2025-ci ilin yanvar ayı ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.
Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 685 cinayət faktı aşkarlanmışdır. Onlardan 179-u narkotik vasitələrin qanunsuz satışı, 505-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 750 kq 328,026 qram narkotik vasitələrin və psixotrop maddələrin 681 kq 035,96 qramını marixuana, 28 kq 335,05 qramını heroin, 13 kq 146,382 qramını tiryək, 9 kq 230,5 qramını həşiş, 3kq 621,6 qramını digər narkotik vasitələr və 14 kq 958,534 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 1475 ədəd metadon qanunsuz dövriyyədən götürülmüşdür.
Qanunsuz dövriyyədən çıxarılmış 750 kq 328, 026qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 19 milyon 430 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 235 nəfər cəlb edilmiş, onlardan 18-25 yaşadək 14 nəfər, 26 - 29 yaşadək 31 nəfər, 30 yaş və ondan yuxarı isə 190 nəfər təşkil edir. Həmin şəxslərdən 227-i kişi, 8-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 7 nəfəri xarici ölkə vətəndaşıdır.
Məsuliyyətə cəlb edilmiş 7 xarici ölkə vətəndaşından3-ü İran İslam Respublikası, 2-si Rusiya, 1-i Gürcüstan, 1-i Ukrayna vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 10 kq 009,195 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 22 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 173 kq 322,226qr və 1475 həb metadon narkotik vasitə və psixotrop maddə çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 14 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 194 kq 732,81 maddə müsadirə edilmişdir.
97 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 283 kq 321,7qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Təhlil göstərir ki, 2024-cü ilin yanvar ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 413, qanunsuz satış ilə bağlı faktların sayı 137, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 277, qrup halında olan cinayətlərin sayı 13 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 7 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 80 kq 693,581qr, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 226 nəfər, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 3 nəfər azalmışdır. Bu kateqoriyadan olan digər cinayətlərin sayı 1 vahid artmışdır.
2024-cü ilin yanvar ayı ilə müqayisədə 2025-ci ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 57 kq 878,85 qr (67,1%), tiryəkin çəkisi 2 kq 958,494 qr (18,4%), həşişin çəkisi 13 kq 603,05 qr (59,6%), psixotrop maddələrin çəkisi 8 kq 119,957 qr (35,2%) azalmışdır
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 750 kq 328,026 qr-n (90,7 %) marixuana təşkil etmişdir. Onun da 623 kq 411,36 qramı (83%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 57 kq 624,6 qramı (7,6 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar tarixində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 24 qərar əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 5 ton 168 kq 332,011 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırma üsulu ilə məhv edilmişdir.
Yeni statistik hesabat formasına uyğun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 7859 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 431 nəfərdən 225 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
2025 ilin yanvar ayı ərz “802” qaynar xətt telefon zəng xidmətinə 64 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 2-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 7-i narkotik asılılıqdan müalicə, 55-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 9 məktub ünvanlanmışdır.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu
Bayram günlərində 802 Qaynar Xəttin WhatsApp xidməti fə..
Nəsimi rayonunda narkomaniyaya qarşı maarifləndirici tə..
15 Saylı Cəzaçəkmə Müəssisəsində Narkomaniyaya Qarşı Ma..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
7 saylı cəzaçəkmə müəssisəsində növbəti maarifləndirmə ..
6 Saylı Cəzaçəkmə Müəssisəsində Narkomaniyaya Qarşı Maa..
2025-ci il üzrə statistik məlumat..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..
İctimai maarifləndirmə işləri davam etdirilir..
Azərbaycan Respublikasının Gənclər Fondu ilə Dövlət Kom..