“Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər baş tutmuşdur. Belə ki, Balakən rayonunda məktəblilərin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən təlimdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.

Balakən rayonunda məhkəmə qərarları əsasında müsadirə o..
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..
Yasamal rayonunda məhkəmə qərarları əsasında müsadirə o..
Səyyar Gənclər Xidmətinin Zaqatala rayonunda təlimləri ..
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..
Zaqatala rayonunda maarifləndirici tədbir təşkil olunub..
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Zaqatala..
“Gənclərin səsi: Narkotiklərə Yox!” adlı maarifləndiric..
Qax rayonunda Səyyar Gənclər Xidmətinin təlimləri davam..
Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Qax rayo..