
Antinarkotik təbliğat və təşviqat işlərinin gücləndirilməsini nəzərə alaraq, sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı sosial təbliğat və maarifləndirmə işlərinin səmərəliliyinin artırılması və davamlılığının təmin edilməsi məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış 60 ədəd bilbordların Bakı şəhərində yerləşdirilməsi təmin edilmişdir.
Hazırlanmış bilbordlar rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə təhsil müəssisələrində, mərkəzi küçə və prospektlərdə, əsasən də yeniyetmə və gənclərin daha çox olduğu ərazilərdə quraşdırılmışdır.
Müxtəlif adda çap olunmuş bilbordlar “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Yeniyetmələr və gənclər üçün”, “Sən bunlara hazırsan?”, “Narkotiksiz sağlam yaşa”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” mövzularını əhatə etmişdir.
Maarifləndirici bilbordların uzunmüddətli nümayişi nəzərdə tutulur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.5-ci yarımbəndinə əsasən, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər üçün antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə 16 saylı cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin, Respublika Narkoloji Mərkəzin nümayəndələri iştirak etmişdir.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.
Sonda suallar ətrafında diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yeni zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.5-ci yarımbəndinə əsasən, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər üçün antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə 7 saylı cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin, Respublika Narkoloji Mərkəzin nümayəndələri iştirak etmişdir.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.
Sonda suallar ətrafında diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yeni zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.22-ci yarımbəndinə əsasən, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən əhali arasında antinarkotik təbliğatının gücləndirilməsi məqsədilə 5 adda, ümumilikdə 140 ədəd maarifləndirici baner hazırlanıb. Banerlərin bir sıra küçə və prospektlərdə, təhsil müəssisələrinin yaxınlığında, eləcə də əhalinin sıx olduğu digər məkanlarda yerləşdirilməsi nəzərdə tutulur.
Eyni zamanda, respublika üzrə narkomaniyanın daha geniş yayıldığı şəhər və rayonlarda da maarifləndirici banerlərin yerləşdirilməsi planlaşdırılır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən vətəndaş məmnunluğunu təmin etmək məqsədilə cari ilin 20 mart tarixindən 31 mart tarixədək bayram günləri ərzində “802 Qaynar Xətt” WhatsApp üzərindən fəaliyyətini davam etdirəcək.
Vətəndaşlar rəsmi WhatsApp nömrəsi (055) 600 08 02 vasitəsilə sorğularını göndərə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı suallarına cavab və yönləndirici məlumat əldə edə bilərlər.
2026-cı ilin yanvar-fevral ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.
Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1765 cinayət faktı aşkarlanmışdır. Onlardan 359-u narkotik vasitələrin qanunsuz satışı, 1404-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 780 kq 896 kq 713 qram və 300 ədəd həb narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 532 kq 668,1 qramını marixuana, 99 kq 071,146 qramını heroin, 32 kq 065,49 qramını tiryək, 41 kq 067,14 qramını həşiş, 6 kq 279,1 qramını digər narkotik vasitələr və 69 kq 745,737 qramını psixotrop maddələr təşkil etmişdir.
Qanunsuz dövriyyədən çıxarılmış 893 kq 456, 646 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 47milyon 855 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 529 nəfər cəlb edilmiş, onlardan 515-i kişi, 14 qadın olmuşdur. Məsuliyyətə cəlb edilmiş 8 xarici ölkə vətəndaşındanümumilikdə 110 kq 798,356 qr müxtəlif növ narkotik vasitələr götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 32 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 479 kq 764,016 qr narkotik vasitə çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 32 qrup halındatörədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 345 kq 240,3 qr narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Təhlil göstərir ki, 2025-ci ilin yanvar-fevral ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 244 satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 335 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 319 kq 648,78 qr artmış, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 6 fakt, qrup halında olan cinayətlərin sayı 7 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 16, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 9 nəfər azalmışdır.
2025-ci ilin yanvar-fevral ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış heroinin çəkisi 3 kq 892,804 qr (3,8%), tiryəkin çəkisi 753,592 qr (2,3%) azalmışdır.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 1 ton 532 kq 668,1 qr-n (86,0 %) marixuana təşkil etmişdir. Onun da 1 ton 266 kq 809,6 qramı (82,6%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 265 kq 858,5 qramı (17,3 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2026-ci ilin 30 yanvar tarixində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 25 məhkəmə və istuintaq qərarları əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 858 kq 620,899 qr, 22139 ədəd həb, 1056 ampul narkotik vasitə, psixotrop maddə və 4745 ədəd həb, 240 paket güclü təsirmaddələr yandırma üsulu ilə məhv edilmişdir.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 284, QİÇS-lə Mübarizə Mərkəzində 300, Sumqayıt Narkoloji Mərkəzində 123 nəfər) 707 xəstə müalicə alır.
2026 ilin yanvar- fevral ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 120 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 13-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 12-si narkotik asılılıqdan müalicə, 95-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 25 məktub ünvanlanmışdır.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
2026-cı ilin müvafiq dövrü ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 38 tədbir (23 maarifləndirici və təşkilati tədbir, 15 maarifləndirici sosial aksiya) təşkil edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Yasamal rayon komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş 113 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.5-ci yarımbəndinə əsasən, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər üçün antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə 15 saylı cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin, Respublika Narkoloji Mərkəzin nümayəndələri iştirak etmişdir.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.
Sonda suallar ətrafında diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yeni zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.5-ci yarımbəndinə əsasən, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər üçün antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə 1 saylı cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin, Respublika Narkoloji Mərkəzin nümayəndələri iştirak etmişdir.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.
Sonda suallar ətrafında diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yeni zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.14-cü yarımbəndinə uyğun olaraq Sumqayıt şəhər N. Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində “Narkotikə yox deyək – öz həyatının qəhrəmanı ol!” adlı maarifləndirici görüş təşkil olunub.
Tədbir Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin birgə təşkilatçılığı ilə şagirdlər arasında narkotik vasitələr və psixotrop maddələr barədə məlumatlılığın artırılması məqsədilə keçirilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt Şəhər Rayonlararası Narkoloji Dispanserinin baş həkimi və ictimai birliyin sədri çıxış ediblər.
Çıxışlarda narkotik vasitələrin və psixotrop maddələrin cəmiyyət üçün yaratdığı təhlükələr, asılılığın sosial və psixoloji fəsadları, eləcə də profilaktik tədbirlərin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb, onların sağlam həyat tərzi seçməsinin, zərərli vərdişlərdən uzaq durmasının və gələcək fəaliyyətlərində məsuliyyətli mövqe nümayiş etdirməsinin vacibliyi vurğulanıb
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə,“Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar", “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.
Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Sumqayıt şəhər İcra Hakimiyyəti ilə birgə rayon ərazisində maarifləndirici aksiya keçirilib.
Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana Haqqında Həqiqət”,"Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və “Narkotiklər Haqqında Həqiqəti Bilin” adlı yeni əyani vəsaitlər paylanılmışdır.
Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunmuşdur. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmiş, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.
Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə uyğun olaraq Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir təşkil olunub.
Tədbir Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin birgə təşkilatçılığı ilə tələbələr arasında antinarkotik təbliğat işinin əhatəsinin genişləndirilməsi məqsədilə keçirilib.
Tədbirdə universitetin rektoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt Şəhər rayonlararası Narkoloji Dispanserinin baş həkimi və ictimai birliyin sədri çıxış ediblər.
Çıxışlarda narkotik vasitələrin və psixotrop maddələrin cəmiyyət üçün yaratdığı təhlükələr, asılılığın sosial və psixoloji fəsadları, eləcə də profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb və antinarkotik mübarizənin davamlı şəkildə aparılmasının vacibliyi vurğulanıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə,“Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar", “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.
Bakı şəhərinin rayonlarında maarifləndirici tədbirlərin..
16 saylı cəzaçəkmə müəssisəsində növbəti maarifləndiric..
Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində tə..
Antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə 140 ə..
Bayram Günlərində "802 Qaynar Xətt" WhatsApp üzərindən ..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Yasamal rayonunda məhkəmə qərarları əsasında müsadirə o..
15 saylı cəzaçəkmə müəssisəsində növbəti maarifləndiric..
Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində tə..
Liseydə narkotiklərlə mübarizəyə dair maarifləndirici t..
Sumqayıt şəhərində narkomanlığa qarşı növbəti maariflən..
Sumqayıt Dövlət Universitetində “Narkotikə yox deyək – ..