Qalereya

Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə növbəti intellektual müsabiqə şagirdlər arasında təşkil edilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 4.4.25-ci yarımbəndinin icrası ilə bağlı, şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə Gənclər və İdman Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə cari ilin 29 noyabr tarixində Qaradağ Gənclər Evində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı intellektual müsabiqə təşkil edilmişdir.

Müsabiqədə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin İctimai inkişaf sektorunun aparıcı məsləhətçisi, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu çıxış edərək, gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi və narkomanlığa qarşı mübarizə üsulları barədə təqdimat formatında interaktiv təlim təşkil edilmişdir.

Təlimin nəticəsi olaraq, intellektual müsabiqə təşkil edilməsi üçün tələbələrin iştirakı ilə hər komanda üzrə 5 nəfər olmaqla 7 komanda formalaşdırılıb və 3 mərhələdən ibarət suallar təqdim olunmuşdur. Maraqlı mübarizə şəraitində keçən müsabiqədə “Dəmir yumruq", "Zəfər", "Ulduz", "Gizlilər", "Qarabağ", "Zirvə" və "Qaliblər" adlı komandaları mübarizə aparmış, 228 saylı tam orta məktəbin şagirdləri (“Dəmir yumruq") qalib olmuşdur.

Sonda qaliblər Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Gənclər və İdman Nazirliyinin birgə hazırladığı diplomlarla mükafatlandırılmış, həmçinin digər iştirakçılara sertifikatar təqdim edilmişdir.

İntellektual müsabiqənin respublikanın digər rayon və şəhərlərində də təşkil olunması nəzərdə tutulur.

/img/gallery/100x100/2024_12_02_14_54_04_454c.jpg
  1. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

  2. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

  3. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

  4. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

  5. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

  6. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

  7. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

  8. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

  9. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

  10. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

  11. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..

  12. Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..