Qalereya

Texniki Universitetdə maarifləndirmə tədbiri keçirilib.

Cari ilin 23 may tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “Narkotiklərə qarşı birlikdə mübarizə” layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirdə, AzTu-nun Kommunikasiya şöbəsinin müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat bürosunun rəisi, “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədri çıxış edərək narkotik asılılığı ilə bağlı biliklərin artırılması məqsədilə iştirakçılara narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın əhəmiyyəti və mübarizə üsulları barədə ətraflı məlumat veriblər.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.