Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Gədəbəy rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maarifləndirici təlim təşkil edilmişdir.
Tədbirin rəsmi açılış hissəsində Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, “Gənc Könüllülər” İctimai Birliyinin sədri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi və digər dövlət qurumlarının nümayəndələri iştirak etmişlər.
Təlim zamanı gənclərin narkotik asılılığı probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802” qaynar xəttin fəaliyyət istiqamətləri və digər məsələlər barədə ətraflı məlumat verilmiş, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.
Bununla yanaşı, ucqar kənd gəncləri üçün “Dövlətçilik və vətəndaşlıq”, “Rəqəmsalbacarıqların artırılması”, “Təhsil və karyera”, “Sağlam həyat tərzi” mövzularında təlimsessiyaları, robototexnika və incəsənət sahələrində master-klaslar təşkil olunmuş, həmçinin rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilmişdir.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı təbliğat materialları gənclərə təqdim edilmişdir.

Balakən rayonunda məhkəmə qərarları əsasında müsadirə o..
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..
Yasamal rayonunda məhkəmə qərarları əsasında müsadirə o..
Səyyar Gənclər Xidmətinin Zaqatala rayonunda təlimləri ..
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..
Zaqatala rayonunda maarifləndirici tədbir təşkil olunub..
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Zaqatala..
“Gənclərin səsi: Narkotiklərə Yox!” adlı maarifləndiric..
Qax rayonunda Səyyar Gənclər Xidmətinin təlimləri davam..
Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Qax rayo..