2024-cü ilin yanvar-avqust ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.
Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7170 cinayət faktı aşkarlanmışdır. Onlardan 2228-i narkotik vasitələrin qanunsuz satışı, 4736-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 202-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 4-ü isə digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 092 kq 868,748 qr narkotik vasitələrin və psixotrop maddələrin 471 kq 204,959 qr-nı heroin, 4 ton 178 kq 838,75 qr-nı marixuana, 127 kq 993,641 qr-nı tiryək, 30 kq 959,401 qr-nı həşiş, 164 kq 202,097 qr-nı psixotrop maddələr, 119 kq 669,9 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 14768 ədəd metadon, 12621 ədəd çətənə kolu, 44 qr və 240 ədəd güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür.
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1265 hektar sahədən 2.691.539 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.
Qanunsuz dövriyyədən çıxarılmış 5 ton 092 kq 868,748 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 120 milyon 733 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5040 nəfər cəlb edilmiş, onlardan 16-18 yaşadək-1 nəfər, 18-25 yaşadək 367 nəfər, 26-29 yaşadək 802 nəfər, 30 yaş və ondan yuxarı isə 3870 nəfər təşkil edir. Həmin şəxslərdən 4881-i kişi, 159-u qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 45 nəfəri xarici ölkə vətəndaşıdır.
Məsuliyyətə cəlb edilmiş 45 xarici ölkə vətəndaşından ümumilikdə 110 kq 016 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 176 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 697 kq 218,848 qr narkotik vasitə və psixotrop maddə, 14768 ədəd metadon həbi, 1710 ədəd və 44 qr güclü təsir edən maddə çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 224-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 632 kq 187,911 qr narkotik vasitə, psixotrop maddə və 85 qr güclü təsir edən maddə müsadirə edilmişdir. 2092 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 512 kq 792,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Təhlil göstərir ki, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövri ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 428, narkotiklərin qanunsuz satışı ilə bağlı faktların sayı 431, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 58, digər növ cinayət faktların sayı 26, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 15 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 711 kq 689,764 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 681 nəfər azalmışdır.
Bununla yanaşı, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 87 fakt, qrup halında olan cinayətlərin sayı isə 19 fakt artmışdır.
2023-cü ilin 8 ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 1 ton 251 kq 481,495 qr (72,7%), tiryəkin çəkisi 108 kq 911,72 qr (46%), həşişin çəkisi 20 kq 029,443 qr (39,3%), psixotrop maddələrin çəkisi 154 kq 539,312 qr (48,5%) azalmışdır.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 4 ton 178 kq 838,75 qr-nı (82%) marixuana təşkil etmişdir. Onun da 3 ton 631 kq-ı (86,9%) xarici ölkə mənşəli olmuş, 547 kq-ı (13,1%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində, istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 16-17 aprel tarixlərində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 1741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kq müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 60189 ədəd həb metadon, 58773 ədəd narkotik xassəli çətənə bitkisi, həmçinin 3477 ədəd həb, 19341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qram güclü təsiredici maddə, eyni zamanda cari ilin 22 iyul tarixində Dövlət Sərhəd və Dövlət Təhlükəsizliyi xidmətlərində saxlanılan 17 cinayət işi üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş 248 kq 293,151 qr müxtəlif növ narkotik vasitələr yandırma üsulu ilə məhv edilmişdir.
Həmçinin 31 şəhər və rayonda qanunvericiliyə uyğun olaraq az və xeyli miqdarda müsadirə edilmiş 1208 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılmış 25 kq 614,781 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 226 ədəd çətənə bitkisi şəhər və rayon komissiyaları tərəfindən yandırma yolu ilə məhv edilmişdir.Göstərilən dövr ərzində prosesə nəzarətin gücləndirilməsi nəticəsində bəzi şəhər və rayonlarda məhkəmə hökmü olmadan 17 cinayət işi üzrə maddi sübutların məhv edilməsinin, eyni zamanda 9 hökm üzrə külli miqdarda müxtəlif növ narkotik vasitələrin məhv olunması hallarının qarşısı alınmışdır.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 57406 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1913 nəfərdən 1244 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 340, QİÇS-lə Mübarizə Mərkəzində 402, Sumqayıt Narkoloji Mərkəzində 152 nəfər) 894 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Cari ilin avqust ayın sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan Azərbaycan vətəndaşları arasında 52 nəfəri (5,9%-i) inyekson narkotik istifadəçiləri olmuşdur.
Cari ilin yanvar-avqust ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 1280 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 105-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 92-sı narkotik asılılıqdan müalicə, 1083-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 197 məktub ünvanlanmışdır.
Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
Hesabat dövrü ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 106 tədbir (55 maarifləndirici və təşkilati tədbir, 40 təlim, 6 sosial layihə, 1 marafon və televiziya kanalında 4 verilişdə iştirak) təşkil edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri Kə..
Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri Şa..
Külli və xüsusilə külli miqdarlarda olan narkotik vasit..
Naxçıvanın Babək rayonunda Səyyar Gənclər Xidməti layih..
“Sağlam gənclik sağlam ailənin təminatıdır”..
Şərur rayonunda Səyyar Gənclər Xidməti layihəsinin növb..
“Sağlam gələcək, xoşbəxt cəmiyyət”..
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maariflən..
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Lənkəran şəhərində Səyyar Gənclər Xidməti layihəsinin n..