Qalereya

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qaradağ rayonunda tədbir təşkil edilmişdir.

 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar cari ilin 13 iyun tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu və Qaradağ rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində maarifləndirici tədbir təşkil olunmuşdur.

 Tədbirdə, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi qrupunun məsul nümayəndəsi, rayon polis şöbəsinin əməkdaşı, Mərkəzin direktoru, müəllim heyəti və aidiyyətı təşkilatların əməkdaşları iştirak etmişdir.

 Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2024_06_13_16_35_19_dcae.jpg
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qarada..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qarada..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qarada..