Qalereya

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-fevral aylarının yekununa dair məlumat

        Сari ilin yanvar-fevral ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1914 cinayət faktı aşkarlanmışdır. Onlardan 686-sı narkotik vasitələrin qanunsuz satışı, 1210-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 12-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

         Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 087 kq 949,825 qr narkotik vasitələrin və psixotrop maddələrin 557 kq 738,882 qr-nı heroin, 326 kq 716,953 qr-nı marixuana, 112 kq 668,9 qr-nı tiryək, 5 kq 005,744 qr-nı həşiş, 198,940 qr-nı kokain, 81 kq 633,069 qr-nı psixotrop maddələr, 3 kq 987,337 qr-nı isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 3153 ədəd metadon və 73 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.

         Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 991 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 11 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 7-si İran İslam Respublikası, 1-i Rusiya Federasiyası, 3-ü Türkiyə vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 210 kq 022,362 qr və 2115 ədəd həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülmüşdür.

        Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 30 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 306 kq 692,833 qr və 3153 ədəd həb müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılmışdır.

        2022-ci ilin 2 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 1 ton 087 kq 949,825 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 37 milyon 827 min AZN (22 milyon 235  min  ABŞ dolları) kimi qiymətləndirilir.

        Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 330 nəfərindən 268-nin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

        Cari ilin yanvar-fevral ayları ərzində 802” qaynar xətt telefon zəng xidmətinə 349 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 38-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 137-si narkotik asılılıqdan müalicə, 174-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 175məktub ünvanlanmışdır.

        Beləliklə, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdar narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

 

        Narkomanlığa  və  Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə  Dövlət  Komissiyasının  daimi fəaliyyət göstərən İşçi Qrupu

/img/gallery/100x100/2022_03_16_09_52_50_f4e3.jpg
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyində seminar keçirilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin birgə təşkilatçılığı ilə cari ilin martın 12-də  Yevlax şəhər Heydər Əliyev Mərkəzində “Antinarkotik təbliğatda könüllülərin rolu” mövzusunda seminar keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax şəhərində fəaliyyət göstərən nümayəndəliyinin  mütəxəssis və əməkdaşlarının, könüllülərinin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı təşkil edilən tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları mövzu ilə bağlı çıxış edərək, iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə məlumat veriblər.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

 

/img/gallery/100x100/2022_03_14_14_21_12_66cf.jpg
  1. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayənd..

  2. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayənd..

  3. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayənd..

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

2022-ci il martın 11-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Əhmədovun sədrliyi ilə ötən il ərzində aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən görülmüş işlərin müzakirəsi üzrə Komissiyanın videokonfrans formatında növbəti iclası keçirilib.

Komissiyanın iclasında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın yerinə yetirilməsinə dair görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Qeyd edilmişdir ki, ölkədə insanların sağlamlığının qorunması, mənəvi-əxlaqi dəyərlərin aşınmasının qarşısının alınması zərurəti narkomanlığa, narkotik vasitələrin  qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhəmiyyətini ciddi şəkildə artırmışdır. Hesabat dövründə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizədə dövlətin və vətəndaş cəmiyyəti təşkilatlarının səylərinin birləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi sayəsində sözügedən Dövlət Proqramının həyata keçirilməsi istiqamətində aparılan işlərin səmərələliyinin daha da yüksəldilməsi üçün müvafiq zəruri tədbirlər görülmüşdür.

Bununla yanaşı Komissiyanın sədri ölkə ərazisində hüquq-mühafizə orqanları tərəfindən 2021-ci il ərzində 8535 fakt üzrə 6 ton 607 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələrin  və  psixotrop  maddələrin  qanunsuz  dövriyyədən çıxarılması, müsadirə edilmiş narkotik vasitələrin və psixotrop maddələrin 4 ton 91 kiloqramının ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işlərinin istintaqı nəticəsində 6512 nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 70 nəfərinin xarici ölkə vətəndaşı olması barədə məlumatları iclas iştirakçılarının diqqətinə çatdırmışdır.

Komissiyanın iclasında daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov, Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev, Dövlət Sərhəd Xidməti rəisinin müavini Firuz Şirinzadə, səhiyyə nazirinin müavini Nadir Zeynalov, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası Audiovizual Şuranın sədri İsmət Səttarov təmsil etdikləri qurumlar tərəfindən qeyd olunan sahədə aparılan mübarizə tədbirləri, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə çıxış edərək ətraflı məlumat veriblər.

Komissiyanın iclasında son dövrlərdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması, ölkəyə gətirilməsi və istifadəsi ilə bağlı faktların çoxalmasından narahatlıq ifadə edilib, bu cür halların qarşısının alınması üçün müvafiq dövlət qurumlarının və ictimaiyyətin səylərinin artırılması, narkomanlığa qarşı profilaktik tədbirlərin və marifləndirmə işinin aidiyyəti orqanlar tərəfindən birgə tədbirlər planları hazırlayaq kompleks şəkildə təşkil edilməklə gücləndirilməsinin zəruriliyi vurğulanıb.

İclasın yekunu olaraq, qarşıda duran vəzifələrin icrası, narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alınması sahəsində fəaliyyətlərini gücləndirilməsi, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, narkoloji müalicə müəssisələrininmaddi-texniki bazasınıntəkmilləşdirilməsi, reabilitasiya mərkəzlərinin yaradılması, yeniyetmə və gənclər arasında təbliğat və maarifləndirmə işlərinin təsirli vasitələrlə təşkili, narkomanlığın xüsusilə geniş yayıldığı şəhər və rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kompleks tədbirlər hazırlayıb həyata keçirilməsi və digər zəruri tədbirlərin icra edilməsi istiqamətində səmərəliliyin daha da artırılması ilə bağlı aidiyyəti qurumlar qarşısında konkret vəzifələrin qoyulmasına dair müvafiq qərar qəbul edilib.

/img/gallery/100x100/
  1. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəs..

  2. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəs..

Şəki Dövlət Regional Kollecində tədbir keçirilib.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Şəki şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  carı ilin 11 mart tarixində Şəki Dövlət RegionalKollecdə “Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

  Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşıları mövzu ərafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.

 Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmış və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2022_03_11_15_48_00_0a9f.JPG
  1. Şəki Dövlət Regional Kollecində tədbir keçirilib...

  2. Şəki Dövlət Regional Kollecində tədbir keçirilib...

  3. Şəki Dövlət Regional Kollecində tədbir keçirilib...

  4. Şəki Dövlət Regional Kollecində tədbir keçirilib...

Qəbələ rayonunda maarifləndirmə tədbiri keçirilib

   "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Qəbələ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  carı ilin 10 mart Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində  "Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrənək" mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir.

  Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı mövzu ərafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar vermişdir.

  Sonda tələbələri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmış və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2022_03_11_10_59_45_49b8.JPG
  1. Qəbələ rayonunda maarifləndirmə tədbiri keçirilib..

  2. Qəbələ rayonunda maarifləndirmə tədbiri keçirilib..

  3. Qəbələ rayonunda maarifləndirmə tədbiri keçirilib..

  4. Qəbələ rayonunda maarifləndirmə tədbiri keçirilib..

  5. Qəbələ rayonunda maarifləndirmə tədbiri keçirilib..

İsmayıllı Dövlət Humanitar Kollecində maarifləndirmə tədbiri keçirilib

   Cari ilin martın 10-da Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı Dövlət Humanitar Kollecində "Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrənək" mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilib.    

   Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri mövzu ətrafında çıxış edərək, iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.

   Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış  zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2022_03_11_10_48_56_83dc.JPG
  1. İsmayıllı Dövlət Humanitar Kollecində maarifləndirmə tə..

  2. İsmayıllı Dövlət Humanitar Kollecində maarifləndirmə tə..

  3. İsmayıllı Dövlət Humanitar Kollecində maarifləndirmə tə..

  4. İsmayıllı Dövlət Humanitar Kollecində maarifləndirmə tə..

  5. İsmayıllı Dövlət Humanitar Kollecində maarifləndirmə tə..

  6. İsmayıllı Dövlət Humanitar Kollecində maarifləndirmə tə..

  7. İsmayıllı Dövlət Humanitar Kollecində maarifləndirmə tə..

Lənkəran şəhərində “Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda tədbir keçirilib.

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Lənkəran şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  carı ilin 10 mart tarixində Lənkəran Dövlət Universitetinin nəznində Sosial və Aqrar-Texnolojı Kollecdə “Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.Tədbirdə tələbələrlə yanaşı kollecin müəllim heyyəti iştirak etmişdir.

  Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun və Səhiyyə Nazirliyinin əməkdaşları mövzu ərafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.

  Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmış və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2022_03_10_16_31_58_d958.jpg
  1. Lənkəran şəhərində “Narkotik və psixotrop maddələr haqq..

  2. Lənkəran şəhərində “Narkotik və psixotrop maddələr haqq..

  3. Lənkəran şəhərində “Narkotik və psixotrop maddələr haqq..

  4. Lənkəran şəhərində “Narkotik və psixotrop maddələr haqq..

  5. Lənkəran şəhərində “Narkotik və psixotrop maddələr haqq..

“Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda növbəti tədbir Masallı Dövlət Regional Kollecində təşkil olunub.

Cari ilin 09 mart tarixində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Masallı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Masallı Dövlət Regional Kollecində “Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir.

Dövlət Komissiyasının İşçi Qrupunun və Səhiyyə Nazirliyinin əməkdaşları mövzu ətrafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış  zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2022_03_10_12_19_19_46e0.jpg
  1. “Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrən..

  2. “Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrən..

  3. “Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrən..

  4. “Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrən..

“Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda tədbir keçirilib

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, cari ilin 09 mart tarixində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Cəlilabad rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqojı Universitetinin Cəlilabad filialında  “Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir.

 Dövlət Komissiyasının İşçi Qrupunun və Səhiyyə Nazirliyinin əməkdaşları mövzu ətrafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış  zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2022_03_09_16_57_03_c5c1.jpg
  1. “Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrən..

  2. “Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrən..

  3. “Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrən..

  4. “Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrən..

Dövlət Komissiyasının 2022-ci ilə dair İş Planı təsdiq edilmişdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Əhmədov tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması və görülən işlərin davamlılığının təmin olunması məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilə dair İş Planı təsdiq edilmiş və aidiyyəti üzrə icraya yönəldilmişdir.

Qeyd olunan İş Planının elektron forması saytın sənədlər bölməsində yerləşdilmişdir.

/img/gallery/100x100/2022_03_09_16_04_40_ba34.jpg
  1. Dövlət Komissiyasının 2022-ci ilə dair İş Planı təsdiq ..

Narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə şəhər və rayonlar üzrə statistik məlumatlara dair interaktiv xəritə hazırlanmışdır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi barədə şəhər və rayonlar üzrə ayrı-ayrılıqda əldə olunan statistik məlumatlara dair interaktiv xəritə hazırlanmış və fəaliyyətinə dair maddi-texniki baza yaradılmışdır.

İnteraktiv xəritədə aidiyyəti dövlət qurumlarının təqdim etdiyi statistik göstəricilər əsasında respublikanın şəhər və rayonları üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi və tərkibində narkotik maddə olan bitkilərin kultivasiya edilməsi ilə bağlı qeydə alınan cinayət faktları (satış, saxlama, əkin, digər), həmin faktlar üzrə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin növü, miqdarı, narkotiklərlə bağlı məsuliyyəti cəlb edilən şəxslər, o cümlədən azyaşlılar və narkotik istifadəçiləri barədə rüb və illər üzrə müqayisəli məlumatlar öz əksini tapmışdır.

/img/gallery/100x100/2022_03_05_10_01_00_ad18.png
  1. Narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə şəhər v..

  2. Narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə şəhər v..

  3. Narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə şəhər v..

Mingəçevir Turizm Kollecində “Mən öz gələcəyimi seçirəm” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilib.

Cari ilin martın 2-də Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevir Turizm Kollecində “Mən öz gələcəyimi seçirəm” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir şəhəri üzrə nümayəndələrinin də iştirak etdikləri tədbirdə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşları mövzu ilə bağlı çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə məlumat veriblər.

Sonda Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

/img/gallery/100x100/2022_03_03_14_36_15_08ae.JPG
  1. Mingəçevir Turizm Kollecində “Mən öz gələcəyimi seçirəm..

  2. Mingəçevir Turizm Kollecində “Mən öz gələcəyimi seçirəm..

  3. Mingəçevir Turizm Kollecində “Mən öz gələcəyimi seçirəm..

  4. Mingəçevir Turizm Kollecində “Mən öz gələcəyimi seçirəm..