Qalereya

"Sağlamlıq naminə mübarizədə bizdən biri ol”

 Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq mayın 27-də YAP Mərkəzi Aparatının, YAP Nərimanov rayon təşkilatının və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə “Sağlamlıq naminə mübarizədə bizdən biri ol” devizi altında qaçış idman növü üzrə marafon keçirilib.

 Marafonun keçirilməsində məqsəd narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasıdır. 

 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Fərid Mansurov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Mahir Qəribov və marafonun baş hakimi, əməkdar məşqçi Nemət Heydərov çıxış edərək vurğulayıblar ki, Azərbaycanda narkomaniya ilə mübarizə davamlı xarakter daşıyır. Bu sahədə dövlət proqramları qəbul edilib və müxtəlif  layihələr həyata keçirilib. Təbliğat işləri cəmiyyətimizdə, xüsusilə də gənclər arasında zərərli vərdişlərin qarşısının alınmasında vacib rol oynayır. Bu baxımdan, gənc nəslin hər cür zərərli vərdişlərə aludəçilikdən qorunması, xüsusilə narkomaniya ilə mübarizə olduqca əhəmiyyətlidir. Bu tədbirin də əsas hədəfi bəşəriyyətin ən ağrılı problemlərindən olan, ciddi təhlükə mənbəyinə çevrilən narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işini daha da gücləndirmək, sağlam gələcəyimiz naminə yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığını təmin etməkdir.

 Çıxışlardan sonra marafona start verilib. Marafonda 150 gənc iştirak edib. Yarışın qaliblərinə diplomlar təqdim olunub.

/img/gallery/100x100/2024_05_27_17_04_49_721e.jpg
  1. "Sağlamlıq naminə mübarizədə bizdən biri ol”..

  2. "Sağlamlıq naminə mübarizədə bizdən biri ol”..

  3. "Sağlamlıq naminə mübarizədə bizdən biri ol”..

  4. "Sağlamlıq naminə mübarizədə bizdən biri ol”..

  5. "Sağlamlıq naminə mübarizədə bizdən biri ol”..

  6. "Sağlamlıq naminə mübarizədə bizdən biri ol”..

  7. "Sağlamlıq naminə mübarizədə bizdən biri ol”..

  8. "Sağlamlıq naminə mübarizədə bizdən biri ol”..

  9. "Sağlamlıq naminə mübarizədə bizdən biri ol”..

  10. "Sağlamlıq naminə mübarizədə bizdən biri ol”..

  11. "Sağlamlıq naminə mübarizədə bizdən biri ol”..

  12. "Sağlamlıq naminə mübarizədə bizdən biri ol”..

  13. "Sağlamlıq naminə mübarizədə bizdən biri ol”..

  14. "Sağlamlıq naminə mübarizədə bizdən biri ol”..

  15. "Sağlamlıq naminə mübarizədə bizdən biri ol”..