Qalereya

Mingəçevir Tibb Kollecində narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin birgə təşkilatçılığı ilə Mingəçevir Tibb Kollecində “Yaradıcı sənayelər narkomaniyaya qarşı” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı, “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədri, kollecin direktoru, Gəncə Regional Narkotiklərlə Mübarizə İdarəsinin və digər ictimai birliklərin nümayəndələri çıxış edərək narkotik asılılığı ilə bağlı biliklərin artırılması məqsədilə iştirakçılara narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın əhəmiyyəti və mübarizə üsulları barədə ətraflı məlumat veriblər.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.