Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında birgə imzalanmış Tədbirlər Planının icrası çərçivəsində 2 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri təşkil olunmuşdur.
Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert-həkimi, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı iştirak ediblər.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması haqqında ətraflı məlumat verilib.
Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.

16 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növ..
Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində ma..
Narkomanlığa qarşı təbliğat işlərinin genişləndirilməsi..
Narkotiklərə nəzarət sahəsində 2023-cü ilə dair "İllik ..
2023-cü ilə dair “İllik hesabat” jurnal formasında nəşr..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Şagirdlər narkotik vasitələrin sağlamlığa vurduğu zərər..
17 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növ..
Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində ma..
Şamaxıda keçirilən düşərgədə gənclər narkotik vasitələr..
Azərbaycan Respublikasının Gənclər Fondu ilə Dövlət Kom..