Göyçayda 13-18 iyul tarixlərində təşkil edilən Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər baş tutmuşdur. Belə ki, 6 gün ərzində rayonun 10 kəndi üzrə 400 məktəblinin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.
Gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. Bununla yanaşı gənclər “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş sərgi, süni intellekt alətləri ilə yaratdıqları təsvirlər və rəsm əsərləri tanış olub, daha sonra praktiki şəkildə “CV” yazılma qaydası öyrəniblər.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları gənclərə təqdim edilmişdir.

Bərdə gəncləri üçün “Narkomaniyaya yox deyək!” adlı təl..
Xocalı rayonu ərazisində 1 ton 985 kiloqram yabanı hald..
Bərdə rayonunda Səyyar Gənclər Xidməti layihəsinin növb..
Müsadirə olunmuş 248 kq narkotik vasitə məhv edilib..
Şamaxı rayonunda təşkil edilmiş “Yay Fest”də təlim keçi..
1 saylı cəzaçəkmə müəssisəsində növbəti maarifləndirmə ..
6 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maar..
Səyyar Gənclər Xidməti layihəsinin Göyçayda növbəti təl..
Göyçay gəncləri üçün “Zərərli vərdişlərə yox deyək!” ad..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Ağdaş gəncləri üçün “Narkomaniyaya yox deyək!” adlı təl..
Sumqayıt şəhərində tədbir keçirilmişdir...