14 mart 2025-ci il tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 159 saylı tam orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə - sağlam həyata təminatdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri, məktəbin direktoru, rayon polis şöbəsinin rəis müavini, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul nümayəndəsi, Respublika Narkoloji Mərkəzin həkim-narkoloqu, həmçinin aidiyyəti dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşları iştirak ediblər.
Tədbirdən öncə məktəbin foyesində yuxarı sinif şagirdlərinin narkomaniyanın insan sağlamlığına vurduğu zərərləri əks etdirən əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.
Maarifləndirici tədbirdə narkotik vasitələrdən istifadənin risk amilləri, narkomaniyanın insan sağlamlığına, həyat tərzinə, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri barədə ətraflı məlumat verilib. Şagirdlərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar tədbir iştirakçılarına təqdim olunub.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..
İsmayıllıda “Sağlam gələcək naminə narkotikə yox deyək”..
Narkomaniyaya qarşı növbəti maarifləndirici tədbir keçi..
Mingəçevir Tibb Kollecində narkomaniyaya qarşı maariflə..
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Anti-narkomaniya mövzusunda tədbir keçirilib...
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəs..
Bayram günlərində 802 Qaynar Xəttin WhatsApp xidməti fə..
Nəsimi rayonunda narkomaniyaya qarşı maarifləndirici tə..