2015 ci il may ayının 15-də Şirvan şəhər 18 nömrəli tam orta məktəbin akt zalında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar şəhər ictimaiyyətinin iştirakı ilə “Hamılıqla narkomaniyaya yox deyək!” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, şəhər komissiyasınn sədri və üzvləri, aidiyyəti yerli strukturların əməkdaşları, müəllimlər və məktəblilər iştirak etmişlər.
Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.
Konfrans Regional Televiziya vasitəsilə işıqlandırılmışdır.
May ayının 14-də İmişli Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayon ictimaiyyətinin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir.
Belə ki, keçirilmiş tədbirin əsas məqsədi ictimaiyyətin diqqətini bir daha bu məsələyə cəlb etmək, narkomaniyaya qarşı mübarizəni gücləndirməkdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, rayon komissiyasınn sədri və üzvləri, aidiyyəti yerli strukturların əməkdaşları və məktəblilər iştirak etmişlər.
Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar Qusar rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası “Narkomaniya əsrin bəlasıdır” devizi altında növbəti tədbirini 06 may 2015-ci il tarixdə rayon Gənclər və İdman İdarəsinin konfrans zalında rayon komissiyasınn üzvlərinin, aidiyyəti yerli strukturların nümayəndələrinin, çoxsaylı müəllim və şagirdlərin iştirakı ilə keçirmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar mövzusunda geniş bəhs etmişlər.
Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” nın müvafiq bəndlərinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar 05 may 2015-ci il tarixdə Xacmaz Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası tərəfindənyeniyetmə və gənclər arasında təbliğat və maarifləndirmə işinin gücləndirilməsi məqsədilə“Narkomanlığın dövlətə, cəmiyyətə və insanların sağlamlığına ziyanı” mövzusunda rayon tədbiri keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, rayon komissiyasınn sədri və üzvləri, aidiyyəti yerli strukturların nümayəndələri, çoxsaylı müəllimər iştirak etmişlər.
Tədbir çərçivəsindəDövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) iştirakçılara paylanılmışdır.
2015-ci ilin 29-30 aprel tarixlərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində İstanbul Prosesi çərçivəsində Narkotiklərlə qarşı mübarizəyə dair Etimad Quruculuğu Tədbirləri üzrə ekspertlər səviyyəsində iclas olmuşdur.
Sözügedən iclasda üzv dövlətlərin ekspertləri (İstanbul Prosesi çərçivəsində Narkotiklərlə qarşı mübarizəyə dair Etimad Quruculuğu Tədbirləri üzrə), DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, Dövlət Komissiyasının işçi qrupunun, Xarici İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.
Tədbirin gündəliyinə uyğun olaraq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun nümayəndəsi tərəfindən Azərbaycan Respublikasında narkomanlığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində 2014-cü il ərzində görülmüş işlərə dair hesabatı əks etdirən “Ölkə Məruzəsi”nin təqdimatı aparılmışdır. Təqdimat çərçivəsində 2014-cü ildə ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də bu sahədə həyata keçirilən maarifləndirmə, hüquqi, sosial və tibbi tədbirlər barədə ətraflı məlumat verilmişdir.
Bundan əlavə forum iştirakçıları “İstanbul Prosesi” çərçivəsində üzv dövlətlər arasında narkotiklərə qarşı mübarizə üzrə etimadın möhkəmləndirilməsi tədbirləri üzrə qəbul olunmuş İcra Planının həyata keçirilməsi ilə bağlı irəliləyişlərin, mövcud olan maneələrin və gələcək əməkdaşlığın müzakirəsi aparılmışdır.
Daha sonra qəbul olunmuş İcra Planının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasıının hüquq mühafizə orqanları tərəfindən görülmüş işlər barədə məlumatlar dinlənilmişdir.
15 aprel 2015-ci il tarixində saat 11:00-da Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizə, erkən nikah və dini radikalizm istiqamətində “Sağlam təfəkkür-sağlam gələcək” mövzusunda tədbir keçirilmişdir.
Gənclər Evində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin əməkdaşları, rayon komissiya üzvləri və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.
Tədbir Azərbaycan Dövlət Televiziyası və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmış, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya. Sakit ölümdür” adlı bukletlər və xəbərdarlıq vərəqələri) iştirakçılara paylanılmışdır.
14 aprel 2015-ci il tarixində Ağsu rayon Mədəniyyət sarayında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat işləri çərçivəsində “Gələcəyimizi düşünək, Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilmişdir.
Konfransda Ağsu Rayon İcra Hakimiyyətinin Başçısı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, Dini İşlər üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə nümayəndəsi, rayon komissiya üzvləri və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.
Daha sonra tədbirdə narkomaniyanın törətdiyi bəlalardan bəhs edən maarifləndirici film nümayiş olunmuşdur.
Tədbir Azərbaycan Dövlət Televiziyası və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmış və bununla yanaşı Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər və xəbərdarlıq vərəqələri) iştirakçılara paylanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar üçün narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası məqsədi ilə yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri, metodik materiallar, həmçinin bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə yeni çap məhsulları hazırlanmışdır.
Eyni zamanda “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı maarifləndirici bukletlərin kütləvi şəkildə paylanılması nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması və gənclərin bu sahədə maarifləndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə “Həyatla oyun” teatr tamaşası tərtib olunmuş qrafikə uyğun olaraq Bakı şəhərinin Suraxanı, Sabunçu, Nizami, Xətai, Xəzər, Yasamal, Qaradağ, Binəqədi, Nərimanov, Nəsimi, Səbail rayonlarında və respublikanın Abşeron, Sumqayıt, Hacıqabul, Sabirabad, Saatlı, Beyləqan, İmişli, Astara, Lerik şəhər və rayonlarında nümayiş olunmuşdur. Tamaşa ictimaiyyət nümayəndələri tərəfindən hədsiz maraqla qarşılanmış və gənclərin bu sahədə maarifləndirilməsində tamaşanın çox təsirli təbliğat vasitəsi olduğu bildirilmişdir.
Tamaşa kütləvi informasiya vasitələrində işiqlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə əlaqədar 06 mart 2015-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu 24 saylı Uşaq Yaradıcılıq Mərkəzində “Sağlam həyat tərzi” adlı sərgi müsabiqəsi keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun və digər aidiyyəti qurumların nümayəndələri, çoxsaylı müəllimlər və şagirdlər iştirak etmişlər.
Sərgi-müsabiqəsinin sonunda fərqlənən şagirdlərə fəxri diplomlar və hədiyyələr verilmişdir.
Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər tədbir iştirakçılarına paylanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması və gənclərin bu sahədə maarifləndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə “Həyatla oyun” teatr tamaşası tərtib olunmuş qrafikə uyğun olaraq respublikanın bir sıra şəhər və rayonlarında nümayişi nəzərdə tutulmuşdur.
“Həyatla oyun” adlı teatr tamaşasının nümayişi planlaşdırılan şəhər və rayonların
SİYAHISI
S/S | Şəhər və rayonun adı | Tarixi |
1. | Suraxanı | 09.02.2015 |
2. | Sabunçu | 10.02.2015 |
3. | Nizami | 11.02.2015 |
4. | Xətai | 12.02.2015 |
5. | Xəzər | 13.02.2015 |
6. | Yasamal | 16.02.2015 |
7. | Qaradağ | 17.02.2015 |
8. | Binəqədi | 18.02.2015 |
9. | Nərimanov | 19.02.2015 |
10. | Nəsimi | 20.02.2015 |
11. | Səbail | 23.02.2015 |
12. | Abşeron | 24.02.2015 |
13. | Sumqayıt | 27.03.2015 |
14. | Hacıqabul | 02.03.2015 |
15. | Sabirabad | 02.03.2015 |
16. | Saatlı | 03.03.2015 |
17. | Beyləqan | 03.03.2015 |
18. | İmişli | 04.03.2015 |
19. | Astara | 05.03.2015 |
20. | Lerik | 06.03.2015 |
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” nın müvafiq bəndinin icrası ilə əlaqədar təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğatın müasir üsullarla aparılması məqsədilə Təhsil Nazirliyi və digər aidiyyəti qurumların təşəbüssü ilə “Sağlam həyat” Respublika Məktəblərarası Debat Forumu keçirilmişdir.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin,Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər aidiyyəti strukturların nümayəndələri, çoxsaylı müəllimlər və tələbələr iştirak etmişlər.
Bununla yanaşı Dövlət Proqramının müvafiq bəndinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (bukletlər, “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları və s.) tədbir iştirakçılarına paylanılmışdır.
Tədbir Azərbaycan Dövlət Televiziyası və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.
Dövlət Komissiyasının İşçi qrupu Şirvan Şəhər İcra Haki..
Dövlət Komissiyasının İşçi qrupu profilaktik tədbirləri..
Dövlət Komissiyasının İşçi qrupu Qusar Rayon İcra Hakim..
Dövlət Komissiyasının İşçi qrupu Xacmaz Rayon İcra Haki..
İstanbul Prosesi çərçivəsində Narkotiklərlə qarşı mübar..
Narkomaniyaya qarşı mübarizə, erkən nikah və dini radik..
Dövlət Komissiyasının İşçi qrupu Ağsu Rayon İcra Hakimi..
Dövlət Proqramının icrası ilə əlaqədar Dövlət Komissiya..
2015- ci ilin 9 fevral tarixindən 6 mart tarixinədək re..
Bakı şəhəri Yasamal rayonu 24 saylı Uşaq Yaradıcılıq Mə..
2015- ci ilin 9 fevral tarixindən 6 mart tarixinədək “H..
29 yanvar 2015-ci il tarixdə İqtisad Universitetinin ..