Cari ilin 29 avqust tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Abşeron rayon Heydər Əliyev Mərkəzində narkotiklərlə mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində “Narkomaniyaya qarşı mübarizəyə dair Yaddaş təlimatı” mövzusunda təlim keçirilmişdir.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvü, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, həmçinin rayonun orta ümumtəhsil məktəblərinin psixoloqları iştirak etmişlər.
Təlimin əsas məqsədi iştirakçılara psixoaktiv maddələrdən istifadənin risk amilləri, asılılıq və yeniyetmələrdə asılılığın yaranmasına səbəb olan sosial-psixoloji amillər, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrdən istifadə zamanı müşahidə olunan fizioloji əlamətlər və emosional-davranış dəyişiklikləri, risk qrupuna aid yeniyetmələrlə məktəb psixoloqlarının fərdi izahat işlərinin aparılması, məktəbdə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və antinarkotik təbliğatın vacibliyi barədə geniş məlumat vermək olmuşdur. Təlimdə iştirakçıların sualları da cavablandırılmış və müzakirələr aparılmışdır.
Təlim çərçivəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça iştirakçılara təqdim edilmişdir.

“Səyyar Gənclər Xidməti” layihəsi üzrə maarifləndirici ..
Hacıqabul rayonunda məhkəmə qərarları əsasında müsadirə..
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Daşkəsən..
Xızı və Siyəzən rayonlarında məhkəmə qərarları əsasında..
İctimai yerlərdə maarifləndirmə işlərinin əhatəsi geniş..
Göygöldə Səyyar Gənclər Xidməti çərçivəsində təlimlər t..
“Səyyar Gənclər Xidməti” layihəsi üzrə maarifləndirici ..
Səyyar Gənclər Xidməti layihəsi Göygöl rayonunda davam ..
Abşeronda antinarkotik təlim təşkil olunub..
Ağdaş rayonunda məhkəmə qərarları əsasında müsadirə olu..
Goranboyda Səyyar Gənclər Xidməti çərçivəsində antinark..
Binəqədi rayonunda məhkəmə qərarları əsasında müsadirə ..