Qalereya

“Dinlə, məlumatlı ol, gələcəyinə sahib çıx!”

Dekabrın 5-də Salyan rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq “Dinlə, məlumatlı ol, gələcəyinə sahib çıx!” mövzusunda interaktiv təlim təşkil olunub.

Əvvəlcə tədbir iştirakçıları Salyan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə YAP Salyan rayon təşkilatı sədrinin müavini Aqşin Babayev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini, RİH yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri  Rəşad Cəbrayılov, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev və Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycanda narkomaniya ilə qətiyyətli mübarizə aparılır. Bu istiqamətdə müxtəlif dövlət proqramları qəbul edilib və bir çox layihələr həyata keçirilib. Vurğulanıb ki, cəmiyyətdə, xüsusilə gənclər arasında zərərli vərdişlərin qarşısının alınması məqsədilə təbliğat işləri çox mühüm əhəmiyyət daşıyır. Yeniyetmə və gənclərin narkomaniyadan qorunması sağlam gələcəyin təmin olunması üçün əsas şərtlərdəndir.

Diqqətə çatdırılıb ki, tədbirin əsas məqsədi narkotik vasitələrdən istifadənin fəsadlarına dair maarifləndirmə işlərini gücləndirmək və gənc nəslin təhlükəli vərdişlərə aludə olmasının qarşısını almaqdır.

İnteraktiv formada davam etdirilən təlimdə iştirakçıların sualları cavablandırılıb.

Tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təşviqi məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər paylanıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

/img/gallery/100x100/2024_12_06_09_43_16_52c6.jpg
  1. “Dinlə, məlumatlı ol, gələcəyinə sahib çıx!”..

  2. “Dinlə, məlumatlı ol, gələcəyinə sahib çıx!”..

  3. “Dinlə, məlumatlı ol, gələcəyinə sahib çıx!”..

  4. “Dinlə, məlumatlı ol, gələcəyinə sahib çıx!”..

  5. “Dinlə, məlumatlı ol, gələcəyinə sahib çıx!”..

  6. “Dinlə, məlumatlı ol, gələcəyinə sahib çıx!”..

  7. “Dinlə, məlumatlı ol, gələcəyinə sahib çıx!”..

  8. “Dinlə, məlumatlı ol, gələcəyinə sahib çıx!”..