Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Şərur rayonunda Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində “Narkomaniyaya yox deyək!” adlı təlim təşkil edilmişdir.
Tədbirin açılış günü Şərur rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov və digər dövlət qurumlarının nümayəndələri iştirak edirdilər.
Təşkil edilən təlim zamanı gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802” qaynar xəttin fəaliyyət istiqaməti və digər məsələlər barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları gənclərə təqdim edilmişdir.

Külli və xüsusilə külli miqdarlarda olan narkotik vasit..
Naxçıvanın Babək rayonunda Səyyar Gənclər Xidməti layih..
“Sağlam gənclik sağlam ailənin təminatıdır”..
Şərur rayonunda Səyyar Gənclər Xidməti layihəsinin növb..
“Sağlam gələcək, xoşbəxt cəmiyyət”..
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maariflən..
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Lənkəran şəhərində Səyyar Gənclər Xidməti layihəsinin n..
Abşeron rayonunda növbəti təlim təşkil olunub...
Abşeron rayonunda “Orta ümumtəhsil məktəblərində narkom..