Qalereya

Xocalı rayonu ərazisində 2800 ədəd, çəkisi 1690 kq olan yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

    Xocalı  rayon polis şöbəsinin  əməkdaşları və Dövlət Təhlükəsizliyi Xidmətinin Goranboy rayon şöbəsinin əməkdaşları ilə birgə “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Xocalı rayonunun işğaldan azad olunmuş Çanaqçı kəndi ərazisində 0,05 ha olan sahədə yabanı halda bitmiş 2800 ədəd, ümumi  çəkisi 1 ton 690 kq olan  narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2021_07_09_14_23_11_98e6.jpg
  1. Xocalı rayonu ərazisində 2800 ədəd, çəkisi 1690 kq olan..

  2. Xocalı rayonu ərazisində 2800 ədəd, çəkisi 1690 kq olan..

Maarifləndirici videoçarx metro stansiyalarında yayımlanır

   Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın 4.4.35-ci bəndinə müvafiq olaraq, maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan “İçindəki günəşi qoru, narkotikə yox de” adlı video çarx cari ilin iyul ayından etibarən metro stansiyalarında nümayiş olunur.

/img/gallery/100x100/2021_07_09_14_12_29_405e.jpg
  1. Maarifləndirici videoçarx metro stansiyalarında yayımla..

Goranboy rayonu ərazisində 2 ton 120 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib.

   Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2021" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq, keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Eyvazlılar kəndi ərazisində ümumi çəkisi 2 ton 120 kq olan, 3170 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə halında yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2021_07_09_09_36_38_1e0f.JPG
  1. Goranboy rayonu ərazisində 2 ton 120 kq yabanı halda bi..

  2. Goranboy rayonu ərazisində 2 ton 120 kq yabanı halda bi..

  3. Goranboy rayonu ərazisində 2 ton 120 kq yabanı halda bi..

Balakən rayonu ərazisində 2 ton 860 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib.

   Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq, keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Mahamalar kəndi ərazisində ümumi çəkisi 2 ton 860 kq olan, 480 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2021_07_08_16_27_40_56c3.jpg
  1. Balakən rayonu ərazisində 2 ton 860 kiloqram yabanı hal..

  2. Balakən rayonu ərazisində 2 ton 860 kiloqram yabanı hal..

  3. Balakən rayonu ərazisində 2 ton 860 kiloqram yabanı hal..

Samux rayonu ərazisində 387 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib.

    Samux rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş  əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Alabaşlı qəsəbəsinin kanal boyu sahibsiz ərazisində 0,35 ha sahədən ümumi çəkisi 387 kq olan, 2297 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilərək müvafiq qaydada yandırılaraq məhv edilmişdir.

 

 

/img/gallery/100x100/2021_07_08_16_01_16_b811.jpg
  1. Samux rayonu ərazisində 387 kq yabanı halda bitmiş çətə..

  2. Samux rayonu ərazisində 387 kq yabanı halda bitmiş çətə..

  3. Samux rayonu ərazisində 387 kq yabanı halda bitmiş çətə..

Daşkəsən rayonu ərazisində 2 ton 487 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib.

   Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Astaf kəndinin Yolqulular adlananərazisində, 5 ha sahədən yabanı halda bitmiş 8495 ədəd, ümumi  çəkisi 2 ton 487 kq olan  narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 

/img/gallery/100x100/2021_07_07_14_13_19_7298.jpg
  1. Daşkəsən rayonu ərazisində 2 ton 487 kq yabanı halda bi..

  2. Daşkəsən rayonu ərazisində 2 ton 487 kq yabanı halda bi..

  3. Daşkəsən rayonu ərazisində 2 ton 487 kq yabanı halda bi..

  4. Daşkəsən rayonu ərazisində 2 ton 487 kq yabanı halda bi..

Goranboy rayonu ərazisində 1 ton 320 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib.

    Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2021" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq, 21 may 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Şəfəq kəndi ərazisində ümumi çəkisi 1320,0 kiloqram olan, 2220 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl halda yandırılma üsulu ilə məhv edilib.

/img/gallery/100x100/2021_07_06_11_59_57_51f1.jpg
  1. Goranboy rayonu ərazisində 1 ton 320 kq yabanı halda bi..

  2. Goranboy rayonu ərazisində 1 ton 320 kq yabanı halda bi..

  3. Goranboy rayonu ərazisində 1 ton 320 kq yabanı halda bi..

Qəbələ rayonu ərazisində 3 ton 950 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

   Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2021" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq, 08 iyun 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bayramkoxa kəndi ərazisində, 4 ha sahədən yabanı halda bitmiş ümumi çəkisi 3 ton 950 kq olan, 7225 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl halda yandırılma üsulu ilə məhv edilib. 

/img/gallery/100x100/2021_07_06_11_31_52_8cc0.jpg
  1. Qəbələ rayonu ərazisində 3 ton 950 kiloqram yabanı hald..

  2. Qəbələ rayonu ərazisində 3 ton 950 kiloqram yabanı hald..

  3. Qəbələ rayonu ərazisində 3 ton 950 kiloqram yabanı hald..

  4. Qəbələ rayonu ərazisində 3 ton 950 kiloqram yabanı hald..

Göygöl rayonu ərazisində 3 ton 845 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

   Göygöl rayon polis şöbəsinin əməkdaşları tərəfindən " Xaş-xaş 2021" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq, 29 may 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl şəhər ərazisində yerləşən Xan arxının alt hissəsində dövlət mülkiyyətinə aid 1,2 ha sahədən ümumi çəkisi 3845 kq olan 1460 ədəd yabanı halda bitmiş narkotik xassəli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəklində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2021_07_06_10_37_55_197c.jpg
  1. Göygöl rayonu ərazisində 3 ton 845 kiloqram yabanı hald..

  2. Göygöl rayonu ərazisində 3 ton 845 kiloqram yabanı hald..

  3. Göygöl rayonu ərazisində 3 ton 845 kiloqram yabanı hald..

Azərbaycan Texniki Universitetində “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib

    05 iyul 2021-ci il tarixində Azərbaycan Texniki Universitetində "26 iyun Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü"nə həsr olunmuş “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib.

   “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən vebinarda giriş sözü ilə çıxış edən AzTU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov Azərbaycanda narkomaniya əleyhinə tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını bildirib və bu istiqamətdə həyata keçirilən müvafiq dövlət proqramlarından danışıb. Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun sektor müdiri Raqif Allahverdiyev  narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verib. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis polkovnik-leytenantı Vüqar Mansurov qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ilə bağlı Azərbaycanda baş verən cinayətlər barədə məruzə ilə çıxış edib.

   Məruzələr ətrafında aparılan müzakirələr vebinar iştirakçıları tərəfindən maraqla qarşılanıb.

/img/gallery/100x100/2021_07_05_15_31_55_8763.png
  1. Azərbaycan Texniki Universitetində “Narkotiklər haqqınd..

  2. Azərbaycan Texniki Universitetində “Narkotiklər haqqınd..

Qərbi Kaspi Universitetində narkomanlığa qarşı mübarizəyə dair onlayn tədbir keçirilib

    26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə Qərbi Kaspi Universitetinin birgə təşkilatçılığı ilə “Narkomaniya, onun psixoloji səbəbləri və təhsil müəssisələrində görülməli işlər” mövzusunda universitet tələbələrinin iştirakı ilə maarifləndirici onlayn tədbir keçirilmişdir.

/img/gallery/100x100/2021_07_02_14_41_34_35b5.jpg
  1. Qərbi Kaspi Universitetində narkomanlığa qarşı mübarizə..

  2. Qərbi Kaspi Universitetində narkomanlığa qarşı mübarizə..

“Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS-bildiriş göndərilib

26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlərin davamı olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı ilə iyunun 26-dan etibarən “Azercell” abunəçilərinə SMS formasında müvafiq mətnli zəruri bildiriş və əlaqə vasitələri göndərilib.

SMS-lər (Narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, qaynar xətt 802) mərhələli qaydada təqribən 4 milyon 450 min aktiv abunəçiyə ünvanlanıb.

/img/gallery/100x100/2021_07_01_15_38_14_d8c9.jpg
  1. “Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS..