Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə əsasən 26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Pirallahı rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyaları tərəfindən əhalinin maarifləndirilməsi məqsədi ilə tədbir keçirilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar cari ilin 25 iyun tarixində Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Naftalan şəhər komissiyası tərəfindən narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə dəyirmi masa təşkil edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Daşkəsən rayon komissiyası tərəfindən narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə tədbir keçirilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə İsmayıllı rayon komissiyası tərəfindən narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə 25.06.2019-cu il tarixdə İsmayıllı Telekommunikasiya Qovşağının akt zalında “Narkomaniyaya yox deyək” mövzusunda seminar müşavirə keçirilmişdir.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq tapşırıq və göstərişlərinin davamı olaraq, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Çalış ki, Narkotikə Hədəf Olmayasan” adlı sosial rolik cari ilin 27 iyun tarixindən başlayaraq (40 gün müddətinə) Bakı şəhərinin bir sıra küçə və prospektlərdə mövcud olan reklam monitorlarında yayımlanır.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyasının təşkilatçılığı ilə 21 iyun 2019-cu il tarixdə ictimaiyyət nümayəndələrinin iştirakı ilə 26 iyun – BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” münasibətilə tədbir keçirilib.
Tədbiri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Gülnaz İsrafilova açaraq bildirib ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunur. 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il Konvensiyasına qoşulmuşdur.
Bugünkü tədbirimiz Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun Rayon İcra Hakimiyyətinə daxil olmuş məktubuna əsasən 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar təşkil edilib.
Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis mayoru Pərvanə Əzizova 2019-cu ilin ötən dövrü ərzində təhsil müəssisələrində keçirilmiş maarifləndirici tədbirlər barəsində məlumat verib. P.Əzizova xüsusilə vurğulayıb ki, məktəblərdə aparılan maarifləndirmə tədbirlərinin böyük əhəmiyyəti vardır və belə tədbirlərin intensivliyini daha da artırmalıyıq.
Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov bildirib ki, sentyabr ayından başlayaraq məktəblərdə narkomanlığın ağır fəsadlarından bəhs edən “Bəla” tamaşasının nümayişi həyata keçiriləcəkdir.
Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxış edərək narkomanlığın cəmiyyətə vurduğu yaralardan söhbət açıb, yeniyetmə-gənclərə sağlam həyat tərzinin alternativsiz həyat tərzi olduğunu çatdırıb və xüsusilə də onlara asudə vaxtlarının səmərəli keçirmələri üçün dəyərli tövsiyələrini verib.
Nizami Bələdiyyəsinin sədr müavini Heydər Rəhimov qeyd edib ki, bütün bəlaların başında zərərli vərdişlər və onlara aludəçilik durur, odur ki, sağlam həyat tərzi hər bir gəncin, məktəblinin devizinə çevrilməlidir. Sağlam gələcəyimiz naminə narkomaniyaya qarşı hamılıqla mübarizə aparmalıyıq.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Ziyad Əzizov narkomaniya sahəsində yeniyetmə-gənclərlə aparılan silsilə tədbirlər barədə məlumat verib. Z.Əzizov tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, narkomanlığa qarşı mübarizə üzrə İdarənin xüsusi tədbirlər planı təsdiqlənib və həmin tədbirlər planının icrası istiqamətində yerlərdə mütəmadi müxtəlif mövzularda tədbirlər həyata keçirilir. Xüsusi olaraq idman yarışlarının və intellektual oyunların keçirilməsinə geniş yer verilir. Çalışırıq ki, yeniyetmə-gənclərimiz asudə vaxtlarını səmərəli keçirsinlər.
Tədbirdə həmçinin 214 və 250 №-li tam orta məktəblərin psixoloqları Vüsalə Məmmədova və Zemfira Abuzərova çıxış edərək narkomanlığa qarşı mübarizə ilə əlaqədar təkliflərini verib, xüsusilə də “Həyat bacarıqları” fənninin tədrisi zamanı şagirdlərə müfəssəl bilgilərin verilməsinin zəruriliyini önə çəkiblər.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Şirvan şəhər komissiyası tərəfindən narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə tədbir keçirilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Lənkəran şəhər komissiyası tərəfindən narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə əsasən 26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Beyləqan rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyaları tərəfindən əhalinin maarifləndirilməsi məqsədi ilə tədbir keçirilmişdir.
Tədbirdə yeniyetmələr, gənclər, müəllimlər və valideynlər yaxından iştirak etməklə, mütəxəssislər tərəfindən onlara narkomaniya, onun doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar, mövcud problemlər və onların aradan qaldırılması yolları və digər məsələlər müzakirə olunub.
Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Dönük-Qiriqlı kənd bələdiyyəsinə məxsus 3 ha sahədən ümumi çəkisi 1152 kq olan 3219 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Nic qəsəbəsinin ərazisində 4 ha sahədən 5700 ədəd, ümumi çəkisi 2 ton 3000 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Narkomanlığın ziyanı ilə bağlı sosial maarifləndirmə işlərinin daha da genişləndirilməsi məqsədi ilə sağlam həyat tərzinin təbliği və narkomaniyadan əziyyət çəkən şəxslərin sağlam sosial həyata inteqrasiya olunması ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Çalış ki, Narkotikə Hədəf Olmayasan” adlı sosial rolik cari ilin 29 iyun tarixindən başlayaraq (30 gün müddətinə) “Park Bulvar” ticarət və əyləncə mərkəzində mövcud olan monitorlarında yayımlanır.
26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanun..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Naftal..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Daşkəs..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar İsmayı..
“Çalış ki, Narkotikə Hədəf Olmayasan” sosial roliki pay..
26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanun..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Şirvan..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Lənkər..
26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanun..
Tovuz rayonu ərazisində 1 tondan artıq yabanı halda bit..
Qəbələ rayonu ərazisində 2 ton 300 kiloqram yabanı hald..
Maarifləndirmə xarakterli sosial rolik “Park Bulvar”da ..