“Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər Balakən rayonunda təşkil olunub. Tədbirlərdə məktəblilərin fəal iştirakı təmin edilib.
Təlim sessiyalarında iştirakçılar “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında geniş məlumatlandırılıblar.
Gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə keçirilən görüşlərdə gənclərə narkotik asılılığının təhlükələri barədə ətraflı məlumat verilib. İştirakçılara narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın əhəmiyyəti və mövcud mübarizə üsulları haqqında məlumat çatdırılıb. Təlimlər zamanı iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici çap materialları iştirakçılara təqdim edilib.

Səyyar Gənclər Xidmətinin Şəki şəhərində təlimləri dava..
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Sağla..
Şirvan şəhərində maarifləndirici tədbir keçirilib...
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maariflə..
İqtisad Universitetində narkomanlığa qarşı maarifləndir..
Şəki şəhərində məhkəmə qərarları əsasında müsadirə olun..
Şəkidə “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində t..
Səyyar Gənclər Xidmətinin Balakən rayonunda təlimləri d..
Narkomaniyanın dəhşətləri və qurbanlarından bəhs edən b..
Səyyar Gənclər Xidmətinin Balakəndə rayonunda təlimləri..
Azərbaycan Pedaqoji Kollecində maarifləndirici tədbir k..
Balakən rayonunda maarifləndirici tədbir təşkil olunub...