Qalereya

Azərbaycan Dövlət İqtisad Universitetində maarifləndirici təlim keçirilmişdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.17-ci bəndinə müvafiq olaraq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Mühəndislik fakültəsinin mentorları və tələbələrin iştirakı ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş maarifləndirici təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov müasir dövrdə bəşəri bəlaya çevrilən narkomaniyanın qlobal problem kimi bütün dünyada narahatlıq doğurduğunu bildirib. O, bu istiqamətdə ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Tədbirdə iştirak edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov narkotik maddələrin istifadəsindən qorunmaq üçün profilaktik tədbirlərin keçirilməsinin, mübarizə istiqamətlərinin genişləndirilməsi və “802” zəng xidməti haqqında söz açıb. O, narkotik asılılığın fəsadlarına, istifadəçilərin fiziki və davranış əlamətlərinin  təsvirinə də yer verərək, antinarkomaniya mövzusunda çıxışını tamamlayıb.

Sonra Respublika Narkoloji Mərkəzin psixoloqu Ramin Allahverdiyev gənclərlə iş istiqamətində fakültənin mentorlarına risk qrupunda olanların erkən aşkarlanması və dəstəyin göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsi istiqamətində tövsiyələrini verib.

Sonda müvafiq mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.

/img/gallery/100x100/2024_03_29_10_03_35_d8c9.jpg
  1. Azərbaycan Dövlət İqtisad Universitetində maarifləndiri..

  2. Azərbaycan Dövlət İqtisad Universitetində maarifləndiri..

  3. Azərbaycan Dövlət İqtisad Universitetində maarifləndiri..

  4. Azərbaycan Dövlət İqtisad Universitetində maarifləndiri..