Qalereya

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Nərimanov rayonunda tədbir təşkil edilmişdir.

 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar cari ilin 11 iyun tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu və Nərimanov rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə 45 saylı tam orta məktəbdə “Ağ ölümə yox deyək” mövzusunda maarifləndirici tədbir təşkil olunmuşdur.

Məktəbin foyesində şagirdlər tərəfindən hazırlanmış narkomaniyanın törətdiyi fəsadlar barədə rəsm sərgisinə baxış keçirildi.

 Tədbirdə, Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi qrupunun məsul nümayəndəsi, rayon polis şöbəsinin əməkdaşı, məktəbin direktoru, müəllim heyəti və psixoluqu iştirak etmişdir.

 Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2024_06_12_16_29_28_fa2e.jpg
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Nərima..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Nərima..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Nərima..

  4. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Nərima..