Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Şabran rayonunda Səyyar Gənclər Xidmətil layihəsi çərçivəsində “Narkomaniyaya yox deyək!” adlı təlim təşkil edilmişdir.
Tədbirin açılış günü Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Baş məsləhətçisi Şahin İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İlkin Ağayev və digər dövlət qurumlarının nümayəndələri iştirak edirdilər.
Təşkil edilən təlim zamanı gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802” qaynar xəttin fəaliyyət istiqaməti və digər məsələlər barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları gənclərə təqdim edilmişdir.
Siyəzən gəncləri üçün “Zərərli vərdişlərə yox deyək!” a..
Ağdam rayonu ərazisində 3112 kiloqram yabanı halda bitm..
Xocalı rayonu ərazisində 1047 kiloqram yabanı halda bit..
Lerik rayonu ərazisində 4 ton 220 kiloqram yabanı halda..
Xocalı rayonu ərazisində 1957 kiloqram yabanı halda bit..
Xocalı rayonu ərazisində 1465 kiloqram yabanı halda bit..
Xocalı rayonu ərazisində 1012 kiloqram yabanı halda bit..
Şuşa rayonu ərazisində 1100 kiloqram yabanı halda bitmi..
Şabran rayonunda Səyyar Gənclər Xidməti layihəsinin növ..
Səyyar Gənclər Xidməti layihəsi Şabranda davam etdirili..
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların ..
Ağcabədi rayonunda Səyyar Gənclər Xidməti layihəsinin n..