Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində İsmayıllıda növbəti təlimlər həyata keçirilmişdir. Belə ki, rayonda məktəblilərin iştirakı ilə “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən “Zərərli vərdişlərə yox deyək” adlı təlimdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları gənclərə təqdim edilmişdir.
Zəngilan rayonu ərazisində 943 kiloqram yabanı halda bi..
2024-cü il üzrə statistik məlumat..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Bakı Avrasiya Kollecində tədbir keçirilmişdir...
Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..
İctimai maarifləndirmə işləri davam etdirilir..
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maariflən..
“Sağlam həyat naminə, narkomaniyaya Yox deyək”..
“Milli-mənəvi dəyərlərimiz sərhəd tanımayan təhlükəyə q..
Abşeron rayonunda növbəti təlim keçirilib..
İsmayıllı rayonunda Səyyar Gənclər Xidməti layihəsinin ..
“Mənəvi və fiziki sağlamlıq gələcəyimizin qarantıdır”..