Qalereya

İçtimai yerlərdə maarifləndirmə işləri genişləndirilir

    Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda yaradılan “802 qaynar xətt” telefon xidmətinin fəaliyyətini ictimaiyyət arasında geniş təbliğ etmək məqsədi ilə carı ilin 25 iyul tarixindən sosial çarx metro stansiyalarında nümayiş olunur.

/img/gallery/100x100/2021_07_30_14_13_17_f8bf.jpg
  1. İçtimai yerlərdə maarifləndirmə işləri genişləndirilir..

Xocavənd rayonunda “26 iyun - Narkotik vasitələrin, sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib

    05 iyun 2021-ci il tarixdə Xocavənd rayon İcra Hakimiyyətinin və Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda videokonfrans keçirilmişdir.   

   “26 iyun - Narkotik vasitələrin, sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar təşkil edilən tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı, Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri, Rayon Polis şöbəsinin rəisi, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

   Tədbirdə çıxış edənlər tərəfindən qeyd edilmişdir ki, bu istiqamətdə keçirilən tədbirlərdə əsas məqsədin yeniyetmə və gəncləri narkotiklərin yaratdığı asılılıq, törətdiyi fəsadlar və insan orqanizminə vurduğu ziyanlar barədə məlumatlandırmaq və narkomaniyanın qarşısının alınması istiqamətində mübarizənin daha da gücləndirilməsidir. Bununla yanaşı bu sahədə aparılan işlərə daim ciddi nəzarət olunmasının vacibliyi bildirilmişdir.

    Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

/img/gallery/100x100/2021_07_30_12_02_01_746b.JPG
  1. Xocavənd rayonunda “26 iyun - Narkotik vasitələrin, s..

  2. Xocavənd rayonunda “26 iyun - Narkotik vasitələrin, s..

Təhsil müəssisələrində maarifləndirmə işi davam etdirilir

   Anti-narkotik təbliğatın daha da gücləndirilməsi və genişləndirilməsi məqsədilə, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən birgə imzalanmış Tədbirlər Planına uyğun olaraq, bir sıra təhsil müəssisələrində maarifləndirmə işi davam etdirilmişdir.

  Cari ilin iyul ayı ərzində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan 17 ədəd sosial lövhə və Narkotiklər Haqqında həqiqəti bilin, Marixuana haqqında həqiqət, Psixotrop maddələr haqqında həqiqət adlı 1200 ədəd zəruri təbliğat materialları Bakı şəhər üzrə Təhsil İdarəsinə təqdim edilib.

  Təqdim edilmiş sosial lövhələrin  Bakı şəhəri üzrə fəaliyyət göstərən 17 ümumitəhsil məktəbində quraşdırlması təşkil edilib.

/img/gallery/100x100/2021_07_27_10_40_47_ae35.jpg
  1. Təhsil müəssisələrində maarifləndirmə işi davam etdiril..

  2. Təhsil müəssisələrində maarifləndirmə işi davam etdiril..

  3. Təhsil müəssisələrində maarifləndirmə işi davam etdiril..

  4. Təhsil müəssisələrində maarifləndirmə işi davam etdiril..

2020-ci ilə dair “İllik Hesabat” jurnal formasında nəşr edilmişdir

  "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət  Komissiyasının daimi  fəaliyyət  göstərən  İşçi  Qrupu tərəfindən hazırlanmış “İllik Hesabat” jurnal formasında nəşr edilmişdır.

 Qeyd olunan hesabatda 2020-ci il ərzində Dövlət Proqramının icrasına dair ümumiləşdirilmiş məlumat, hüquq mühafizə orqanları tərəfindən görülmüş işlər, narkotiklərlə əlaqəli qanun pozuntularının ümumi statistikası, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin və psixotrop maddələrin dinamikasını əks etdirən müqayisəli göstəricilər, narkomanlığa qarşı təbliğat və profilaktika işinin təşkili, müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin məhvetmə prosesi, o cümlədən qeyri-hökumət və beynəlxalq təşkilatlar ilə aparılan iş öz əksini tapmışdır.

/img/gallery/100x100/2021_07_17_11_50_16_7cc9.jpg
  1. 2020-ci ilə dair “İllik Hesabat” jurnal formasında nəşr..

  2. 2020-ci ilə dair “İllik Hesabat” jurnal formasında nəşr..

  3. 2020-ci ilə dair “İllik Hesabat” jurnal formasında nəşr..

  4. 2020-ci ilə dair “İllik Hesabat” jurnal formasında nəşr..

Azərbaycan Dillər Universitetində “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib

   14 iyul 2021-ci il tarixində Azərbaycan Dillər Universitetinintəşkilatçılığı ilə “Narkotiklər haqqında həqiqəti öyrənək” adlı onlayn tədbir keçirilib.

  Videokonfansı giriş sözü ilə açan universitetin tərcümə fakultəsinin dekanı Bənövşə Məmmədova ölkəmizdə narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində hüquq-mühafizə orqanlarının səmərəli fəaliyyətlərini yüksək dəyərləndirib, antinarkotik təbliğat işini dəstəkləyərək gənclərin bu bəladan uzaq durmaları üçün bütün imkanlarını səfərbər etməyə hazır olduqlarını bildirmişdir.

   Daha sonra Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov çıxış edərək ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsindən, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasının əhəmiyyətindən, narkotik vasitələrin cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına təsir imkanlarını, genefondun tənəzzülü və digər mənfi hallara gətirib çıxarılmasından danışıldı və mövzuya dair tələbələrin çoxsaylı suallarını cavablandırıldı.

/img/gallery/100x100/2021_07_14_16_29_52_71c1.jpg
  1. Azərbaycan Dillər Universitetində “Narkotiklər haqqında..

  2. Azərbaycan Dillər Universitetində “Narkotiklər haqqında..

  3. Azərbaycan Dillər Universitetində “Narkotiklər haqqında..

  4. Azərbaycan Dillər Universitetində “Narkotiklər haqqında..

Ağdam rayonu ərazisində 20 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

   Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Əliağalı kəndi ərazisində yerləşən boş torpaq sahəsində 50 ədəd, ümumi  çəkisi 20 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 

/img/gallery/100x100/2021_07_14_09_59_02_5a99.jpg
  1. Ağdam rayonu ərazisində 20 kq yabanı halda bitmiş çətən..

  2. Ağdam rayonu ərazisində 20 kq yabanı halda bitmiş çətən..

  3. Ağdam rayonu ərazisində 20 kq yabanı halda bitmiş çətən..

  4. Ağdam rayonu ərazisində 20 kq yabanı halda bitmiş çətən..

Qazax rayonu ərazisində 2 ton 448 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

   Qazax rayon polis şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Daş Salahlı kəndi ərazisində 6997 ədəd, ümumi çəkisi 2448 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2021_07_14_09_46_08_806a.jpg
  1. Qazax rayonu ərazisində 2 ton 448 kiloqram yabanı halda..

  2. Qazax rayonu ərazisində 2 ton 448 kiloqram yabanı halda..

  3. Qazax rayonu ərazisində 2 ton 448 kiloqram yabanı halda..

Narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

    Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə maarifləndirmə  tədbirlərinin təsirliyinin artırılması və əhatəsinin genişləndirilməsi istiqamətində aidiyyəti qurumlar ilə birlikdə bir sıra tədbirlər həyata keçirilmişdir.

    Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vasitəsi ilə müvafiq mətnli SMS bildiriş (DK İsci Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, Qaynar xət:802) ölkə üzrə fəaliyyət göstərən “Azercell”,“Bakcell” və “Azərfon” mobil rabitə operatorları tərəfindən ümumilikdə 7 milyon 750 min aktiv abunəçiyə göndərilməsi təmin edilmişdir.

   Tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşlarının iştirakı ilə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Qərbi Kaspi Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə birgə vebinarlar keçirilmiş, eyni zamanda Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən digər ali və orta ixtisas təhsili müəssisələrində də “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda videokonfrans şəklində tədbirlər təşkil edilmişdir.

    “Narkomanlığa birlikdə yox deyək” şüarı cari ilin 24 iyun tarixindən etibarən (5 gün müddətində) Bakı Nəqliyyat Agentliyi vasitəsi ilə elektron informasiya terminallarında və avtobuslarda mövcud olan monitorlarda nümayiş olunmuşdur.

    Eyni zamanda cari ilin 24 iyun tarixindən etibarən(1 ay müddətinə) “802 qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair video çarx, narkomanlığın zərəri barədə “Narkotik sərhədsiz fəlakətdir” və animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” adlı sosial roliklərin Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində və metro stansiyalarında nümayişi təmin edilmişdir.

    Bundan əlavə Bakı şəhəri üzrə Səbail, Nəsimi, Nərimanov, Nizami, Binəqədi, respublikanın Sumqayıt, Şirvan və Qəbələ şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyaları ilə birgə təşkil edilən videokonfrans şəklində maarifləndirici tədbirlərdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşlarının iştirak etmiş, eyni zamanda digər şəhər və rayon komissiyaları tərəfindən də silsilə tədbirlər keçirilmişdir.

/img/gallery/100x100/2021_07_12_15_56_08_4974.jpg
  1. Narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın y..

  2. Narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın y..

  3. Narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın y..

  4. Narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın y..

  5. Narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın y..

  6. Narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın y..

Qubadlı rayonu ərazisində 2 ton 930 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

   18 iyun 2021-ci il tarixdə Qubadlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Əliquluuşağı kəndi ərazisində 5630 ədəd, ümumi çəkisi 2 ton 930 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2021_07_12_12_08_38_daf6.jpg
  1. Qubadlı rayonu ərazisində 2 ton 930 kq yabanı halda bit..

  2. Qubadlı rayonu ərazisində 2 ton 930 kq yabanı halda bit..

Tərtər rayonu ərazisində 2 ton 100 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

   Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq, 13 iyun 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Xoruzlu kəndi ərazisində 4230 ədəd, ümumi çəkisi 2100 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2021_07_12_11_57_44_36a1.jpg
  1. Tərtər rayonu ərazisində 2 ton 100 kq yabanı halda bitm..

  2. Tərtər rayonu ərazisində 2 ton 100 kq yabanı halda bitm..

  3. Tərtər rayonu ərazisində 2 ton 100 kq yabanı halda bitm..

Ucar rayonu ərazisində 1613 ədəd, 1 ton yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

    Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq, 15 iyun 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Ucar rayon Məlikballı kəndi ərazisində yerləşən su kanalının kənarında 1613 ədəd, ümumi çəkisi 1000 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2021_07_12_11_42_24_ef45.jpg
  1. Ucar rayonu ərazisində 1613 ədəd, 1 ton yabanı halda bi..

  2. Ucar rayonu ərazisində 1613 ədəd, 1 ton yabanı halda bi..

  3. Ucar rayonu ərazisində 1613 ədəd, 1 ton yabanı halda bi..

Azərbaycan Dövlət Pedaqoji Kollecində vebinar keçirilmişdir.

  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın 4.4.35-ci bəndinə müvafiq olaraq, maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan “İçindəki günəşi qoru, narkotikə yox de” adlı video çarx cari ilin iyul ayından etibarən metro stansiyalarında nümayiş olunur.

/img/gallery/100x100/2021_07_09_15_03_57_ec79.jpg
  1. Azərbaycan Dövlət Pedaqoji Kollecində vebinar keçirilmi..