Qalereya

Anti-narkomaniya mövzusunda tədbir keçirilib.

     Cari ilin 10 aprel tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə tələbələr arasında “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir təşkil edilmişdir.

Tədbirdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, “Gənclərin Anti-narkomaniya" İctimai birliyin rəhbəri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliytyət göstərən İşçi qrupunun məsul nümayəndəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı iştirak etmişdir.

  Təşkil olunan tədbirdə tələbələrə narkotik vasitələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması və digər məsələlər barədə ətraflı məlumat verilib və onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

   Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar tədbir iştirakçılarına təqdim olunub.