə və təşkilatlarında mütəmadi kütləvi tədbirlər təşkil olunduğunu diqqətə çatdırıb.
Sonra çıxış edən Şirvan şəhər Polis şöbəsinin müavini Kəmaləddin Məmmədov, Şirvan “Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Əfqan Hüseynov, Peşə liseyinin direktoru Elnur Novruzov hazırda narkomanlığın dünyada çox böyük təhlükə olduğunu, “ağ ölümün” gəncləri və gənc ailələri məhv etdiyini, sağlam həyat tərzinin təbliğinin, mənəvi-əxlaqi dəyərlərinin qorunmasının vacibliyini, bununla bağlı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıblar. Şirvan və Şəhər Polis Şöbəsi tərəfindən narkomaniyaya və narkotiklərn qanunsuz dövriyyəsinə qarşı sərt tədbirlərin həyata keçirildiyini, qısa müddətdə xeyli narkotacirin məsuliyyətə cəlb edildiyini, şəhər ərazisində ictimai sabitliyin təmin olunduğunu qeyd ediblər.
Tədbirin sonunda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.
Carı ilin 16 dekabr tarixində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə, Səbail rayon İcra Hakimiyyəti başçısının I müavini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, DİN-nin Səbail rayon Polis İdarəsinin əməkdaşı iştirak edərək mövzu ətrafında çıxış etmişlər.
Çıxışlarda narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən gənclərin asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmişdir. Daha sonra tələbələri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Sonda müəllim heyyətinə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça, tələbələrə isə zəruri təbliğat materialları təqdim edilmişdir.
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və partiyanın Qaradağ rayon təşkilatının birgə təşəbbüsü ilə “Narkomaniya – cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran təhlükə mənbəyidir” mövzusunda tədbir keçirilib.
Qaradağ rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədr müavini Vüqar Hüseynov bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən problemlərdən biri olmaqla bərabər, insanların sağlamlığına təhlükə yaradan, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən amildir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” bu problemlə sistemli mübarizə aparılması baxımından mühüm əhəmiyyət daşıyır.
YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva çıxışında bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. O qeyd edib ki, Tədbirlər Planına uyğun olaraq maarifləndirmə işi çərçivəsində dəyirmi masalar, fləşmoblar, idman yarışları, mədəni-kütləvi tədbirlər keçirilir. Məqsəd cəmiyyətimizdə zərərli vərdişlərin qarşısını almaqdan ibarətdir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Emil Abbasov çıxışında rayonda bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov bildirib ki, Azərbaycanda narkomaniya ilə mübarizə davamlı xarakter daşıyır. Onun sözlərinə görə, bu məsələdə hər kəs barışmaz mövqe tutmalı və qətiyyətli mübarizə aparmalıdır.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Şahin Verdiyev isə qeyd edib ki, cəmiyyətin sağlamlığı ölkənin gələcəyi üçün müstəsna önəm kəsb edir. Bu baxımdan, gənc nəslin hər cür zərərli vərdişlərə aludəçilikdən qorunması, xüsusilə narkomaniya ilə mübarizə olduqca əhəmiyyətlidir.
Çıxış edən Əməkdar jurnalist, “Qara talelər” sənədli filminin müəllifi Mübariz Əsgərov bildirib ki, bütün cəmiyyətimiz narkomaniya ilə mübarizədə fəal olmalıdır. Çünki narkomaniya böyük bəladır. O, “Qara talelər” sənədli filminin bu bəlanın qurbanlarına, narkomaniyanıın insan həyatına vurduğu ağır təsirlərə həsr olunduğunu diqqətə çatdırıb. Film maarifləndirici xarakter daşıyır.
Sonda Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə çəkilmiş “Qara talelər” sənədli filmi nümayiş etdirilib.
Cari ilin dekabr ayının 14-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu Turizm və Menecment Universiteti ilə birlikdə “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı və Turizm və Menecment Universitetin nümayəndəsi iştirak etmişdir.Keçirilmiş görüşdə, narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına ziyanı və onun törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, tələbələri maraqlandıran suallar ətrafında diskusiyalar aparılmışdır.
Sonda, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları uşaqlar arasında paylanılmış, o cümlədən məktəbin müəllim heyətinə “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyyələr adlı kitabça təqdim edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, Müdafiə Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə aidiyyəti qurumları cəlb etməklə N saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib.
Tədbirlərdə Komissiyanın İşçi Qrupu rəhbərinin müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı və Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu mövzu ətrafında çıxışlar edərəknarkotik maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri, o cümlədən profilaktik tədbirlərə dair fəaliyyət planı və narkotik vasitələrin qəbuluna şübhə yarandığı halda ekspress-diaqnostikanın aparılması barədə zəruri məlumatlar verilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və digər zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Zəngilan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9 və 36 nömrəli məktəbin şagirdləri üçün maarifləndirmə tədbiri təşkil edilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının baş məsləhətçisi Şahin İsmayılov; Zəngilan rayon Polis Şöbəsinin- Cinayət-axtarış qrupunun baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Bərxudar Şıxəliyev; Zəngilan rayon Gənclər və İdman idarəsinin rəisi Zakir Məmmədov; Zəngilan rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nərmin Hüseynzadə; Zəngilan Rayon İcra hakimiyyətində məsləhətçi–psixoloq Mətanət Həsənova; Zəngilan rayon 9 və 36 nömrəli məktəbin şagirdləri, məktəblərin psixoloqları iştirak etdilər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub. Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır. Sonda şagirdləri maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsi 309 nömrəli tam orta məktəbdə antinarkotik təbliğat istiqamətində "Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə məlumatlandırma xarakterli görüş keçirildi.
Tədbir çərçivəsində narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib.
Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.23-cü və 4.4.24-cü bəndlərinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı çərçivəsində qeyri-hökumət təşkilatlarının əməkdaşlarına təlim keçirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini və baş məsləhətçisi tərəfindən narkomaniya ilə mübarizə yolları və nəticələri barədə ətraflı məlumat verilib. Müvafiq mövzuda maarifləndirmə işlərinin düzgün aparılmasının vacibliyi vurğulanıb, yetkinlik yaşına çatmayan uşaqlara narkomaniya haqqında məlumat verilməsinin həssasılığından danışılıb.
Təlim çərçivəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça iştirakçılara təqdim edilmişdir.
Dekabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və partiyanın Pirallahı rayon təşkilatının birgə təşəbbüsü ilə “Gələcəyimizi ağ ölümdən xilas edək!” mövzusunda tədbir keçirilib.
Pirallahı Gənclər Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması üçün zəruri şərtlərdəndir. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Onun sözlərinə görə, Azərbaycanda narkomaniyaya qarşı sistemli mübarizə aparılır.
Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, tədbir dövlətimizin başçısının təsdiq etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq keçirilir. Onun sözlərinə görə, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Gənclərin bu kimi mənfi vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir.
Pirallahı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyanın sədri Vəzir Səfixanov çıxış edərək rayonda bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Tədbirdə, həmçinin Pirallahı rayon polis şöbəsinin rəis müavini, polkovnik-leytenant Elman Kazımov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Şahin Verdiyev və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı Vasif Quliyev çıxış edərək narkomaniyanın fəsadlarından bəhs edib, bu bəla ilə mübarizənin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, yeniyetmə və gənclərimizin təlim-tərbiyəsi, elmə, təhsilə və idmana marağının artırılması da onların zərərli vərdişlərdən uzaqlaşmalarında vacib amildir. Vurğulanıb ki, narkotik maddələrdən asılılıq insanın ailəyə, cəmiyyətə bağlılığını azaldır və nəticədə onu cəmiyyət üçün faydasız fərdə çevirir. Cəmiyyətlə şəxsiyyət arasındakı əlaqənin pozulması təkcə onun özünə deyil, həm də ətrafına mənfi təsir göstərir. Buna görə də gələcəyimiz olan gənclər narkomaniyanın nə qədər zərərli, təhlükəli olduğunu bilməlidirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Cari ilin yanvar-noyabr ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 2009 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 252-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 776-sı narkotik asılılıqdan müalicə, 981-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur.
Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün operativ şəkildə aidiyyəti orqanlara 1028 məktub ünvanlanmış və nəticə olaraq 776 nəfərnarkotik asılılıqdan müalicə ilə əlaqədar ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar vətəndaşlar tərəfindən verilən məlumatlar əsasında 187 fakt üzrə cinayət işi açılmış, 50 məlumat üzrə keçirilmiş tədbirlər nəticəsində fakt öz təsdiqini tapmamış, 15 müraciət istiqamətində hazırda əməliyyat tədbirləri davam etdirilir.
Eyni zamanda ötən ilin müvafiq dövrü ilə müqayisədə qaynar xətt zəng xidmətinə 1071 vətəndaş müraciəti daha çox daxil olmuşdur. Onlardan 63-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 502-si könüllü müalicə, 506-sı isə sifahi xarakterli müraciətlər ilə bağlı olmuşdur.
Bundan əlavə “802” qaynar xəttinə müraciət edənlər arasında aparılan müvafiq sorğu nəticəsində müəyyən edilmişdir ki, telefon zəng xidmətinin əlaqə nömrəsi əsasən televiziya kanalları vasitəsilə, o cümlədən metro stansiyalarında və digər ictimai yerlərdə mütəmadi olaraq yayımlanan video çarxlardan və sosial lövhələrdən əldə edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, Müdafiə Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə aidiyyəti qurumları cəlb etməklə N saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib.
Tədbirlərdə Komissiyanın İşçi Qrupu rəhbərinin müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı və Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu mövzu ətrafında çıxışlar edərəknarkotik maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri, o cümlədən profilaktik tədbirlərə dair fəaliyyət planı və narkotik vasitələrin qəbuluna şübhə yarandığı halda ekspress-diaqnostikanın aparılması barədə zəruri məlumatlar verilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və digər zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclas qərarına müvafiq olaraq təbliğat və maarifləndirmə işlərinin dahada gücləndirilməsi, davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirləlin qiymətləndirilməsinin icra vəziyyətinin öyrənilməsi məqsədilə Gədəbəy rayonunda dəyirmi masa təşkil olunub.
Tədbirdə müvafiq dövr ərzində qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar görülmüş işlərə dair hesabatlar dinlənilmiş, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlığını təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı profilaktik tədbirlərinin görülməsi və bu sahədə fəaliyyət göstərən qurumların qarşılıqlı əməkdaşlığı ilə koordinasiya işlərinin təşkil edilməsi istiqamətində müzakirələr aparılmış lazımi metodiki tövsiyələr və köməkliklər göstərilmişdir.
Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları həmçinin, elektron daşıyıcılarda təbliğat materialları təqdim edilmişdir.
Şirvanda “Narkomanlığa qarşı mübarizə hər kəsin vətənda..
Azərbaycan Dövlət Pedaqoji Universitetində antinarkotik..
“Narkomaniya – cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ..
Narkomaniya ilə mübarizə işinin gücləndirilməsi məqsədi..
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində növbəti m..
"Narkomaniyaya birlikdə yox deyək!” mövzusunda maariflə..
"Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə növb..
Peşəkarlığın yüksəldilməsi və təcrübə mübadiləsi məqsəd..
Pirallahıda “Gələcəyimizi ağ ölümdən xilas edək!” mövzu..
Carı ilin yanvar-noyabr ayları ərzində “802” qaynar xət..
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maariflən..
Gədəbəy rayonunda dəyirmi masa təşkil olunub...