Qalereya

“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Zaqatala rayonunda təşkil olunub

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Zaqatala rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maarifləndirici təlim təşkil edilmişdir.

Tədbirin rəsmi açılış hissəsində Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru, “Gənc Könüllülər” İctimai Birliyinin sədri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi və digər dövlət qurumlarının nümayəndələri iştirak etmişlər.

Təlim zamanı gənclərin narkotik asılılığı probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802” qaynar xəttin fəaliyyət istiqamətləri və digər məsələlər barədə ətraflı məlumat verilmiş, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

Bununla yanaşı, ucqar kənd gəncləri üçün “Dövlətçilik və vətəndaşlıq”, “Rəqəmsalbacarıqların artırılması”, “Təhsil və karyera”, “Sağlam həyat tərzi” mövzularında təlimsessiyaları, robototexnika və incəsənət sahələrində master-klaslar təşkil olunmuş, həmçinin rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilmişdir.

/img/gallery/100x100/2025_10_01_10_25_25_7545.jpg
  1. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Zaqatala..

  2. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Zaqatala..

  3. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Zaqatala..

  4. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Zaqatala..

  5. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Zaqatala..

  6. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Zaqatala..

  7. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Zaqatala..

  8. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Zaqatala..

  9. “Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Zaqatala..