Qalereya

Qax rayonunda Səyyar Gənclər Xidmətinin təlimləri davam edir

“Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər Qax rayonunda təşkil olunub. Tədbirlərdə məktəblilərin fəal iştirakı təmin edilib.

Təlim sessiyalarında iştirakçılar “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında geniş məlumatlandırılıblar.

Gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə keçirilən görüşlərdə gənclərə narkotik asılılığının təhlükələri barədə ətraflı məlumat verilib. İştirakçılara narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın əhəmiyyəti və mövcud mübarizə üsulları haqqında məlumat çatdırılıb.

Təlimlər zamanı iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

/img/gallery/100x100/2025_09_26_11_13_07_1b9f.png
  1. Qax rayonunda Səyyar Gənclər Xidmətinin təlimləri davam..

  2. Qax rayonunda Səyyar Gənclər Xidmətinin təlimləri davam..

  3. Qax rayonunda Səyyar Gənclər Xidmətinin təlimləri davam..

  4. Qax rayonunda Səyyar Gənclər Xidmətinin təlimləri davam..

  5. Qax rayonunda Səyyar Gənclər Xidmətinin təlimləri davam..