Qalereya

“Narkotikə yox deyək!” adlı maarifləndirici tədbir keçirildi

UNEC nəzdində Sosial-İqtisad Kollecində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Narkotikə yox deyək!” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının aparatının şöbə müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri və Kollecin direktoru çıxış edərək narkotiklərin insan sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və cəmiyyətin sosial-iqtisadi inkişafına ciddi zərbə vurduğunu bildiriblər. Çıxışlarda, həmçinin narkomaniya ilə mübarizədə barışmaz mövqe sərgiləməyin, profilaktik tədbirlərin gücləndirilməsinin və aidiyyəti qurumlar arasında əlaqələndirilmiş fəaliyyətin vacibliyi vurğulanıb.

/img/gallery/100x100/2025_05_23_14_47_44_aa0d.jpg
  1. “Narkotikə yox deyək!” adlı maarifləndirici tədbir keçi..

  2. “Narkotikə yox deyək!” adlı maarifləndirici tədbir keçi..

  3. “Narkotikə yox deyək!” adlı maarifləndirici tədbir keçi..