Qalereya

Dövlət Komissiyasının İşçi Qrupu ilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti arasında tədbirlər planı imzalanıb

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.9-cu yarımbəndinə müvafiq olaraq, Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2024-cü ilə dair imzalanmış birgə Tədbirlər Planına əsasən aidiyyəti qurumların nümayəndələrini cəlb etməklə Penitensiar Xidmətin Mühafizə alayında və müəssisələrində əməkdaşlar üçün təlimlər keçirilmiş, cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işi aparılmış, o cümlədən üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 20 ədəd yeni sosial lövhə quraşdırılmışdır.

Görülən işlərin davamlılığının təmin edilməsi və cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən 2025-ci il üçün də birgə yeni “Tədbirlər Planı” təsdiq edilmişdir.

Tədbirlər Planı çərçivəsində müvafiq mövzuda Penitensiar xidmətin əməkdaşları üçün təlimlərin keçirilməsi,cəza çəkən şəxslər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS  və digər viruslara yoluxma barədə tibbi-gigiyena, təbliğat və maarifləndirmə işlərinin aparılması, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi, o cümlədən mövzuya dair videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının təqdim olunması nəzərdə tutulmuşdur.

/img/gallery/100x100/2025_01_22_11_02_37_6a13.jpg
  1. Dövlət Komissiyasının İşçi Qrupu ilə Ədliyyə Nazirliyi ..