2023-cü ilin yanvar-avqust ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqaisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.
Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7598 cinayət faktı aşkarlanmışdır. Onlardan 2659-u narkotik vasitələrin qanunsuz satışı, 4649-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 260-ı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 804 kq 558,512 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 722 kq 686,454 qr-nı heroin, 3 ton 349 kq 422,948 qr-nı marixuana, 236 kq 905,361 qr-nı tiryək, 50 kq 988,844 qr-nı həşiş, 750,831 qr-nı kokain, 318 kq 741,409 qr-nı psixotrop maddələr, 125 kq 042,665 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 47726 ədəd həb metadon, 14164 ədəd çətənə bitkisi, eləcə də 3 kq 197,368 qr, 7703 ədəd kapsul, 3308 ədəd həb və 12,95 qr güclü təsir edən maddə və 40,682 qr prekursor qanunsuz dövriyyədən götürülmüşdür.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 407,6 hektar sahədən çəkisi 257 ton 546 kq 610,98 qr olan 869.387 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5721 nəfər cəlb edilmiş, onlardan 57 nəfəri xarici ölkə vətəndaşıdır.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 191 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 531 kq 325,919 qr və 47726 ədəd həb metadon narkotik vasitələr və 7631 ədəd kapsul, 3128 ədəd həb və 12,95 qr güclü təsir edən maddə çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 205-i qrup halındatörədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 645 kq 485,666 qr və 580 ədəd metadon narkotik vasitə, psixotrop maddə və 170,3 qr güclü təsir edən maddə müsadirə edilmişdir.
2127 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 221 kq 409,6 müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
2023-cü ilin yanvar-avqust ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 5 ton 804 kq 558,512 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 235 milyon 195 min AZN kimi qiymətləndirilir
Təhlil göstərir ki, 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 158, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 55, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 237, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 9 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 309 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton 394 kq 118,472 qr artmışdır.
O cümlədən, digər növ cinayət faktların sayı 42, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 92, qrup halında olan cinayətlərin sayı isə 45 fakt azalmışdır.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 59393 nəfər istiqamətləndirilmişdir.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1731 nəfərindən 956-nın istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Hesabat dövrü ərzində İşçi Qrupu tərəfindən aidiyyəti qurumlarla 5 Tədbirlər Planı imzalanmış və ümumilikdə maarifləndirmə tədbirləri çərçivəsində 102 tədbir (60 maarifləndirici görüş, 26 təlim, 3 mədəni-kütləvi tədbir, yutub kanalı vasitəsilə yayımlanan 1 film, 2 sosial çarx, 1 rəsm müsabiqəsi, 7 sosial layihə, 1 velo yürüş və 1 marafon, 95 ədəd baner və bukletlərin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 35 məktəbinə, Sumqayıt, Lənkəran, Şirvan şəhərlərinin və Salyan rayon İcra Hakimiyyətlərinə paylanılması) təşkil edilmişdir.
“802” qaynar xətt telefon zəng xidmətinə 866 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 141-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 305-i narkotik asılılıqdan müalicə, 420-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 446 məktub ünvanlanmışdır.
Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

Cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə möv..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Gənclər təşkilatları ilə “Zərərli vərdişlərlə mübarizə”..
Regionlarda ictimai iştirakçılığın təmin olunması və ic..
Azərbaycan Dövlət Pedaqoji Kollecində maarifləndirici t..
Məhv olmuş ömür. Narkotikə YOX de! mövzusunda tədbir ke..
Peşəkarlığın yüksəldilməsi və təcrübə mübadiləsi məqsəd..
Tibb Kollecində "Narkomaniya və tütündən istifadəyə qar..
Sağlam gələcək, xoşbəxt cəmiyyət...
2 saylı Bakı Baza Tibb Kollecində “Həyatla Oyun” tamaş..
2023-cü il üzrə statistik məlumat..