“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.33-cü bəndinə müvafiq olaraq, Müdafiə Nazirliyi ilə Dövlət Komissiyasının İşçi Qrupunun birgə əməkdaşlığı çərçivəsindəəsasən maarifləndirmə funksiyasını yerinə yetirən “Həyatla oyun” tamaşasının Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə nümayişi təşkil edilib.
Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında canlandırılan və əsasən maarifləndirmə məqsədi daşıyan tamaşada narkotik vasitələrdən sui-istifadənin fəsadları, narkotik vasitə istifadəçilərinin həyat tərzi əks olunub. Ssenaridə əsasən, kiçik yaşlarında övladlarının təlim-tərbiyəsinə laqeyd qalan valideynlər və uşaqların zərərli vərdişlərə qarşı maarifləndirilməməsi qabardılıb.
Tamaşa iştirakçıların marağına səbəb olub və alqışlarla qarşılanıb.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən 2021-ci ilə dair hazırlanmış “İllik hesabat” jurnal formasında nəşr edilib.
Qeyd olunan hesabatda ötən il Dövlət Proqramının icrasına dair ümumiləşdirilmiş məlumat, hüquq-mühafizə orqanları tərəfindən görülmüş işlər, narkotiklərlə əlaqəli qanun pozuntularının ümumi statistikası, qanunsuz dövriyyədən müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin dinamikasını əks etdirən müqayisəli göstəricilər, narkomanlığa qarşı təbliğat və profilaktika işinin təşkili, müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin məhvetmə prosesi, o cümlədən qeyri-hökumət və beynəlxalq təşkilatlarla aparılan iş öz əksini tapıb
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən 2021-ci ilə dair hazırlanmış “İllik hesabat” jurnal formasında nəşr edilib.
Qeyd olunan hesabatda ötən il Dövlət Proqramının icrasına dair ümumiləşdirilmiş məlumat, hüquq-mühafizə orqanları tərəfindən görülmüş işlər, narkotiklərlə əlaqəli qanun pozuntularının ümumi statistikası, qanunsuz dövriyyədən müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin dinamikasını əks etdirən müqayisəli göstəricilər, narkomanlığa qarşı təbliğat və profilaktika işinin təşkili, müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin məhvetmə prosesi, o cümlədən qeyri-hökumət və beynəlxalq təşkilatlarla aparılan iş öz əksini tapıb
802 qaynar xəttinə daxil olan vətəndaş müraciətlərinin çoxluğunun nəzərə alaraq və eyni zamanda vətəndaş məmnunluğunu təmin etmək məqsədilə cari ilin aprel ayından etibarən qaynar xətt zəng xidməti həftənin şənbə günləri də (saat 9:00-17:00) fəaliyyətə başlamışdır.
Yanvar-aprel ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 671 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 75-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 269-u narkotik asılılıqdan müalicə, 327-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 347 məktub ünvanlanmışdır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 05 may tarixində Binəqədi rayonu Bünyad Sərdarov adına maşınqayırma zavodunun ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının məhv edilməsi prosesi həyata keçirilib.
Narkotiklərin məhv olunması prosesində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına üzv olan Baş Prokurorluğun, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri iştirak ediblər.
Ümumilikdə 1430 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 973 kq 007 qr heroin, 1 ton 112 kq 241 qr marixuana, 287 kq 357 qr tiryək,30 kq 274 qr həşiş, 446 qr kokain, 64,753 qr və 35647 ədəd həb metadon, 215 kq 254 qr və 6966ədəd həb və 38 kapsul psixotrop maddə, 238,724 qr, 4182 kapsul, 189 konvalyut, 49914 həb, narkotik vasitələr, psixotrop maddələr, o cümlədən 28697ədəd çətənə bitkisinin aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.
Carı ilin 27 aprel tarixində Azərbaycan Texniki Universitetində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Miqrasiya Sahəsinin İnkşaf İctimai Birliyi”, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübirizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Narkotik vasitələr, zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizəyə dair təlim keçirilmişdir.
Tədbirdə, Dövlət Komissiyasın İşçi Qrupunun, Miqrasiya Sahəsinin İnkşaf İctimai Birliyinin, Dövlət Miqrasiya Xidmətinin və Bakı Şəhər Narkoloji Dispanserin nümayəndələri iştirak edərək mövzu ətrafında çıxış etmişlər.
Təlimdə, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış təqdimat əsasında narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin asudə vaxtın səmərəli təşkil olunmasıbarədə ətraflı məlumatlar verilmişdir.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə Azərbaycan Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində Sumqayıt Dövlət Dram Teatrında “Həyatla oyun” tamaşası nümayiş olunub.
Gənclər arasında antinarkotik təbliğat işinin daha da təsirli metodlarla təşkili məqsədilə Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında canlandırılan əsasən maarifləndirmə funksiyasını yerinə yetirən tamaşada narkotik vasitələrdən sui-istifadənin fəsadları, narkotik vasitə istifadəçilərinin həyat tərzi əks olunub. Ssenaridə əsasən kiçik yaşlarında övladlarının təlim-tərbiyəsinə laqeyd qalan valideynlər və uşaqların zərərli vərdişlərə qarşı maarifləndirilməməsi qabardılıb.
Tamaşa gənclərin marağına səbəb olub və alqışlarla qarşılanıb.
Cari ilin aprelin 21-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasında “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, Azərbaycan Dövlət Dəniz Akademiyasının prorektoru Zahid Şərifov, Səbail Rayon Polis İdarəsinin əməkdaşı Emin Bağırzadə, Bakı Narkoloji Mərkəzinin həkim-narkoloqu Günay Babayeva, Səbail RİHBA-nın əməkdaşları, mətbuat nümayəndələri, pedaqoji işçilər və tələbələr iştirak etmişlər.
Tədbirdə narkotiklərin və psixoaktiv maddələrin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar, narkotik maddələrdən istifadənin risk amilləri, narkomanlığa qarşı mübarizə tədbirləri barədə geniş məlumat verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb. Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara təqdim olunub.
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində 4 saylı cəzaçəkmə müəssisəsində Bakı Uşaq və Gənclər Teatrının “Həyatla oyun” tamaşası nümayiş olunub.
Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında canlandırılan əsasən maarifləndirmə funksiyasını yerinə yetirən tamaşada narkotik vasitələrdən sui-istifadənin fəsadları, narkotik vasitə istifadəçilərinin həyat tərzi əks olunub. Ssenaridə əsasən kiçik yaşlarında övladlarının təlim-tərbiyəsinə laqeyd qalan valideynlər və uşaqların zərərli vərdişlərə qarşı maarifləndirilməməsi qabardılıb.
Tamaşa qadın məhkumlarən marağına səbəb olub və alqışlarla qarşılanıb.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılmışdır.
Şəki şəhər 1 nömrəli Peşə Məktəbində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Şəki şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar vermişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmış və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
Сari ilin yanvar - mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2795 cinayət faktı aşkarlanmışdır. Onlardan 1010-u narkotik vasitələrin qanunsuz satışı, 1748-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 16-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 21-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 880 kq 475,692 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 081 kq 614,282 qr-nı heroin, 505 kq 478,298 qr-nı marixuana, 141 kq 094,393 qr-nı tiryək, 5 kq 039,161 qr-nı həşiş, 198,940 qr-nı kokain, 142 kq 797,821 qr-nı psixotrop maddələr, 4 kq 252,797 qr-nı isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 7286 ədəd metadon və 2524 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1732 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 32 nəfəri xarici ölkə vətəndaşıdır.
Onların 15-i İran İslam Respublikası, 8-i Rusiya Federasiyası, 5-i Türkiyə, 3-ü Gürcüstan, 1-Ukrayna vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 576 kq 277,504 qr müxtəlif növ narkotik vasitə, 17 kq 956,92 qr psixotrop maddələr və 1,125 qr güclü təsir edən maddə götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 55 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 765 kq 540,334 qr, 7286 ədəd həb müxtəlif növ narkotik vasitələr, 22 kq 399,27 qr psixotrop maddələr və 108 həb, 2048 ədəd kapsul güclü təsir edən maddə çıxarılmışdır.
2022-ci ilin 3 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 1 ton 880 kq 474,692 qr, narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 69 milyon 778 min AZN (41 milyon ABŞ dolları) kimi qiymətləndirilir.
Cari ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 18526 nəfər istiqamətləndirilmişdir.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 817 nəfərindən 612-si istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Cari ilin yanvar- mart ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 498 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 59-u narkotik vasitələrin qanunsuz dövriyyəsi, 190-nı narkotik asılılıqdan müalicə, 249-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 252 məktub ünvanlanmışdır.
Beləliklə, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizəüzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “802 qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial lövhələrin, video çarxın metro stansiyalarında, bir sıra küçə və prospektlərdə, ticarət mərkəzlərində və o cümlədən televiziya kanalları və sosial şəbəkələrivasitəsilə mütəmadi olaraq yayımlanmasından sonra daxil olan vətəndaş müraciətlərinin sayı artmışdır.
Cari ilin yanvar- mart ayları ərzində qaynar xətt zəng xidmətinə 498 müraciət daxil olmuşdur ki,onların 59-u narkotik vasitələrin qanunsuz dövriyyəsi, 190-nı narkotik asılılıqdan müalicə, 249-u isə digər məsələlər ilə bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə və Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə ümumilikdə 252 məktub ünvanlanmışdır.
Beləliklə, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdar narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə maari..
2021-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr..
2021-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr..
“802” qaynar xətt zəng xidməti həftənin şənbə günləri f..
Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402 k..
Azərbaycan Texniki Universitetində narkomanlığa qarşı m..
Sumqayıt şəhərində “Həyatla oyun” tamaşası nümayiş olun..
Azərbaycan Dövlət Dəniz Akademiyasında “Narkomanlığa qa..
Cəzaçəkmə müəssisəsində “Həyatla oyun” tamaşası nümayiş..
Şəki şəhər 1 nömrəli Peşə Məktəbində maarifləndirmə xar..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
“802 qaynar xətt” zəng xidmətinə müraciətlərin sayı art..