Qalereya

Saatlı rayonunda narkomanlığa qarşı maarifləndirmə xarakterli tədbir keçirilib

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və  Saatlı rayon icra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə Saatlı Tibb  Kollecində “Narkotiklər  haqqında həqiqəti öyrənək”  mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir.

  Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri mövzu ətrafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.

 

/img/gallery/100x100/2022_04_08_17_23_57_4e4f.jpg
  1. Saatlı rayonunda narkomanlığa qarşı maarifləndirmə xara..

  2. Saatlı rayonunda narkomanlığa qarşı maarifləndirmə xara..

  3. Saatlı rayonunda narkomanlığa qarşı maarifləndirmə xara..

  4. Saatlı rayonunda narkomanlığa qarşı maarifləndirmə xara..

“Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzusunda tədbir keçirilib

  Cari ilin 07 mart tarixində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Ağcabədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağcabədi Pedaqojı Kollecində “Narkotik vasitələrdən istifadənin  risk  amilləri” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilib.

 Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşları tərəfindən təqdimat əsasında tələbələrə slaydlarla  narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumat verib.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edilmişdir.

/img/gallery/100x100/2022_04_08_17_07_28_972e.JPG
  1. “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzu..

  2. “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzu..

  3. “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzu..

  4. “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzu..

  5. “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzu..

  6. “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzu..

  7. “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzu..

Sabirabad Dövlət Sosial İqtisad Kollecində “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda tədbir keçirilib

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, cari ilin 07 mart tarixində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Sabirabad rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı iləSabirabad Dövlət Sosial İqtisad Kollecində “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilib.

  Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış təqdimat əsasında tələbələrə slaydlarla  narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumat verib.

   Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb. Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim olunub.

/img/gallery/100x100/2022_04_08_14_35_26_bac4.JPG
  1. Sabirabad Dövlət Sosial İqtisad Kollecində “Narkotiklər..

  2. Sabirabad Dövlət Sosial İqtisad Kollecində “Narkotiklər..

  3. Sabirabad Dövlət Sosial İqtisad Kollecində “Narkotiklər..

  4. Sabirabad Dövlət Sosial İqtisad Kollecində “Narkotiklər..

  5. Sabirabad Dövlət Sosial İqtisad Kollecində “Narkotiklər..

  6. Sabirabad Dövlət Sosial İqtisad Kollecində “Narkotiklər..

  7. Sabirabad Dövlət Sosial İqtisad Kollecində “Narkotiklər..

  8. Sabirabad Dövlət Sosial İqtisad Kollecində “Narkotiklər..

20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümayiş olunub.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına müvafiq olaraq, cari ilin 04 aprel tarixində 20 nömrəli məktəb-liseydə Bakı Uşaq və Gənclər Teatrının real hadisələr əsasında səhnələşdirdiyi “Həyatla oyun” maarifləndirici teatr tamaşası canlı ifada nümayiş olunub.

  Tamaşa bəşəriyyətin ən böyük problemlərindən olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə və QİÇS-ə qarşı mübarizəyə həsr edilib.

  Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında canlandırılan tamaşada narkotik vasitə istifadəçilərinin həyat tərzi əks olunub. Ssenaridə əsasən kiçik yaşlarında övladlarının təlim-tərbiyəsinə laqeyd qalan valideynlər və uşaqların zərərli vərdişlərə qarşı maarifləndirilməməsi qabardılıb.

  Tamaşa şagirdlərin marağına səbəb olub və alqışlarla qarşılanıb.

  Qeyd edək ki, tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev, Gənclərin İnkişaf və Kariyera Mərkəzinin baş direktoru Ramtiq Əlizadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev,aidiyyəti dövlət orqanlarının nümayəndələri, tanınmış bloqer Nail Kəmərli, 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin könüllüləri və digər qonaqlar iştirak edib.

  Onu da qeyd edək ki, “Həyatla oyun” tamaşası paytaxtdakı digər ümumi təhsil müəssisələrində də davamlı nümayiş olunur.

/img/gallery/100x100/2022_04_06_11_10_00_a8ba.JPG
  1. 20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümay..

  2. 20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümay..

  3. 20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümay..

  4. 20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümay..

  5. 20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümay..

  6. 20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümay..

  7. 20 nömrəli məktəb-liseydə “Həyatla oyun” tamaşası nümay..

3 saylı Bakı “ASAN xidmət” Mərkəzində təlim keçirilib

   Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə ASAN könüllüləri arasında “Mən öz gələcəyimi seçirəm” adlı təlim keçirilib.

   Təlimdə könüllülərinin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib,iştirakçıları maraqlandıran suallar ətrafında diskussiya aparılıb. Eyni zamanda, tədbir iştirakçıları zəruri təbliğat materialları ilə təmin olunublar.

/img/gallery/100x100/2022_04_04_10_19_51_dc91.jpg
  1. 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində təlim keçirilib..

  2. 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində təlim keçirilib..

  3. 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində təlim keçirilib..

  4. 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində təlim keçirilib..

  5. 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində təlim keçirilib..

“Həyatla oyun” teatr tamaşasının növbəti nümayişi təşkil olunub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına müvafiq olaraq, cari ilin 01 aprel tarixində 283 nömrəli tam orta məktəbdə Bakı Uşaq və Gənclər Teatrının real hadisələr əsasında səhnələşdirdiyi “Həyatla oyun” maarifləndirici teatr tamaşası canlı ifada nümayiş olunub.

Tamaşanın əsas məqsədi bəşəriyyətin ən böyük problemlərindən olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə çağırış və narkotik asılılıq problemi ilə bağlı yeni metodlar vasitəsilə məlumatlandırma işi aparmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı təsirli təbliğat vasitəsidir.

Sonda iştirakçılara İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları paylanıb._

/img/gallery/100x100/2022_04_02_15_28_12_244e.jpg
  1. “Həyatla oyun” teatr tamaşasının növbəti nümayişi təşk..

  2. “Həyatla oyun” teatr tamaşasının növbəti nümayişi təşk..

  3. “Həyatla oyun” teatr tamaşasının növbəti nümayişi təşk..

  4. “Həyatla oyun” teatr tamaşasının növbəti nümayişi təşk..

  5. “Həyatla oyun” teatr tamaşasının növbəti nümayişi təşk..

  6. “Həyatla oyun” teatr tamaşasının növbəti nümayişi təşk..

  7. “Həyatla oyun” teatr tamaşasının növbəti nümayişi təşk..

Narkomanlığın zərəri ilə bağlı tamaşanın nümayişi olub

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına müvafiq olaraq, 189-190 nömrəli tam orta məktəbdə Bakı Uşaq və Gənclər Teatrının real hadisələr əsasında səhnələşdirdiyi “Həyatla oyun” maarifləndirici teatr tamaşası canlı ifada nümayiş olunub.

Tamaşanın əsas məqsədi bəşəriyyətin ən böyük problemlərindən olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə çağırış və narkotik asılılıq problemi ilə bağlı yeni metodlar vasitəsilə məlumatlandırma işi aparmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı təsirli təbliğat vasitəsidir.

Sonda iştirakçılara İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları paylanıb.

/img/gallery/100x100/2022_03_29_15_20_16_dc0e.jpg
  1. Narkomanlığın zərəri ilə bağlı tamaşanın nümayişi olub..

  2. Narkomanlığın zərəri ilə bağlı tamaşanın nümayişi olub..

  3. Narkomanlığın zərəri ilə bağlı tamaşanın nümayişi olub..

  4. Narkomanlığın zərəri ilə bağlı tamaşanın nümayişi olub..

  5. Narkomanlığın zərəri ilə bağlı tamaşanın nümayişi olub..

Gəncədə yerləşən N saylı hərbi hissədə “Psixoaktiv maddələrdən istifadənin risk amilləri” mövzusunda seminar keçirilib

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, Müdafiə Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə “Psixoaktiv maddələrdən istifadənin risk amilləri” mövzusunda seminar keçirilmişdir.

   Seminar çərçivəsində psixoloq ixtisaslı zabitlərə psixoaktiv maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri, o cümlədən profilaktik tədbirlərə dair fəaliyyət planı və narkotik vasitələrin qəbuluna şübhə yarandığı halda ekspress-diaqnostikanın aparılması barədə zəruri məlumatlar verilib.

   Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça iştirakçılara təqdim edilib.

/img/gallery/100x100/2022_03_28_17_05_43_b9ed.jpg
  1. Gəncədə yerləşən N saylı hərbi hissədə “Psixoaktiv madd..

  2. Gəncədə yerləşən N saylı hərbi hissədə “Psixoaktiv madd..

  3. Gəncədə yerləşən N saylı hərbi hissədə “Psixoaktiv madd..

Abşeron rayonunda tədbir keçirilmişdir.

  Carı ilin 16 mart tarixində Abşeron rayonunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstiyi Agentliyinin dəstəyi ilə “Miqrasiya Sahəsinin İnkşaf İctimai Birliyi”, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübirizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Narkotik vasitələr, zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizəyə dair rayon məktəblərinin təmsil edən müəllim və psixoloqları üçüntəlim keçirilmişdir.

    Tədbirdə, Dövlət Komissiyasın İşçi Qrupunun, Miqrasiya Sahəsinin İnkşaf İctimai Birliyinin, Abşeron rayon İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin nümayəndələri iştirak edərək mövzu ətrafında çıxış etmişlər.

   Təlimdə, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış təqdimat əsasında müəllim və psixoloqlara slaydlarla narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq,psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin  asudə vaxtın səmərəli təşkil olunmasıbarədə ətraflı məlumatlar verilmişdir. Daha sonra tədbir iştarkçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır.

   Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2022_03_17_11_38_21_0ce9.jpg
  1. Abşeron rayonunda tədbir keçirilmişdir...

  2. Abşeron rayonunda tədbir keçirilmişdir...

  3. Abşeron rayonunda tədbir keçirilmişdir...

  4. Abşeron rayonunda tədbir keçirilmişdir...

Binəqədi rayonunda tədbir keçirilmişdir.

    Carı ilin 15 mart tarixində Binəqədi rayonun Mədəniyyət Evində  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstiyi Agentliyinin dəstəyi ilə “Valideyin Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İctimai Birliyi” Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübirizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə ”Sağlam həyat sağlam gələcəkdir” lahiyəsi çərçivəsində könüllü aktyorların iştirakı ilə “Külə dönmüş arzular” tamaşasının yeniyetmə və gənclərin üçün nümayişi təşkil olunmuşdur.

   Tədbirdə, Dövlət Komissiyasın İşçi Qrupunun, Valideyin Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İctimai Birliyinin və ictimayətin nümayəndələri iştirak etmişlər.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/
  1. Binəqədi rayonunda tədbir keçirilmişdir...

  2. Binəqədi rayonunda tədbir keçirilmişdir...

  3. Binəqədi rayonunda tədbir keçirilmişdir...

  4. Binəqədi rayonunda tədbir keçirilmişdir...

  5. Binəqədi rayonunda tədbir keçirilmişdir...

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-fevral aylarının yekununa dair məlumat

        Сari ilin yanvar-fevral ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1914 cinayət faktı aşkarlanmışdır. Onlardan 686-sı narkotik vasitələrin qanunsuz satışı, 1210-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 12-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

         Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 087 kq 949,825 qr narkotik vasitələrin və psixotrop maddələrin 557 kq 738,882 qr-nı heroin, 326 kq 716,953 qr-nı marixuana, 112 kq 668,9 qr-nı tiryək, 5 kq 005,744 qr-nı həşiş, 198,940 qr-nı kokain, 81 kq 633,069 qr-nı psixotrop maddələr, 3 kq 987,337 qr-nı isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 3153 ədəd metadon və 73 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.

         Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 991 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 11 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 7-si İran İslam Respublikası, 1-i Rusiya Federasiyası, 3-ü Türkiyə vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 210 kq 022,362 qr və 2115 ədəd həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülmüşdür.

        Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 30 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 306 kq 692,833 qr və 3153 ədəd həb müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılmışdır.

        2022-ci ilin 2 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 1 ton 087 kq 949,825 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 37 milyon 827 min AZN (22 milyon 235  min  ABŞ dolları) kimi qiymətləndirilir.

        Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 330 nəfərindən 268-nin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

        Cari ilin yanvar-fevral ayları ərzində 802” qaynar xətt telefon zəng xidmətinə 349 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 38-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 137-si narkotik asılılıqdan müalicə, 174-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 175məktub ünvanlanmışdır.

        Beləliklə, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdar narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

 

        Narkomanlığa  və  Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə  Dövlət  Komissiyasının  daimi fəaliyyət göstərən İşçi Qrupu

/img/gallery/100x100/2022_03_16_09_52_50_f4e3.jpg
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyində seminar keçirilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin birgə təşkilatçılığı ilə cari ilin martın 12-də  Yevlax şəhər Heydər Əliyev Mərkəzində “Antinarkotik təbliğatda könüllülərin rolu” mövzusunda seminar keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax şəhərində fəaliyyət göstərən nümayəndəliyinin  mütəxəssis və əməkdaşlarının, könüllülərinin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı təşkil edilən tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları mövzu ilə bağlı çıxış edərək, iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə məlumat veriblər.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

 

/img/gallery/100x100/2022_03_14_14_21_12_66cf.jpg
  1. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayənd..

  2. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayənd..

  3. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayənd..