Qalereya

Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində tədbir təşkil edilmişdir.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində mayın 22-də 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumlar arasında "Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji  Mərkəzin və Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin nümayəndələri iştirak etmişdir.

Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.

Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.

/img/gallery/100x100/2025_05_23_10_38_29_2dfb.jpg
  1. Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində tə..

  2. Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində tə..

  3. Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində tə..