2025-ci ilin yanvar-avqust ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.
Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5874 cinayət faktı aşkarlanmışdır. Onlardan 1818-i narkotik vasitələrin qanunsuz satışı, 3890-ı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 164-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 992 kq 030,92 qram narkotik vasitələrin və psixotrop maddələrin 5 ton 306 kq 678,863 qramını marixuana, 250 kq 966,55 qramını heroin, 119 kq 866,229 qramını tiryək, 60 kq 593,938 qramını həşiş, 150 kq 165,907 qramını digər narkotik vasitələr və 103 kq 759,433 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 5183 ədəd metadon, 16363 ədəd çətənə bitkisi, eləcə də 588,2 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür.
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1041 hektar sahədən yaş kütləsi 294 ton 355 kq olan 2533 279 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.
Qanunsuz dövriyyədən çıxarılmış 5 ton 992 kq 030,92 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 152 milyon 430 min kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3614 nəfər cəlb edilmiş, həmin şəxslərdən 3499 kişi, 115 qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 67 nəfəri xarici ölkə vətəndaşından ümumilikdə 900 kq 251,475 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qr çətənə bitkisi götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 160 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 504 kq 596,74 qr və 5183 həb metadon narkotik vasitə və psixotrop maddə, 13194 ədəd həb güclü təsir edən maddə çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 183 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 737 kq 722,253 qr nakotik vasitə, psixotrop maddə maddə və 27,3 qr güclü təsir edən maddə müsadirə edilmişdir.
1744 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 377 kq 232,99 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Təhlil göstərir ki, 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1296, qanunsuz satış ilə bağlı faktların sayı 410, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 846, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 38 bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 2, qaçaqmalçılıqla bağlı faktların sayı 4, qrup halında olan cinayətlərin sayı 53 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 211 nəfər azalmışdır. Qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 899 kq 162,172qr artmışdır.
2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 220 kq 238,409 qr tiryəkin çəkisi 8 kq 124,12 qr psixotrop maddələrin çəkisi 60 kq 442,664 qr azalmışdır.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton 306 kq 678,863 qr-nı (88,5 %) marixuana təşkil etmişdir. Onun da 4 ton 662 kq 710,498 qramı (88%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 644 kq 997,975 qramı (12 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, həyətyani sahələrıə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar və 29 - 30 may tarixlərində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən ümumilikdə 2358 məhkəmə qərarına əsasən barəsində məhvetmə qərarı qəbul edilmiş 10 ton 121 kq 801,942 qr müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin 8644 ədəd çətənə bitkisi məhv edilmişdir.
Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 40 rayon və şəhərdə 1726 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 43 kq 058,379 qr və 21 həb müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 4 kapsul güclü təsir edən maddənin və 279 ədəd çətənə bitkisinin məhv olunması təmin edilmişdir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 63133 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 3588 nəfərdən 1998 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 285, QİÇS-lə Mübarizə Mərkəzində 321, Sumqayıt Narkoloji Mərkəzində 134 nəfər) 740 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin avqust ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 42 (5%) nəfəri inyekson narkotik istifadəçiləri olmuşdur.
2025 ilin yanvar-avqust ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 762vətəndaş müraciəti daxil olmuşdur ki, onların 82-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 46-sı narkotik asılılıqdan müalicə, 634-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 128 məktub ünvanlanmışdır.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

Formula 1 yarışları zamanı "802 Qaynar Xətt" WhatsApp ü..
Səyyar Gənclər Xidmətinin Gədəbəy rayonunda təlimləri d..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Göyçay rayonunda məhkəmə qərarları əsasında müsadirə ol..
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Gədəbəy ..
Gədəbəy rayonunda məhkəmə qərarları əsasında müsadirə o..
Suraxanı rayonunda məhkəmə qərarları əsasında müsadirə ..
Cəzaçəkmə müəssisəsində narkomaniyaya qarşı maarifləndi..
Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində t..
Səyyar Gənclər Xidməti Daşkəsən rayonunda təlimləri dav..
Ucar rayonunda məhkəmə qərarları əsasında müsadirə olun..