Qalereya

Siyəzən gəncləri üçün “Zərərli vərdişlərə yox deyək!” adlı təlim keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində “Zərərli vərdişlərə yox deyək” adlı növbəti təlim Siyəzəndə təşkil edilmişdir.

Tədbirin açılış günü Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, Səyyar Gənclər layıhəsinin rəhbəri Ceyhun Bayramov, Siyəzən rayon İcra Hakimiyyətinin başçısının müavini Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aqşin Ağayev, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, ictimai-siyasi və humanitar məsələlər  şöbəsinin baş məsləhətçisi Aqil Abdulov, ictimai-siyasi və humanitar məsələlər  şöbəsinin məsləhətçisi Ramil Şirinov, Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının sədri Samir Baxşıyev, müəllim və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər.

10-15 avqust tarixlərində təşkil edilən təlim zamanı gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802” qaynar xəttin fəaliyyət istiqaməti və digər məsələlər barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Bununla yanaşı ucqar kənd gənclərinə "Gənclər siyasəti və dövlətçilik", "Peşə seçimi və karyera", "Sağlam və təhlükəsiz həyat" mövzularında təlim sessiyaları, robototexnika və incəsənət sahələrində masterklaslar təşkil olunub, həmçinin vətənpərvərlik, karyera və rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilmişdir. 

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  gənclərə təqdim edilmişdir.

/img/gallery/100x100/2024_08_13_12_20_34_b096.jpg
  1. Siyəzən gəncləri üçün “Zərərli vərdişlərə yox deyək!” a..

  2. Siyəzən gəncləri üçün “Zərərli vərdişlərə yox deyək!” a..

  3. Siyəzən gəncləri üçün “Zərərli vərdişlərə yox deyək!” a..

  4. Siyəzən gəncləri üçün “Zərərli vərdişlərə yox deyək!” a..

  5. Siyəzən gəncləri üçün “Zərərli vərdişlərə yox deyək!” a..

  6. Siyəzən gəncləri üçün “Zərərli vərdişlərə yox deyək!” a..

  7. Siyəzən gəncləri üçün “Zərərli vərdişlərə yox deyək!” a..