2023-cü ilin yanvar-iyun ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqaisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.
Сari ilin yanvar-iyun ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilik 5881 cinayət faktı aşkarlanmışdır. Onlardan 2048-i narkotik vasitələrin qanunsuz satışı, 3638-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 166-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 29-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 623 kq 028,027 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 517 kq 650,954 qr-nı heroin, 2 ton 510 kq 387,573 qr-nı marixuana, 183 kq 113,261 qr-nı tiryək, 50 kq 885,902 qr-nı həşiş, 247 kq 007,907 qr-nı psixotrop maddələr, 113 kq 982,43 qr digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 38418 ədəd həb metadon, 8476 ədəd çətənə bitkisi,eləcə də 3 kq 153,268 qr, 7631 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə və 40,682 qr prekursor qanunsuz dövriyyədən götürülmüşdür.
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 298,98 hektar sahədən çəkisi 147 ton 477 kq 276,98 qr olan 438018 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.
Müvafiq dövr ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4277 nəfər cəlb edilmiş, onlardan 4179-u kişi, 98-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 49 nəfəri xarici ölkə vətəndaşlarıdır.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 142 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 959 kq 617,071 qr və 38418 ədəd həb metadon narkotik vasitələr və 7631 ədəd kapsul, 953 ədəd həb güclü təsir edən maddə çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 135-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 017 kq 567,9 qr və 190 ədəd metadon narkotik vasitə, psixotrop maddə və 157,5 qr güclü təsir edən maddə müsadirə edilmişdir. 1530 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 958 kq 088,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
2023-cü ilin yanvar-iyun ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 4 ton 623 kq 028,027 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 219 milyon 430 min AZN kimi qiymətləndirilir.
Təhlil göstərir ki, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 103, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 175, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 8 fakt,məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 186 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton 204 kq 707,107 qrartmışdır. O cümlədən, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 5, digər növ cinayət faktların sayı 27, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 40, qrup halında olan cinayətlərin sayı isə 31 fakt azalmışdır.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 44510 nəfər istiqamətləndirilmişdir.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1377 nəfərindən 744-nün istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Hesabat dövrü ərzindəİşçi Qrupu tərəfindən aidiyyəti qurumlarla 5 Tədbirlər Planı imzalanmış və ümumilikdə maarifləndirmə tədbirləri çərçivəsində 89 tədbir (49 maarifləndirici görüş, 26 təlim, 3 mədəni-kütləvi tədbir, yutub kanalı vasitəsilə yayımlanan 1 film, 1 rəsm müsabiqəsi, 7 sosial layihə, 1 velo yürüş və 1 marafon) təşkil edilmişdir.
Müvafiq dövr ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 652 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 88-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 228-i narkotik asılılıqdan müalicə, 336-sı isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 316 məktub ünvanlanmışdır.
Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

Lerik rayonu ərazisində 5 ton 049 kq yabanı halda bitmi..
Lerik rayonu ərazisində 3 ton 517 kq yabanı halda bitmi..
Narkomaniya ilə mübarizə hər bir şəxsin fərdi məsuliyyə..
Qax rayonu ərazisində 2 ton 400 kq yabanı halda bitmiş ..
“802 qaynar xətt” telefon xidməti ilə bağlı yeni qrafik..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Qax rayonu ərazisində 7 tondan artıq yabanı halda bitmi..
Ağdam rayonu ərazisində 6 tondan artıq yabanı halda bit..
“Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır..
26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsu..
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..