Qalereya

1 saylı cəzaçəkmə müəssisəsində növbəti maarifləndirmə tədbiri təşkil olunub

 Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında birgə imzalanmış Tədbirlər Planının icrası çərçivəsində 1 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda növbəti maarifləndirmə tədbiri təşkil olunmuşdur.

 Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert-həkimi, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı iştirak ediblər.

 Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması haqqında ətraflı məlumat verilib.

 Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.

/img/gallery/100x100/2024_07_22_11_53_58_90a8.jpg
  1. 1 saylı cəzaçəkmə müəssisəsində növbəti maarifləndirmə ..

  2. 1 saylı cəzaçəkmə müəssisəsində növbəti maarifləndirmə ..

  3. 1 saylı cəzaçəkmə müəssisəsində növbəti maarifləndirmə ..