Qalereya

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan nümayəndəliyində təlim təşkil olunub

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq, 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ərəfəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan nümayəndəliyində təlim keçirilib.

   Təlimdə İşçi Qrupunun əməkdaşı çıxış edərək könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat vermiş və  iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

   Sonda təlim iştirakçılarına sertifikatlar, “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və digər zəruri təbliğat materialları təqdim edilmişdir.

/img/gallery/100x100/2023_06_13_16_12_36_838a.JPG
  1. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan nümayənd..

  2. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan nümayənd..

  3. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan nümayənd..

  4. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan nümayənd..

  5. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan nümayənd..

  6. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan nümayənd..